Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-449/2025 06.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nun 11 noyabr 1997-ci il tarixdə Cəlilabad rayonu Adnalı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 1956-cı ildə Cəlilabad rayonu Adnalı kəndində doğulmuş və hazırda həmin kənddə yaşayır. X2 26 avqust 1992-ci il tarixdə doğulmuş, cəmi 5 yaşına kimi yaşamışdır. Belə ki, oğlu Pərvin Həmzəxanlı 11 noyabr 1997-ci il tarixdə Cəlilabad rayonu Adnalı kəndində yaşadıqları evdə vəfat etmiş və sonra Adnalı kənd məzarlığında dəfn edilmişdir. Həmin vaxt oğlunun ölüm akt qeydinin aparılması üçün müvafiq orqana müraciət etməmiş və bu səbəbdən də Pərvin Həmzəxanlının ölüm akt qeydi aparılmamışdır. Hazırda bəzi sənədləşmələrin aparılması üçün vəfat etmiş oğlu Pərvin Həmzəxanlının ölümünü təsdiq edən ölüm haqqında şəhadətnaməsinin alınmasına ehtiyac vardır. O, bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsində ona izah edilmiş ki, vaxtında Qeydiyyat şöbəsinə müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılması mümkün olmamışdır. Mərhum oğlu Pərvin Həmzəxanlının doğum haqqında şəhadətnaməsi mövcuddur. Bundan başqa mərhum oğlu Pərvin Həmzəxanlının ölümünü həmin vaxt görmüş şahidlər də təsdiq edə bilərlər. Göründüyü kimi, mərhum X2nun ölüm faktının tanınması zərurəti yaranmışdır və bu barədə müvafiq ölüm haqqında şəhadətnamə verilməlidir. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, Ərizəçi onunla həmkəndli olmaqla qonşuluqda yaşayırlar. X1 isə Ərizəçi oğludur. Pərvin Həmzəxanlı 26 avqust 1992-ci ildə Cəlilabad rayonu Adnalı kəndində doğulmuşdur. 11 noyabr 1997-ci ildə isə xəstəlik səbəbindən Cəlilabad rayonu Adnalı kəndində vəfat etmiş və Adnalı kənd məzarlığında dəfn edilmişdir. Həmkəndli kimi onun yas mərasimində iştirak etmişdir. O, X3 11 noyabr 1997-ci ildə Cəlilabad rayonu Adnalı kəndində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Ərizəçi onunla həmkəndlidir. X1 isə Ərizəçi oğludur. Pərvin Həmzəxanlı 26 avqust 1992-ci ildə Cəlilabad rayonu Adnalı kəndində doğulmuşdur. 11 noyabr 1997-ci ildə isə xəstəlik səbəbindən Cəlilabad rayonu Adnalı kəndində vəfat etmiş və Adnalı kənd məzarlığında dəfn edilmişdir. Həmkəndli kimi onun yas mərasimində iştirak etmişdir. O, təsdiq edir ki, X1 11 noyabr 1997-ci ildə Cəlilabad rayonu Adnalı kəndində vəfat etmişdir. İş materiallarında olan İİİ-JQ 291968 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X8 nikahlarını 17 iyul 1983-cü il tarixdə qeydə aldırmışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 saylı qeydiyyat aparılmaqla, arvada Hümbətova soyadı verilmişdir. İş materiallarında olan XVİİ-JQ 287081 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08 avqust 1992-ci il tarixdə doğulmuşdur. Atası Ərizəçi, anası X5r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi X2 11 noyabr 1997-ci il tarixdə Cəlilabad rayonu Adnalı kəndində vəfat etmiş və vəfatından sonra Adnalı kənd məzarlığında dəfn edilmişdir. Sonradan ərizəçi oğlu Pərvin Həmzəxanlının ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş oğluna ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X3 11 noyabr 1997-ci il tarixdə Cəlilabad rayonu Adnalı kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 08 avqust 1992-ci ildə doğulmuş X3 11 noyabr 1997-ci il tarixdə Cəlilabad rayonu Adnalı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-449/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-449/2025
06.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver