Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-52/2023 06.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı A 088043 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,76 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsinin cavabdehdən alınaraq naturada ölçülüb ona qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş A 088043 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə ona və ailə üzvlərinə məxsus 0,76 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsinin Cavabdeh alınaraq naturada ölçülüb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmşidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, iddiaçı onun anasıdır və onlar Cəlilabad rayonu Suluçeşmə kəndində yaşayırlar. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 2000-ci il tarixli, 09 saylı qərarı ilə ona və ailə üzvlərinin birgə mülkiyyətinə 0,76 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinin onlara verilməsinə dair A 088043 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Onlarla qonşuluqda yaşayan Cavabdeh iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt edərək çəpərə almışdır. Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etdiyi üçün İddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə edə bilmir. İddiaçı cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh iddiaçıya əhəmiyyət verməyərək qanunsuz əməllərini davam etdirmişdir. Ona görə də, iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Suluçeşmə kəndində yaşayır. İddiaçı onunla qonşuluqda yaşasa da, o, iddiaçının torpaq sahəsini zəbt etməmiş və orada hər hansı sahəni çəpərə almamışdır. Onun istifadəsində həyətyanı torpaq sahəsi vardır və o, öz torpaq sahəsindən istifadə edir. İddianı əsassız hesab edir. Ona görə də iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş A 088043 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Cəlilabad rayon X4 30 sentyabr 2000-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş, Cəlilabad rayonu Suluçeşmə kəndində yerləşən, 7664,14 kv.m həyətyanı torpaq sahəsi 10 mart 2009-cu il tarxdə Dövlət 1499 nömrə ilə X1 adına uçota alınmışdır. İşdə olan AZ-İİ 002634 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 15 iyul 2019-cu il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində mübahisələndirilən **********0094 (iddiaçı tərəf) və **********0093 (cavabdeh tərəf) reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü“ sənədlərinin yerləşmə mövqeyinin, konfiqurasiya formasının və sahə ölçülərinin naturadakı faktiki istifadə vəziyyəti ilə uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Cəlilabad rayon X4 30 sentyabr 2000-ci il tarixli, 09 saylı qərarı ilə tərtib edilmiş **********0094 (A 088043) reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinə əsasən İddiaçı mərhum əri X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,7664 ha həyətyanı torpaq sahəsi naturadakı faktiki istifadə vəziyyətinə uyğun deyildir, sənəd üzrə bu torpaq sahəsi şərq istiqamətində başqasının istifadəsində olan qonşu həyətyanı torpaq sahəsidir. Cəlilabad rayon X4 30 sentyabr 2000-ci il tarixli, 09 saylı qərarı ilə tərtib edilmiş **********0094 (A 088043) reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinə əsasən İddiaçı mərhum əri X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,7664 ha həyətyanı torpaq sahəsinin naturadakı faktiki istifadə vəziyyəti ilə uyğunsuzluğa görə mübahisələndirilən məkan daxilində yerləşmə vəziyyətini (mövqeyini), hansı ölçüdə cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı və cavabdehin ayrı-ayrılıqda faktiki istifadə kimi plana alınmış, çəpərlənmiş həyətyanı torpaq sahələrinin hüdudları daxilində əsas və köməkçi tikililərin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçınun tələb etdiyi torpaq sahəsi Cəlilabad rayon X4 30 sentyabr 2000-ci il tarixli, 09 saylı qərarı ilə tərtib edilmiş **********0094 (A 088043) reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinə əsasən İddiaçı mərhum əri X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,7664 ha həyətyanı torpaq sahəsi naturadakı faktiki istifadə vəziyyətinə uyğun deyildir, sənəd üzrə bu torpaq sahəsi şərq istiqamətində başqasının istifadəsində olan qonşu həyətyanı torpaq sahəsidir və həmin torpaq sahəsinin naturadakı faktiki istifadə vəziyyəti ilə uyğunsuzluğa görə mübahisələndirilən məkan daxilində yerləşmə vəziyyətini (mövqeyini), hansı ölçüdə cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmir. Ona görə də İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən A 088043 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə ona və ailə üzvlərinə məxsus 0,76 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsinin Cavabdeh alınaraq naturada ölçülüb ona qaytarılması tələbində haqlı deyildir. Həmçinin, məhkəmə iclasında mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması sübut edilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən zəbt olunmuş A 088043 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə ona və ailə üzvlərinə məxsus 0,76 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsinin Cavabdeh alınaraq naturada ölçülüb ona qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən zəbt olunmuş A 088043 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə ona və ailə üzvlərinə məxsus 0,76 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsinin Cavabdeh alınaraq naturada ölçülüb ona qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-52/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-52/2023
06.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver