Məhkəmə qərarları › İş №2(073)-43/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-43/2023

12.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-43/2023 12.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı Cəlilabad rayon İcra Hakimiyyətti Başçısının 14 dekabr 2017-ci il tarixli, 184 nömrəli sərəncamı və icarə müqaviləsi əsasında ona icarəyə verilmiş 8 hektar torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə qarşı maneələrin aradan qaldırılması, hər hansı bir müdaxilə edilməsinin cavabdehlərə və qeyrilərinə qadağan olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon İcra Hakimiyyətti Başçısının 14 dekabr 2017-ci il tarixli, 184 nömrəli sərəncamı və icarə müqaviləsi əsasında ona icarəyə verilmiş 8 hektar torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə qarşı maneələrin aradan qaldırılması, hər hansı bir müdaxilə edilməsinin cavabdehlərə və qeyrilərinə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və ərizəsinə əlavə edilmiş sənədlərin özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini, cavabdehlərin də işin mahiyyəti üzrə həll olunması tələblərinin olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı Cəlilabad rayon İcra Hakimiyyətti Başçısının 14 dekabr 2017-ci il tarixli, 184 nömrəli sərəncamı və icarə müqaviləsi əsasında ona icarəyə verilmiş 8 hektar torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə qarşı maneələrin aradan qaldırılması, hər hansı bir müdaxilə edilməsinin cavabdehlərə və qeyrilərinə qadağan olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar