Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3734/2025 10.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2unun 29 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsini əsaslandıraraq verdiyi zahatında bildirdi ki, mərhum atası X12 oglu 22 aprel 1972-ci il tarixdə Cəlilabad şəhərində doğulmuşdur və anası X5 ilə 08 avqust 1994-cü il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Mərhum atası 29 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmişdir və şəhər məzarlığında dəfn edilmişdir. Atası yeni dəfn olunduğu üçün ölümündən sonra ailənin başı yas mərasiminə qarışdığından o, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət olunmadığı üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin orada bildirmişlər ki, Cəlilabad RMX PHŞ-nə müraciət olunmadığı üçün ölümün qeydə alınması mümkün olmamışdır. Hal-hazırda torpaq sənədlərinin sənədləşməsi və digər işlər üçün məhrum atasının ölüm haqqında şəhadətnaməsi lazım olmuşdur. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Ərizəçi onun oğlu, mərhum Amil Qasımov həyat yoldaşıdır. O, X6 ilə 08 avqust 1994-cü il tarixdə rəsmi nikah bağlamışlar. Mərhum həyat yoldaşı 22 aprel 1972-c il tarixdə doğulmuş, 29 noyabr 2025-ci il tarixdə isə vəfat etmişdir. Ölümündən sonra ailənin başı yas mərasiminə qarışdığı üçün ölüm haqqında şəhadətnamə alınması üçün sənədləşmə işlərinin aparılmasına imkan olmamışdır. X1 ölümündən sonra Cəlilabad şəhərində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. O, X3 29 noyabr 2025-ci ildə Cəlilabad şəhərində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, o, Ərizəçi və mərhum Amil Qasımovla qonşudur. Mərhum qonşusu X6 29 noyabr 2025-ci ildə Cəlilabad şəhərində vəfat etmişdir. Ölümündən sonra Cəlilabad şəhər qəbiristanlığında dəfn edilmişdir. O, X3 29 noyabr 2025-ci ildə Cəlilabad şəhərində vəfat etməsini təsdiq edir. İşdə olan Vİ-JQ 428501 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 nikahlarını 08 avqust 1994-cü ildə Cəlilabad rayon VVAQ şöbəsində bağlamışlar və bu barədə 100 nömrəli nikah akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 03 dekabr 2025-ci il tarixli, 1147/12 saylı arayışdan görünür ki, Ərizəçi xx xxxx 1997-ci ildə Cəlilabad şəhərində anadan olmuşdur. X2i, anası X4r. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Cəlilabad rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş 01 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, Cəlilabad şəhər sakini 22 aprel 1972-ci il təvəllüdlü X3 ölümü ilə bağlı Cəlilabad RMX-də hər hansı məlumat aşkar olunmamışdır. İşdə olan Cəlilabad şəhər bələdiyyəsi tərəfindən verilmiş 10 fevral 2026-cı il tarixli, 55 nömrəli məktubdan görünür ki, X6 29 noyabr 2025-ci il tarixdə vəfat etmiş və Cəlilabad şəhər qəbiristanlığında dəfn olunmuşdur və məzarı mövcuddur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 22 aprel 1972-ci ildə doğulmuş X2u 29 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və vəfatından sonra Cəlilabad şəhər məzarlığında dəfn edilmişdir. Sonradan ərizəçi mərhum atasının ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş atasına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, 22 aprel 1972-ci il tarixdə doğulmuş X3 29 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 22 aprel 1972-ci ildə doğulmuş X3 29 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-3734/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3734/2025
10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver