Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-54/2024 26.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Cəlilabad rayonu Üçtəpə Bələdiyyəsinin sədri X3 iştirakı ilə, İddiaçı Cəlilabad rayonu Üçtəpə Bələdiyyəsi Cavabdeh Akif oğluna qarşı Cavabdeh tərəfindən Cəlilabad rayonu Üçtəpə Bələdiyyəsinin mülkiyyətində olan özaşına çəpərə alınmış 0,04 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması və bununla da kənd əhalisinin pay torpaqlarına gedən yolun açılmasını təmin etmək üçün həmin cavabdehin torpaqdan çıxarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 Cavabdeh Akif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Cəlilabad rayonu Üçtəpə Bələdiyyəsinin mülkiyyətində olan özaşına çəpərə alınmış 0,04 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılmasına və bununla da kənd əhalisinin pay torpaqlarına gedən yolun açılmasını təmin etmək üçün həmin cavabdehin torpaqdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmşidir. Məhkəmə iclasında iddiaçı Cəlilabad rayonu Üçtəpə Bələdiyyəsinin sədri X7 iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonu Üçtəpə Bələdiyyəsinə məxsus 0,04 ha torpaq sahəsini heç bir hüquqi sənədi olmadan kəndin sakini Cavabdeh zəbt etmişdir. Cavabdeh bələdiyyə mülkiyyətinə aid olan 0,04 ha torpaq sahəsini zəbt etməsi nəticəsində əhalinin pay torpaqlarına gedən yolun bağlanmasına səbəb olmuşdur. Cavabdeh mülkiyyətində 0,09 ha torpaq sahəsi olmasına baxmayaraq Cəlilabad rayon Üçtəpə kəndində sözügedən ərazidə 0,13 ha torpaq sahəsini çəpərə almışdır və həyətyanı kimi istifadə edir. Həmin torpaq sahəsi artıq bir neçə ildir ki, cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilir. Cavabdehin həmin torpaqa heç bir mülkiyyət, istifadə və ya icarə hüququ yoxdur. Bu barədə cavabdehə həmin torpaq sahəsinin verilməsi üçün hər hansı bir qərar qəbul edilməmiş və heç bir müqavilə bağlanmamışdır. Cavabdehdən dəfələrlə yolun açılmasını və sahəni tərk etməsini tələb etsə də, Cavabdeh tələblərə məhəl qoymamış, edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır və əksinə olaraq hal-hazırda da qanunsuz əməlini davam etdirir. Bu da əhalinin haqlı narazılığına səbəb olur. Ona görə də, Cavabdeh tərəfindən Cəlilabad rayonu Üçtəpə Bələdiyyəsinin mülkiyyətində olan özaşına çəpərə alınmış 0,04 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması və bununla da kənd əhalisinin pay torpaqlarına gedən yolun açılmasını təmin etmək üçün cavabdehin həmin torpaqdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmsinə baxmayaraq Cavabdeh Akif oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 13 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad rayonu Üçtəpə kənd sakini Cavabdeh heç bir hüquqmüəyyənedici sənədi olmadan Cəlilabad rayonu Üçtəpə Bələdiyyəsinin mülkiyyətində olan 0,04 ha yaşayış məntəqələrinin torpaqlarını zəbt edərək çəpər alması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət tərkibli hal yaratmışdır. İşdə olan Cəlilabad RPŞ-nin 03 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət işi rədd edilmişdir. İşdə olan 08 may 2023-cü il tarixli Cəlilabad rayonu Üçtəpə kənd sakinlərinin yazılı ərizəsindən görünür ki, kənd sakinlərinin əkin sahələrinə gedən yolu Cavabdeh öz həyətyanı sahəsinə birləşdirərək mənimsəmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətinə Cəlilabad rayonu Üçtəpə kəndində 0,09 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/4281 saylı ekspert rəyindən görünür ki, Cavabdeh fiziki sənədlər daxilində faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin iddia olunan 0,04 hektaradək hissəsi Cəlilabad rayon Üçtəpə kənd Bələdiyyəsinin mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətinə Cəlilabad rayonu Üçtəpə kəndində 0,09 hektar torpaq sahəsi vardır. Lakin cavabdeh Piriyev X5 rayon Üçtəpə Bələdiyyəsinin mülkiyyətində olan 0,04 torpaq sahəsini faktiki istifadə edilməklə, həmin torpaq sahəsini çəpərə alaraq zəbt etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Piriyev X5 rayon Üçtəpə Bələdiyyəsinin mülkiyyətində olan 0,04 ha torpaq sahəsindən çıxarılmalı və çəpər sökülərək torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Cavabdeh Akif oğlundan 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə Cavabdeh Akif oğlundan 95 manat alınaraq iddiaçı Cəlilabad rayon Üçtəpə Bələdiyyəsinin hesabına verilməlidir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh Akif oğlundan tutularaq iddiaçı Cəlilabad rayon Üçtəpə Bələdiyyəsinin hesabına verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh Piriyev X6 rayonu Üçtəpə Bələdiyyəsinin mülkiyyətində olan özaşına çəpərə alınmış 0,04 ha torpaq sahəsindən çıxarılsın və çəpər sökülərək torpaq sahəsi bələdiyyənin mülkiyyətinə qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh Akif oğlundan 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə Cavabdeh Akif oğlundan 95 (doxsan beş) manat alınaraq iddiaçı X2 verilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh Akif oğlundan tutularaq iddiaçı Cəlilabad rayon Üçtəpə Bələdiyyəsinin hesabına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-54/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-54/2024
26.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver