Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-467/2024 16.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakıilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X4 21 iyul 2022-ci ildə Cəlilabad rayonu, Burovar kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdiki, o, 10 avqust 2005-ci il tarixdə Cəlilabad rayonu Şatırlı kəndində doğulmuşdur. X6 ilə 2021-ci il tarixində faktiki nikah bağlamaqla evlənmişdir. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 21 iyul 2022-cii l tarixdə Zəhra adlı övladı doğulmuşdur. Onun uşağı Burovar kəndində ev şəraitində doğulmuşdur. Uşağının doğulması ilə o və həyat yoldaşı səhlənkarlıq edərək arayışını qeydiyyat orqanına müraciət etməmiş və buna görə də uşağına bu günə kimi doğum haqqında şəhadətnamə almamışlar. Bəzi sənədləşmə işlərinin aparılması üçün uşağına doğum haqqında şəhadətnamə lazım olduğu üçün Maraqlı şəxsnə müraciət edərək uşağına doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin oradan bildirdilər ki, uşağının ümumiyyətlə doğum aktı qeydi aparılmamışdır. Zəhra Kazımovanın 21 iyul 2022-ci il tarixdə doğulmasını ərizəsinə əlavə etdiyi arayış və şahidlər də təsdiq edə bilərlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi, X2, anası Ərizəçi olmaqla qızı X4 21 iyul 2022-ci ildə Cəlilabad rayonu Buravar kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə,ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan AZ-İİ № 596814 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi nikahlarını 15 aprel 2024-cü il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 58 saylı qeydiyyat aparılmaqla, arvada Həşimova soyadı verilmişdir. İşdə olan Cəlilabad RİHB-nın Şatırlı KİƏDÜN tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Kazımova X3 rayonu Buravar kəndində 21 iyul 2022-ci tarixdə ev şəraitində doğuş etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 11 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumunu təsdiq edən hüquq müəyənedici sənədlər olmadığı üçün onun doğumunun Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X2, anası Ərizəçi olmaqla X7 21 iyul 2022-ci ildə Cəlilabad rayonu Buravar kəndində doğulmuşdur. X7 doğulan vaxt valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə qızı X5 doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X2, anası Ərizəçi olmaqla Ərizəçi X1 21 iyul 2022-ci ildə Cəlilabad rayonu Burovar kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. X2, anası Ərizəçi olmaqla X4 21 iyul 2022-ci ildə Cəlilabad rayonu Burovar kəndində doğulmunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-467/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-467/2024
16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver