Məhkəmə qərarları › İş №2(073)-43/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-43/2024

12.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-43/2024 12.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin 08 fevral 2023-cü il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması, torpaq sahəsinin cavabdehlərdən alınaraq ona qaytarılması və hasarın sökülməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 08 fevral 2023-cü il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması, torpaq sahəsinin cavabdehlərdən alınaraq ona qaytarılması və hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu, Günəşli kəndində yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi onu xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinin bir hissəsini zəbt edərək onu torpaq sahəsindən istifadə etməyə imkan vermirlər. Cavbdehlərin qanunsuz əməllərinə görə onun mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehlərə torpağın qaytarılması barədə xəbərdarlıqlar etsə də, bu xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, 20 ilə yaxındır ki, Cəlilabad rayonu Günəşli kəndində həyətyanı topraq sahəsini almış və ailə üzvləri ilə birlikdə həmin törpaq sahəsi üzərində inşa edilmiş evdə yaşayır. İddiaçı onun qonşusudur. Qonşuluq münasibətində İddiaçılə heç bir problemi yoxdur. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli, **********74 reyestr nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətinə Cəlilabad rayonu Günəşli kəndində 0,11 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2267 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 28 fevral 2024-cü il tarixli, 3-21-3-43/2-1026/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektrok kadastr uçotu informasiya sistemində iddiaçı X2 iddia etdiyi torpaq sahəsinin 7,8 kv.m hissəsi **********74 reyestr nömrəli çıxarışla onun mülkiyyətinə verilmiş torpaq sahəsi olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçı X2 mülkiyyətinə verilmiş həmin torpaq sahəsinin 7,8 kv.m hissəsinin Cavabdeh1 tərəfindən istifadə edildiyi və dəmir konstruksiyalı çəpər quraşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində Cəlilabad rayonu Günəşli kəndində 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2267 saylı ekspert rəyinə əsasən İddiaçı tələb etdiyi, Cavabdeh1 çəpəri daxilində yerləşən 7,8 kv.m torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində 08 fevral 2023-cü il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,11 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Lakin Cavabdeh1 İddiaçı mülkiyyətinə verilmiş 0,11 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxmaq istəmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edildiyindən ona qarşı iddia tələbi əsaslıdır, digər Cavabdeh2 tərəfindən zəbt edilmədiyindən ona qarşı iddia tələbi əsassızdır. Məhkəmə qeyd olunan halla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/2267 saylı ekspert rəyini obyektiv və əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 qarşı təmin edilməli, Cavabdeh2 qarşı iddia təmin edilməməlidir. Cavabdeh1 08 fevral 2023-cü il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Günəşli kəndində İddiaçı mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsinin çıxarılmalı, torpaq sahəsi Cavabdeh1 alınıb iddiaçıya qaytarılmalı və iddiaçının mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsinin 7,8 kv.m hissəsində, cavabdeh tərəfindən quraşdırılmış dəmir konstruksiyalı çəpər cavabdehin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 255 manat Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh1 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 08 fevral 2023-cü il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Günəşli kəndində İddiaçı mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsinin 7,8 kv.m hissəsindən çıxarılsın və həmin 7,8 kv.m torpaq sahəsi Cavabdeh1 alınıb İddiaçı qaytarılsın. 08 fevral 2023-cü il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Günəşli kəndində İddiaçı mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsinin 7,8 kv.m hissəsində, Cavabdeh1 tərəfindən quraşdırılmış dəmir konstruksiyalı çəpər cavabdehin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülsün. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 255 (iki yüz əlli beş) manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh1 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar