Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3735/2025 26.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X3 24 yanvar 2022-ci ildə Cəlilabad şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən ərizəçinin bacısı X1 rayonu, Mikayıllı kəndində anadan olmuş və vəfat edənədək Cəlilabad şəhərində yaşamışdır. Bacısı uzun müddət xəstəlikndən əziyyət çəkdiyi üçün 24 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt başları yas mərasiminə qarışdığı üçün bacısının ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər. Hazırda oğluna bacısına ölüm haqqında şəhadətnamə almaq üçün onun (ərizəçinin) tərəfindən Maraqlı şəxsnə müraciət edilmiş, lakin bacısının ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından Maraqlı şəxsndə ölümü qeydə alınması mümkün olmamışdır və bu barədə məhkəməyə müraciət etməlidir. Bacısının ölüm faktını müəyyən edilməsi ərizəçiyə vərəsəlik açılması üçün lazımdır Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun anasıdır. X2 (şahidin xalası) xəstə idi, o (şahid), xalasına qulluq etmişdir. Soyuq havalar idi, 2-3 il bundan əvvəl rəhmətə gedib. Kirovka qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun (şahidin) bibisidir. X2 xəstə idi, 2022-ci ildə soyuq havada rəhmətə gedib. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun (şahidin) bacısıdır. X2 2022-ci ildə xəstəlikdən rəhmətə gedib. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1952-ci ildə doğulmuş X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin X7 X10 rayon X6 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X3 xx.xx.20122-ci il tarixdə ölümü ilə əlaqədar Cəlilabad RMX PHŞ-də heç bir məlumat aşkar olunmamışdır. İşdə olan Cəlilabad rayonu İHB Mikayıllıkənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.1952-ci il tarixdə Cəlilabad rayonu Mikayıllı kəndində anadan olmuş, 24 yanvar 2022-ci ildə vəfat edilmiş və Cəlilabad şəhər (Kirovka) qəbirstanlığında dəfn edilmişdir. İşdə olan qəbir daşının foto şəklindən görünür ki, X3 ölüm tarixi kimi 24 yanvar 2022-ci il göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin bacısı X5 24 yanvar 2022-ci ildə vəfat etmişdir. Hazırda ərizəçi ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin bacısının ölümünü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Bacısının ölüm faktını müəyyən edilməsi ərizəçiyə vərəsəlik işi açılması üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək X3 24 yanvar 2022-ci ildə Cəlilabad şəhərində ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 24 yanvar 2022-ci ildə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3735/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3735/2025
26.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver