Məhkəmə qərarları › İş №2(073)-3751/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3751/2025

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3751/2025 10.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 15 avqust 1956-cı il tarixdə Cəlilabad rayonu, Vənlik kəndində doğulması və atasının X4, anasının X3 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 15 avqust 1956-cı il tarixdə Cəlilabad rayonu, Vənlik kəndində anadan olmuşdur. X1 və anası X2r. Valideynlərinin hər ikisi vəfat etmişdir. O, keçmiş sovet pasportunu təqdim edərək yeni AZE 0******* saylı şəxsiyyət vəsiqəsi almışdır. Vərəsəliklə bağlı doğum haqqında şəhadətnaməyə ehtiyac yarandığından özünə şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin orada doğum akt qeydi kitablarında adı aşkar edilmədiyi üçün ona izah olunmuşdur ki, doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun 15 avqust 1956-cı il tarixdə Cəlilabad rayonu, Vənlik kəndində anadan olmağı AZE 0******* saylı şəxsiyyət vəsiqəsi ilə, sürücülük vəsiqəsi ilə, Cəlilabad rayon Hərbi Komissarlığının HZ ******* saylı hərbi bileti ilə və eyni zamanda Ağdaş kənd İƏD üzrə mümayəndəliyinin 03 dekabr 2025-ci il tarixli arayışı ilə də təsdiq olunur. Əlavə olaraq bunu şahidləri də sübut edə bilər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi 15 avqust 1956-cı ildə Cəlilabad rayonu, Vənlik kəndində doğulmuşdur, X1, anası isə X2r. Ərizəçinin valideynləri vəfat etmişlər. O, Ərizəçi 15 aqvust 1956-cı ildə doğulmasını, atasının X4, anasının isə X3 olmasını təsdiq edir. İşdə olan AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 15 avqust 1956-cı ildə Cəlilabad rayonu, Vənlik kəndində doğulmuşdur. İşdə olan BC 351400 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 15 avqust 1956-cı il tarixdə doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 03 dekabr 2025-ci il tarixli, 1081/12 saylı arayışdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydi qeydiyyat şöbəsinin arxivində 1953-cü ildən 1959-cu ilədək ilkin, 1957-ci ildən 1975-ci ilədək bərpa doğum haqqında akt qeydləri üzrə yoxlama aparılmış, doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 05 dekabr 2025-ci il tarixli, 12/21160 saylı məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydi qeydiyyat şöbəsinin arxivində 01 yanvar1953-cü ildən 01 yanavr 1959-cu ilədək ilkin, 1957-ci ildən 1975-ci ilədək bərpa doğum haqqında akt qeydləri üzrə yoxlama aparılmış, doğum haqqında akt qeydi aşkar edilməmişdir və məhkəməyə müraciət etməsi izah olunmuşdur. İşdə olan Cəlilabad rayon Ağdaş kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 15 avqust 1956-cı ildə Cəlilabad rayonu, Vənlik kəndində anadan olmuşdur və hal-hazırda həmin ünvanda yaşayır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X1, anası X3 olmaqla Ərizəçi 15 avqust 1956-cı ildə Cəlilabad rayonu, Vənlik kəndində doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1, anası X3 olmaqla Ərizəçi 15 avqust 1956-cı il tarixdə Cəlilabad rayonu, Vənlik kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. X1, anası X3 olmaqla Ərizəçi 15 avqust 1956-cı il tarixdə Cəlilabad rayonu, Vənlik kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar