Məhkəmə qərarları › İş №2(073)-441/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-441/2023

28.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-441/2023 28.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlu sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cəlilabad rayon Təhsil Şöbəsinin Cəlilabad rayon X9 Şahmat Mərktəbinin direktor əvəzi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cəlilabad rayon Təhsil Şöbəsinin Cəlilabad rayon X9 Şahmat Məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cəlilabad rayon Təhsil Şöbəsinin Cəlilabad rayon X9 Şahmat Məktəbinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0*.07.20**-ci il tarixli, 77 saylı əmrinin ləğv edilməsinə və onun (iddiaçının) işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə verərək, Cavabdeh 0*.07.20**-ci il tarixli, 77 saylı əmrinin ləğv edilməsinə və onun (iddiaçının) Azərbaycan Respublikası Təhsil Nazirliyi Cəlilabad rayon Təhsil Şöbəsinin Cəlilabad rayon X9 Şahmat Məktəbinə idman müəllimi kimi işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, o (iddiaçı) keçmiş Cavabdeh 0*.07.20**-ci il tarixli, 77 saylı əmri ilə işdən azad edilmişdir. Həmin əmrin verilməsi üçün isə əsas ali təhsil haqqında sənədinin saxta olması olmuşdur. O (iddiaçı) işdən azad edildikdən sonra dəfələrlə həmin əmrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olmadığını və onun qanunsuz olaraq işdən azad edilməsi barədə aidiyyatı orqanlara müraciət etsə də hər dəfə ona müxtəlif bəhanələr gətirərək, işə bərpa etməkdən yayınmışlar. Cavabdeh təşkilatla aralarında olan mübahisənin məhkəmədən kənar mediasiya qaydasında həll edilməsi də cavabedeh təşkilatın nümayəndəsinin mediasiyaya gəlməməsi səbəbindən mümkün olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cəlilabad rayon Təhsil Şöbəsinin Cəlilabad rayon X9 Şahmat Mərktəbin direktor əvəzi X4 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, 0*.07.20**-ci il tarixdə Təhsil Nazirliyi tərəfindən müəllimlərin diplomlarının yoxlanılması monitorinqi aparılmışdır. İddiaçı diplominin heç bir yerdə qeydiyyatda olmaması müəyyən edilmişdir. Bbu səbəbdən də keçmiş Cavabdeh 0*.07.20**-ci il tarixli, 77 saylı əmri ilə iddiaçı Qismət İsmayılov işdən azad edilmişdir. Həmin əmr əsaslı və qanunidir. Bu səbəbdən də iddianı əsassız hesab edir. İddiaçı məhkəməyə qanunla müəyyən edilmiş müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddia müddəti ötdüyündən iddianin rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan X9 Məktəbinin xx.xx.2003-cü il tarixli, 68 saylı əmrinin təsdiq olunmuş surətindən görünür ki, orta təhsili, İ dərəcəli idmançı İddiaçı müvəqqəti olaraq UGİM-də əvəzçiliklə 0*.09.2003-cü il tarixdən * qrup dərs aparmasına icazə verilmişdir. İşdə olan X9 Mərkəzinin 0*.07.20**-ci il tarixli, 77 saylı əmrindən çıxarışdan görünür ki, UGİM-in məşqçi-müəllimi İddiaçı təqdim etdiyi təhsil sənədi saxta olduğu üçün 0*.07.20**-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan X9 Məktəbinin direktoru tərəfindən *0 saylı X8 Müfəttişliyinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı 0*.07.20**-ci il tarixdən təqdim etdiyi təhsil sənədi saxta olduğu üçün Təhsil Nazirliyinin 48/*25 nömrəli məktubuna və 27-ci maddəyə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.*-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.*-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.*-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin *-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı UGİM-in məşqçimüəllimi vəzifəsində işləmiş, 0*.07.20**-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş prosesual müddəti pozmasına baxmayaraq müddətin bərpası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3* may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağdakılar göstərilmişdir: «Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 200*-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasna kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqelərdən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar» Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə *6 yanvar 2009-cu il tarixli Qərarlarında mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqinin mühüm əhəmiyyətə malik olması qeyd edilmişdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin «Deryus Litvaya qarşı» iş üzrə 3* iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının «Baranovski və Braniovski Polşaya qarşı» işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları) Avropa İnsan Hüquqları Məhkəməsi «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cəlilabad rayon Təhsil Şöbəsinin Cəlilabad rayon Uşaq X*rşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar