Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3749/2025 23.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X1 04 noyabr 2025-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən olunmasna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqişləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X1 04 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən olunmasna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən ərizəçi xx.xx.1952-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş və hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. X3 anası X6 olmuşdur. Valideyinləri vəfat ediblər. Valideynləri nikah münasibətinə daxil olaraq ailə qurublar. Mərhum bacısı X7 04 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və Lənkəran rayon “Böyük bazar" qəbristanlığda dəfn olunmuşdur. Bacısı vəfat edərkən başları hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadları olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Hazırda o, vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra bacısı X1 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Lənkəran rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lənkəran rayon Qeydiyyat şöbəsinin arxivində bacısı X7 barədə ölüm akt qeydiyyatı aşkar olunmadı və bu barədə ona arayış verildi. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyimi tövsiyyə etdilər. Ona görə də mən bacısı X1 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Onu da qeyd etmək istəyir ki, hər ikisinin anası Niqabəyim və ataları da Yəhyadır. Lakin onun doğum haqqında şəhadətnaməmdə ana qrafasında Bəyim, bacısı Xalidəni isə ana qrafasında Niqa kimi qeyd edilmişdir. Anasının məzar daşından da görünür ki anasının adı Niqabəyim kimi qeyd edilmişdir. Onların hər ikisi doğma ata və ananın uşaqları idilər. Ana adları texniki səf olaraq qeyd etmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, bacısı Cəlilabad şəhərində ölmüşdür, Lənkəranda isə dəfn edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin bacısı Lənkəranda yaşayırdı. Bacısı xəstə olduğu üçün ərizəçi onu gətirib evində saxlayırdı. Keçən ilin noyabr ayında xəstəlikdən vəfat etmişdir, Lənkəranda dəfn edilmişdir. İşdə olan Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə doğulmuşdur, X3, anası X2r. İşdə olan Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1957-ci ildə doğulmuşdur, X3, anası X4r. İşdə olan Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 ilə X6 xx.xx.1949-cu il tarixində 128 saylı nikah bağlamışlar, nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.1999-cu ildə ölmüşdür. İşdə olan Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2001-ci ildə ölmüşdür. İşdə olan Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 Qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydi tapılmadığı üçün onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Lənkəran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X7 04 noyabr 2025-ci il tarixdə Lənkəran rayon “Böyük bazar" qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X1 ölüm tarixi 04 noyabr 2025-ci il kimi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Lənkəran Rayon Mərkəzi X5 Şəxsi Lənkəran Şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, arayış verilir Cəlilabad şəhəri M.Hüseyn küçəsi ev 01, mənzil 6-da yaşayan xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi ondan ötrü ki, onun bacısı Lənkəran şəhəri Z.Əliyeva 3/10-da qeydiyyatda olan xx.xx.1957-ci il təvəllüdlü X7 1 il müddətində Cəliləbad şəhərində bacısıgildə yaşayıb, orada xx.xx.2025ci il tarixində vəfat edib və “Böyük bazar” qəbirstanlığında dəfn olunmuşdur (Lənkəran Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 355/2 nömrəli əmrinə əsasən). Mərhum Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmamış, sahə terapevtinə müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il 5 saylı əmrinə əsasən belə hallarda ölüm faktı, yəni ölümün baş vermə səbəbi məlum olmayanda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin mərhum bacısı X7 04 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Ərizəçi bacısına ölüm haqqında şəhadətnamə almaq üçün Lənkəran rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin şöbədən ona Qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydi tapılmadığı üçün bacısının ölümünün qeydə alınması mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə vərəsəlik işləri ilə əlaqədar lazımdır, lakin ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 sentyabr 1957-ci ildə doğulmuş X1 04 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3749/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3749/2025
23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver