Məhkəmə qərarları › İş №2(073)-431/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-431/2023

04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-431/2023 04.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X2 14 iyun 2021-ci ildə Cəlilabad rayonu Göytəpə şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, mərhum oğlu X4 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikilinin otaqlarından birində özünü asaraq intihar etmişdir. Bu barədə dərhal polis şöbəsinə məlumat vermiş, bundan sonra prokurorluq və polis işçiləri və tibbi ekspert gəlmişdir. Oğlunu Cəlilabad rayonu Göytəpə şəhər qəbirstanlığında dəfn etmişlər. Həmin vaxt oğlunun yas mərasiminə başı qarışıq olduğundan ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyatı orqana müraciət etməmiş və ölüm akt qeydi aparılmamışdır. Mərhum oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə oğlunun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynatasıdır. Ərizəçinin oğlu X4 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikilinin otaqlarından birində özünü asaraq intihar etmişdir. X5 rayonu Göytəpə şəhər qəbirstanlığında dəfn etmişlər. Həmin vaxt ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyatı orqana müraciət etməmiş və buna görə də Cavid Əkbərov barəsində ölüm akt qeydi aparılmamışdır. Ərizəçi mərhum oğluna ölüm haqqında şəhadətnamə almaq Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquq müəyyənedici sənədlər olmadığından həmin şöbədə Cavid Əkbərovun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşə əlavə olunmuş Cəlilbad rayon Pirişib şəhər XDS tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, XVİ-JQ saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1991-ci il tarixində doğulmuşdur, atası Ərizəçi, anası X3r. İşdə olan Cəlilbad rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli, 98 C-21 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X4 04 iyul 2021-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində yaşadıqları evin həyətində yerələşən yardımçı tikilidə özünü asaraq ölmüşdür. İşdə olan Cəlilabad rayonu İHB-nın Göytəpə şəhəri İƏDÜN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuş X4 xx.xx.2021-ci ildə Cəlilabad rayonu Göytəpə şəhərində vəfat etmiş və Göytəpə şəhərində dəfn edilmişdir. İşdə olan qəbir daşının foto şəklindən görünür ki, X2 ölüm tarixi xx.xx.2021-ci qeyd edilmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu X4 xx.xx.2021-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində yaşadıqları evin həyətində yerləşən yarımçıq tikilidə özünü asaraq intihar etmiş və Cəlilabad şəhər qəbirstanlığında dəfn edilmişlər. Həmin vaxt oğlunun yas mərasiminə başı qarışıq olduğundan ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyatı orqana müraciət etməmiş və ölüm akt qeydi aparılmamışdır. Ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, 14 iyun 2021-ci ildə X2 ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 fevral 1991-ci ildə doğulmuş X2 14 iyun 2021-ci ildə Cəlilabad rayonu Göytəpə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar