Məhkəmə qərarları › İş №2(073)-3872/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-3872/2025

24.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-3872/2025 24.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi ilə, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması tələbinə, qarşılıqlı iddiaçı X1 müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 07 iyun 2013-cü il tarixli, **********66-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə himayəsində olan oğlu X4 məxsus olan ünvan 1 ünvanında mülkiyyətdə olan 0,24 ha torpaq sahəsində inşa edilmiş 2 otaqlı, ümumi sahəsi 75,7 kv.metr, yaşayış sahəsi 42,1 kv.metr, yardımçı sahəsi 33,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Qarşılıqlı iddiaçı X3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə tam təmin edilərək, ünvan 1 ünvanında mülkiyyətdə olan 0,24 ha torpaq sahəsində inşa edilmiş 2 otaqlı, ümumi sahəsi 75,7 kv.metr, yaşayış sahəsi 42,1 kv.metr, yardımçı sahəsi 33,6 kv.metr olan fərdi yaşyış evinin 04 noyabr 2010-cu il təvəllüdlü X4 bağışlanılması haqqında müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X5 məhkəməyə ərizə ilə müraciət edərək, ilk iddia üzrə əlavə sənəd və sübutların toplanması zərurəti yarandığından iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddiaçı X1 müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ilk iddiaçı və qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddiaçı X1 müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (22 dekabr 2025-ci il tarixli, ********** nömrəli qəbz) tam şəkildə ilk İddiaçı qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (07 yanvar 2026-cı il tarixli, ********** nömrəli qəbz) tam şəkildə qarşılıqlı iddiaçı X2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar