Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-474/2023 03.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 03 mart 2023cü il tarixdə, Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 03 fevral 1973-cü il tarixdə anadan olmuş mərhum qardaşı X3 29 dekabr 2016-cı il tarixdə Cəlilabad rayonu, Komanlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini əsaslandıraraq bildirdi ki, o, xx xxxx 1969-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. Valideynlərinin ondan başqa 9 övladı olmuşdur. 03 fevral 1973-cü il tarixdə anadan olmuş qardaşı X6 29 dekabr 2016-cı il tarixdə ağır xərçəng xəstəliyi nəticəsində vəfat etmişdir. X7 doğum akt qeydi aparılsa da, məlum olmayan səbəbdən onun ölümü qeydə alınmamışdır. Hazırda valideynlərinin hər ikisi vəfat etmişdir. Valideynlərindən miras qalmış həyətyanı torpaq sahəsini vərəsəlik qaydasında sənədləşdirərkən məlum olmuşdur ki, mərhum qardaşı X3 da adı həmin torpaq sahəsinə dair verilmiş şəhadətnamədə qeyd edilmişdir. Qardaşının ölüm akt qeydi aparılmadığı üçün bu onlara problem yaratdı. O, ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsindən ona bildirmişlər ki, ölüm haqqında tibbi arayış olmadığı üçün qardaşının ölüm akt qeydinin aparılması mümkün deyil. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat verilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini dinləyərək, işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İ-JQ № 441080 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 03 fevral 1973cü il tarixdə Cəlilabad rayonu Komanlı kəndində doğulmuşdur. X2, anası X5r. İş materiallarında olan məzar daşının fotoşəklindən görünür ki, X6 03 fevral 1973cu ildə doğulmuş, 29 dekabr 2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 16 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, X3 ölüm faktının qeydə alınması barədə ərizəsinə Qeydiyyat Şöbəsində baxılmış, lakin ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Qeydiyyat X1 ölümünün qeydə alınması mümkün olmamışdır. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ərizə təmin olunaraq, 03 fevral 1973-cü il tarixdə Cəlilabad rayonu Komanlı kəndində doğulmuş X3 29 dekabr 2016-cı il tarixdə Cəlilabad rayonu Komanlı kəndində ölməsi faktı müəyyən olunmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 fevral 1973-cü il tarixdə Cəlilabad rayonu Komanlı kəndində doğulmuş X3 29 dekabr 2016-cı il tarixdə Cəlilabad rayonu Komanlı kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-474/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-474/2023
03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver