Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-479/2023 30.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh Cəlilabad rayonu Pərdi kəndində yerləşən ümumi istifadədə olan gedişgəliş yolunun açılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Pərdi kəndində yerləşən ümumi istifadədə olan gediş-gəliş yolunun Cavabdeh tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmşidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Pərdi kəndində yaşayır. Cavabdeh heç bir hüquqmüəyyənedici sənədi olmadan ümumi istifadədə olan yolu taxta materialdan düzəldilmiş qapı vasitəsi ilə bağlayaraq, onun və ailə üzvlərinin öz yaşadıqları evə gediş-gəlişlərinə maneə törədir. Hazırda onların torpaq sahəsindən və onun üzərində inşa edilmiş yaşayış evindən sərbəst istifadə etməsi Cavabdeh tərəfindən məhdudlaşdırlmışdır. Bundan əlavə onun evində xəstəsi olduğu halda, yaxud hər hansı bir yanğın və ya fövqəladə hadisə baş verərsə, həmin küçədə nəqliyyat hadisələrinin hərəkəti tam məhdudlaşdırıldığından həmin hadisələrin qarşısının alınması mümkünsüz olacaqdır. Bununla da onun mülkiyyət hüquqları tam pozulmuş hesab olunur. Cavabdehə gediş-gəliş yolunun açılması barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, nəticəsi olmamışdır. Ona görə də cavabdeh tərəfindən zəbt edilmiş yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonu Pərdi kəndində onun mülkiyyətində yaşayış təyinatlı torpaq sahəsi və evi vardır. O, öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə edir, küçəni zəbt etməmişdir. Ona görə də iddianı əsassız hesab edir. Qeyd olunanlara əsasən iddianın əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 08 iyul 1980-ci il tarixli 79 saylı Dövlət aktından görünür ki, Məmmədyarov sovxozunun direktorluğunun 24 may 1980-ci il tarixli 49 saylı əmri ilə X2 Pərdi kəndində yaşayış evi tikmək üçün 0,25 hektar həyətyanı torpaq sahəsi təhkim edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7011 saylı ekspert rəyindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli, 3-21-3-44/2- 4216/2023 saylı mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemində İddiaçı yaşadığı evə 2 tərəfdən yol nəzərdə tutulduğu, iddiaçının açılmasını iddia etdiyi yolun Torpaqların elektron kadastr uçotu informasiya sistemində yol kimi nəzərdə tutulduğu və həmin yolun Cavabdeh çəpəri daxilində yerləşdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında torpaq sahələrinin yerləşmə vəziyyəti və Torpaqların elektron kadastr uçotu informasiya sistemində nəzərdə tutulan yollar göstərilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı məxsus Cəlilabad rayonu Pərdi kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş evinə gedən yol mövcud olmuşdur. Lakin həmin yol, Cavabdeh çəpərə alınması ilə zəbt edilmişdir. Bununla da İddiaçı məxsus həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən səmərəli istifadəsi məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı məxsus Cəlilabad rayonu Pərdi kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş evinə gediş-gəliş üçün nəzərdə tutulan zəbt edilmiş yoldan çıxarılsın, evə gediş-gəliş yolu açılmalı və iddiaçının yoldan istifadə hüququ bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinə görə cavabdeh Məhərrəmov X3 95 manat alınaraq İddiaçı verilməlidir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Cəlilabad rayonu Pərdi kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş evinə gediş-gəliş üçün nəzərdə tutulan zəbt edilmiş yoldan çıxarılsın, evə gediş-gəliş yolu açılsın və iddiaçının yoldan istifadə hüququ bərpa edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinə görə Cavabdeh 95 (doxsan beş) manat alınaraq iddiaçı X4 verilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-479/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-479/2023
30.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver