Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-50/2023 06.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Ələsgər oğlunun və İddiaçı2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı1 Ələsgər oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlər tərəfindən zəbt olunmuş fərdi yaşayış evinə gediş-gəliş yolunun açılması və 800 manat maddi ziyanın cavabdehlərdən alınaraq onlara verilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 Ələsgər oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən zəbt olunmuş fərdi yaşayış evinə gediş-gəliş yolunun açılması və 800 manat maddi ziyanın cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmşidir. Məhkəmə iclasında İddiaçı1 Ələsgər oğlu iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə onların mülkiyyətinə 0,98 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində yaşayış evi inşa edərək ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Qonşuları, yəni cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onların yaşadıqları evin gediş-gəliş yolunu zəbt etmişlər. Cavabdeh1 isə onların yaşadıqları evə gedən küçəni qanunsuz qaz xətti çəkməklə bağlamışdır. Cavabdehlərə bir neçə dəfə onlar tərəfindən və kənd bələdiyyəsi rəhbərliyi tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər onların yaşadıqları evə gediş-gəliş yolunu açmamışlar. Bu da onlara maddi baxımdan zərər vurmuşdur. Bundan başqa əgər hər hansı bir yanğın hadisəsi və digər fövqəladə hadisələr baş verərsə aidiyyəti texniki vasitələr və avtomobillərin onların yaşadıqları evin həyətinə girməsi qeyri mümkündür. Belə vəziyyətin davam etməsi hər hansı bir faciəvi hadisənin qarşısının alınmasını mümkünsüz edir. Ona görə də, o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 digər İddiaçı1 Ələsgər oğlunun izahatına uyğun izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Şiləvəngə kəndində iddiaçılarla qonşu olsa da, iddiaçıların yaşadıqları evin gediş-gəliş yolunu zəbt etməmişdir. O, öz istifadəsində olan həyətyanı torpaq sahəsindən istifadə edir və iddianı əsassız hesab edir. Ona görə də iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Şiləvəngə kəndində iddiaçılarla qonşuluqda yaşayır və iddiaçıların yaşadıqları evin gediş-gəliş yolunu zəbt etməmişdir. İddianı əsassız hesab edir. Ona görə də iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, iddiaçılarla qonşuluqda yaşasa da, iddiaçıların yaşadıqları evə gediş-gəliş yolunu zəbt etməmişdir. Ona görə də iddia əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Şiləvəngə kəndində yaşayır. İddiaçılar da onunla qonşuluqda yaşayırlar. Onun istifadəsində həyətyanı torpaq sahəsi vardır və o, öz torpaq sahəsindən istifadə edir. O, iddiaçıların yaşadıqları evə gediş-gəliş yolunu zəbt etməmişdir. Ona görə də iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 106B, Kod 80624018 saylı şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonu Şiləvəngə kəndində X1, X4, X2, X3, İddiaçı1 Ələsgər oğlunun və İddiaçı2 mülkiyyətinə 0,98 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 338/2023 saylı mütəxəssis rəyindən görünür ki, X5 X7 baza məlumatlarına əsasən iddiaçılar İddiaçı1 Ələsgər oğlunun və İddiaçı2 faktiki istifadəsində olan 1,43 ha ərazinin hüdudları daxilində yerləşən, onların və ailə üzvlərinin torpağın mülkiyyətə verilməsinə dair JN 106B nömrəli Şəhadətnaməyə görə mülkiyyətə verilmiş 0,98 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən istifadə olunmur. X5 X7 baza məlumatlarına əsasən iddiaçılar İddiaçı1 Ələsgər oğlunun və İddiaçı2 faktiki istifadəsində olan 1,43 ha həyətyanı torpaq sahəsinə bitişik olmaqla şimal-qərb və cənub-şərq tərəfindən ümumi istifadəli kənd arası gediş-gəliş yolu keçir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 10/1400 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-338/2023 saylı mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 Ələsgər oğlunun və İddiaçı2 faktiki istifadəsində olan 1,43 ha ərazinin hüdudları daxilində yerləşən, onların və ailə üzvlərinin torpağın mülkiyyətə verilməsinə dair JN 106B nömrəli Şəhadətnaməyə görə mülkiyyətə verilmiş 0,98 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. İddiaçı1 Ələsgər oğlunun və İddiaçı2 faktiki istifadəsində olan 1,43 ha həyətyanı torpaq sahəsinə bitişik olmaqla şimal-qərb və cənub-şərq tərəfindən ümumi istifadəli kənd arası gediş-gəliş yolu keçdiyi müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar İddiaçı1 Ələsgər oğlunun və İddiaçı2 iddia etdikləri gediş-gəliş yolu cavabdehlər tərəfindən zəbt olunmamışdır. Ona görə də iddiaçılar İddiaçı1 Ələsgər oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlər tərəfindən zəbt olunmuş fərdi yaşayış evinə gediş-gəliş yolunun açılması və 800 manat maddi ziyanın cavabdehlərdən alınaraq onlara verilməsi tələbində haqlı deyillər. Həmçinin, məhkəmə iclasında da mübahisəli gediş-gəliş yolunun cavabdehlər tərəfindən zəbt olunması sübut edilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1 Ələsgər oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlər tərəfindən zəbt olunmuş fərdi yaşayış evinə gediş-gəliş yolunun açılması və 800 manat maddi ziyanın cavabdehlərdən alınaraq onlara verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdeh X6 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı1 Ələsgər oğlu tərəfindən ödənilmiş 99,30 manat İddiaçı1 Ələsgər oğluna aid edilməlidir. İş üzrə İddiaçı1 Ələsgər oğlu tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, iddia təmin edilmədiyindən İddiaçı1 Ələsgər oğluna aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçılar İddiaçı1 Ələsgər oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlər tərəfindən zəbt olunmuş fərdi yaşayış evinə gediş-gəliş yolunun açılması və 800 manat maddi ziyanın cavabdehlərdən alınaraq onlara verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə iddiaçılar İddiaçı1 Ələsgər oğlundan və İddiaçı2 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı1 Ələsgər oğlu tərəfindən ödənilmiş 99,30 manat İddiaçı1 Ələsgər oğluna aid edilsin. İş üzrə iddia təmin edilmədiyindən iddiaçı İddiaçı1 Ələsgər oğlu tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-50/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-50/2023
06.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver