Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-55/2025 01.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ramis oğluna qarşı cavabdehlər Cavabdeh1 zəbt etmiş 0,31 ha və Cavabdeh2 Ramis oğlunun zəbt etmiş 0,10 ha torpaq sahələrindən çıxarılmaları və həmin torpaq sahəsində onun istifadə hüquqlarının bərpa edilməsi tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ramis oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 zəbt etmiş 0,31 ha və Cavabdeh2 Ramis oğlunun zəbt etmiş 0,10 ha torpaq sahələrindən çıxarılmaları və həmin torpaq sahəsində onun istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxrılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavadov X3 rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişlər. O, cavabdehlərdən ona məxsus torpaq sahəsindən çıxmalarını və ona qaytarmalarını tələb etsə də, nəticəsi olmamışdır. Bu da onun mülkiyyət hüquqlarını pozur. Ona görə də, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 Ramis oğlu iddianı etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun həmkəndlisidir. İddiaçının iddia etdiyi torpaq sahəsi, Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin qərarı ilə Ağdaş bələdiyyəsinin torpaqlardan ayrılaraq ona verilmiş 0,10 ha həyətyanı torpaq sahəsidir. Cəlilabad rayonu Ağdaş kəndində yerləşən həmin torpaq sahəsi **********32 reyestr nömrəli çıxarışa əsasən 30 may 2018-ci il tarixdə onun xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. O, öz mülkiyyətində olan həyətyanı torpaq sahəsindən istifadə edir və bu səbəbdən də iddianı əsassız hesab etmişdir. Onda olan məlumata görə iddiaçının Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən tələb etdiyi torpaq sahəsi, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ləğv edilmiş, sonradan Cəlilabad rayonu Ağdaş kəndində təkrar islahat aparılmış və təkrar islahat aparılarkən İddiaçı adına pay torpaq sahəsi verilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ramis oğlu məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, digər Cavabdeh2 Ramis oğlu isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-107, Kod 80603018 saylı Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayonu Ağdaş kəndində Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,31 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən İddiaçı verilmiş 23 aprel 2024-cü il tarixli, 3-21-3-44/2-M-0060-8/2024 saylı cavab məktubundan görünür ki, İddiaçı adına Publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin arxiv məlumatlarında hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən İddiaçı verilmiş 01 may 2024cü il tarixli, 3-21-3-44/2-M-0065-8/2024 saylı cavab məktubundan görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı qərarı ilə Cəlilabad rayonu Ağdaş kəndində təkrar islahat aparılmış və təkrar islahatın qərarına əsasən İddiaçı adına pay torpaq sahəsi verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32 reyestr nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 Ramis oğluna Cəlilabad rayonu Ağdaş kəndində 0,10 hektar həyətyanı torpaq sahəsi verilmiş və onun xüsusi mülkiyyəti kimi 30 may 2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(073)-1560/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, 10/9769 saylı ekspert rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin 18 noyabr 2024-cü il tarixli, 3-21-3-44/2-6749/2024 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi torpaq sahəsinin JN-107 nömrəli dövlət aktına əsasən onun mülkiyyətinə verilmiş torpaq sahəsi olmadığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında JN-107 nömrəli dövlət aktına əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi və mübahisəli torpaq sahəsinin yerləşməsi və koordinatları göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin 18 noyabr 2024-cü il tarixli, 3-21-3-44/2-6749/2024 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi torpaq sahəsində Cavabdeh2 Ramis oğluna məxsus iki mərtəbəli fərdi yaşayış evi mövcuddur. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin yerquruluşunun təşkili şöbəsinin müdiri vəzifəsini icra edən X1 verdiyi izahatında bildirdi ki, İddiaçı iddia etdiyi Torpağa mülkiyyət hüququna dair JN-107, Kod 80603018 saylı Dövlət aktına əsasən Cəlilabad rayonu Ağdaş kəndində Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsi, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-107, Kod 80603018 saylı Dövlət aktının ləğv edilməsi səbəbindən iddiaçıya təhkim edilməmişdir. Bundan sonra Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı qərarı ilə Cəlilabad rayonu Ağdaş kəndində təkrar islahat aparılmış və lakin təkrar islahatın qərarı ilə İddiaçı adına pay torpaq sahəsi verilməmişdir. İddia olunan torpaq sahəsi hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 Ramis oğlunun xüsusi mülkiyyəti kimi 30 may 2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. Həmin mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 zəbt etmiş 0,31 ha və Cavabdeh2 Ramis oğlunun zəbt etmiş 0,10 ha torpaq sahələrindən çıxarılmaları və həmin torpaq sahəsində onun istifadə hüquqlarının bərpa edilməsi tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı tələb etdiyi, Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 Ramis oğlunun xüsusi mülkiyyəti kimi 30 may 2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. İddiaçının Torpağa mülkiyyət hüququna dair JN-107, Kod 80603018 saylı Dövlət aktına əsasən Cəlilabad rayonu Ağdaş kəndində Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsi, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-107, Kod 80603018 saylı Dövlət aktının ləğv edilməsi səbəbindən iddiaçıya təhkim edilməmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı qərarı ilə Cəlilabad rayonu Ağdaş kəndində təkrar islahat aparılmış və lakin təkrar islahatın qərarı ilə İddiaçı adına pay torpaq sahəsi verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ramis oğluna qarşı cavabdehlər Cavabdeh1 zəbt etmiş 0,31 ha və Cavabdeh2 Ramis oğlunun zəbt etmiş 0,10 ha torpaq sahələrindən çıxarılmaları və həmin torpaq sahəsində onun istifadə hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş hər iki məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış hər iki mütəxəssis mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat, iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. İş üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu, iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ramis oğluna qarşı cavabdehlər Cavabdeh1 zəbt etmiş 0,31 ha və Cavabdeh2 Ramis oğlunun zəbt etmiş 0,10 ha torpaq sahələrindən çıxarılmaları və həmin torpaq sahəsində onun istifadə hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş iki məhkəmə mühəndis-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış iki mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat İddiaçı özünə aid edilsin. İş üzrə iddia təmin edilmədiyindən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-55/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-55/2025
01.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver