Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-516/2025 18.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu Məlikqasımlı kəndində yerləşən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 3,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin cavabdehdən alınaraq naturada ölçülüb ona təhvil verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Məlikqasımlı kəndində yerləşən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 3,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin cavabdehdən alınaraq naturada ölçülüb ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Cəlilabad rayonu Məlikqasımlı kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətlərinə 3,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin topraq sahəsinin onlara verilməsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********89 reyestr nömrəli çıxarışa əsasən 11 aprel 2024-cü il tarixdə ********** nömrə ilə onların mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. Lakin DƏDRX 8 saylı Cəlilabad ərazi idarəsinin əməkdaşları tərəfindən həmin torpaq sahəsinin döngə nöqtələri yerində ölçülüb ona təhvil verilərkən müəyyən olmuş ki, Cavabdeh onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 3,72 ha torpaq sahəsinin bir hissəsini zəb edərək əkin işləri aparmışdır. Bundan sonra o, bu barədə cavabdehə məlumat vermiş və cavabdehdən zəbt etdiyi torpaq sahəsinin geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh onun bu tələbinə məhəl qoymamışdır. Cavabdehin qanunsuz əməllərinə görə onun və ailə üzvlərinin mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********89 reyestr nömrəli çıxarışdan görünür ki, İddiaçı, X3, X6, X5, X4 və X2 mülkiyyətlərinə Cəlilabad rayonu Məlikqasımlı kəndi ərazisndə verilmiş, kənd təsərrüfatı təyinatlı 3,72 hektar torpaq sahəsi, 11 aprel 2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli, 10/4655 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 11 iyun 2025-ci il tarixli, 3-21-3-44/2-3898/2025 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisində İddiaçı tələb etdiyi torpaq sahəsi, İddiaçının tələb etdiyi torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında **********89 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,72 ha torpaq sahəsinin bir hissəsi olduğu müəyyən edilmiş, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında **********89 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,72 ha torpaq sahəsindən 0,5252 ha hissəsi Cavabdeh faktiki istifadə kimi plana alınmış 3,4520 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmiş, iddia tələbinə görə cavabdehin faktiki istifadəsi kimi plana alınmış 3,4520 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkin işləri aparıldığı müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 11 aprel 2024-cü il tarixli, **********89 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Məlikqasımlı kəndində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 3,72 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh iddiaçıya məxsus 3,72 ha torpaq sahəsinin 0,5252 hektaradək hissəsini zəbt etmişdir. İddiaçı dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin 11 aprel 2024-cü il tarixli, **********89 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Məlikqasımlı kəndində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,72 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 11 aprel 2024-cü il tarixli, **********89 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Məlikqasımlı kəndində İddiaçı və onun ailə üzvlərin mülkiyyətinə verilmiş 3,72 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,5252 ha hissəsindən çıxarılmalı və 0,5252 ha torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 11 aprel 2024-cü il tarixli, **********89 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Məlikqasımlı kəndində İddiaçı və onun ailə üzvlərin mülkiyyətinə verilmiş 3,72 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,5252 ha hissəsindən çıxarılsın və 0,5252 ha torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-516/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-516/2025
18.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver