Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3793/2025 23.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 12 may 1997-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən olunmasna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 05 iyul 1949-cu il tarixində doğulmuş mərhum anası X3 12 may 1997-ci il tarixdə vəfat etmiş və Cəlilabad şəhər qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt anasına ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda vərəsəlik işləri ilə əlaqədar anasının ölüm faktının müəyyən olunmasna ehtiyac yaranmışdır. Anasına ölüm haqqında şəhadətnamə almaq üçün əvvəlcə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölümü təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün Maraqlı şəxsndə onun ölümünün qeydə alınması mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısı oğludur. Bacısı mərhum X3 xərçəng xəstəsi idi. Bacısını rayon qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi qonşusudur, ərizəçinin anası xəstə idi, rayon qəbristanlığında dəfn edilmişdir. İşdə olan 669490 seriyalı pasportun surətindən görünür ki, X3 xx.xx.1949-cu ildə doğulmuşdur. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənələr olmadığı üçün Maraqlı şəxsndə onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan İşdə olan Tibbi Ərazi Bölmələrinin X4 X5 rayon X2 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 ölümü ilə bağlı Cəlilabad RMX-da heç bir məlumat aşkarlanmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X1 ölüm tarixi 12 may 1997-ci il kimi göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin mərhum anası X3 12 may 1997-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və Cəlilabad şəhər qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda vərəsəlik işləri ilə əlaqədar ərizəçinin anasının ölüm faktının müəyyən olunmasna ehtiyac yaranmışdır. Ərizəçi anasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölümü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün onun ölümünün qeydə alınması mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə vərəsəlik işləri ilə əlaqədar lazımdır, lakin ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu ildə doğulmuş X1 12 may 1997-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3793/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3793/2025
23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver