Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-551/2023 23.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh direktoru Nümayəndə*, Üçüncü şəxs X8 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdehə qarşı əmrin etibarsız hesab olunması, işə bərpa və əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək, onun (iddiaçının) işdən azad olunması ilə bağlı Cəlilabad rayon Cavabdeh 0* aprel 2022-ci il tarixli, 23 saylı əmrinin etibarsız hesab edilməsinə, onun (iddiaçının) əvvəlki işinə, yəni gözətçi işinə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, O, Cəlilabad rayon Cavabdeh sabiq məktəb direktoru Ərzuman Məmmədovun imzaladığı 0* oktyabr 20*5-ci il tarixli, 46 saylı əmri ilə həmin məktəbə ərizəsinə əsasən, ehtiyaca görə gözətçi vəzifəsinə işə təyin edilməklə, bu məktəbdə də uzun illər gündüz gözətçisi işləyib, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Analıq məziniyyətindən geri qayıtdıqdan sonra müvafiq əmri imzalayan məktəb direktoru X4 05 yanvar 2022-ci il tarixdən onu (iddiaçını) öz işinə, yəni gündüz gözətçilik vəzifəsinə qaytarmışdır. Bir neçə gün işə gedib, gəldikdən sonra isə aralarında narazılıq başlamışdır. Bundan bir müddət sonra isə işdən azad olunduğunu bilmişdir. İşdən azad olunmağının səbəbi ilə maraqlandıqda guya onun (iddiaçının) öz ərizəsinə əsasən işdən azad olunduğu məlum olmuşdur. Halbuki, o işdən azad olunması ilə bağlı ərizə yazmamış və imzalamamışdır. İşdən azad olunması ilə bağlı 0*.04.2022-ci il tarixli ərizə başqa şəxs tərəfindən yazılmış və imzalanmışdır. İşə bərpa olunması ilə əlaqədar cavabdehə müraciət etsə də, onun əvvəlki işinə bərpa edilməsi mümkün olmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayon Cavabdeh direktoru Nümayəndə* iddianı etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin *0.03.2023-cü il tarixli əmrinə əsasən Cəlilabad rayon Cavabdeh direktor vəzifəsinə təyin edilmişdir. İddiaçı ondan əvvəl Cəlilabad rayon Cavabdeh işləmiş və həmin məktəbin keçmiş direktorunun əmrinə əsasən 0*.04.2022-ci il tarixdə vəzifəsindən azad edilmişdir. İşdən azad olunma ilə bağlı yazılmış 0*.04.2022-ci il tarixli ərizənin iddiaçı tərəfindən yazılıb-yazılmamasından məlumatı olmamışdır. İddiaçı işdən azad edildikdən sonra onun yerinə X*3 işə qəbul edilmişdir. İş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən iddiaçının işdən azad edilməsi ilə bağlı ərizənin iddiaçı tərəfindən yazılmadığı müəyyən edilmişdir. Hazırda iddianı etiraf edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X8 nümayəndəsi Nümayəndə2 verdiyi izahatında göstərmişdir ki, iddiaçı X* rayon Ağusəm kənd tam orta məktəbdə formal olaraq işləmiş və əmək haqqı almışdır. 2022-ci ilin yanvar ayında həmin məktəbin direktoru vəzifəsini icra edən Arzuman Məmmədov tutduğu vəzifədən uzaqlaşdırılmışdır. 2022-ci ilin aprel ayında isə iddiaçı işə çıxmadığına görə işdə azad edilmişdir. İddiaçı bir ay ərzində məhkəməyə müraciət etməli olduğu halda həmin müddəti ötürməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin *9*.*-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddianın etirafı iş üzrə üçüncü şəxs X8 hüquqlarını pozduğundan həmin etiraf qəbul edilməməlidir. Lakin bununla belə məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 0*.*0.20*5-ci il tarixli əmək müqaviləsindən görünür ki, X2 rayon Cavabdeh gözətçi vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan 0*.*0.20*5-ci il tarixli, 0***792 saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X2 rayon Cavabdeh direktorunun 0*.*0.20*5-ci il tarixli, 46 saylı əmrinə əsasən həmin məktəbə gözətçi vəzifəsinə təyin edilmişdir. İşdə olan Cəlilabad rayon Cavabdeh direktoruna ünvanlanmış 0*.04.2022-ci il tarixli ərizədən görünür ki, həmin ərizəyə əsasən X5 0*.04.2022-ci il tarixdən məktəbin gözətçisi vəzifəsindən azad edilməsi, son haqq-hesabının ödənilməsi xahiş edilmişdir. İşdə olan 0*.*0.20*5-ci il tarixli, 0***792 saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X2 rayon Cavabdeh 0*.04.2022-ci il tarixli, 23 saylı əmrinə əsasən məktəb gözətçiliyindən azad edilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmiş və bu barədə məlumat 0*.04.2022-ci il tarixdə sistemə daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş *4.09.2023-cü il tarixli, 4/*269 saylı rəydən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 47-ci vərəqəsində olan üzərində “Yazıb sizə bildirirəm ki, öz razılıq ərizəmə əsasən 0*.04.2022-ci il tarixdən məni məktəbin gözətçisi vəzifəsindən azad edib, son haq hesabımı ödməyinizi Sizdən xahiş edirəm.” Yazıları olan 0*.04.2022-ci il tarixli ərizənin kserosurətində əks olunan yazılar və “Rzayeva Z.M” yazıları önündəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Cəlilabad rayon Cəngan kənd İƏDÜ nümayəndəlik tərəfindən verilmiş 07.06.20*6-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 07 may 20*6-cı ildə doğulmuşdur, atası X*5, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Cəngan kənd İƏDÜ nümayəndəlik tərəfindən verilmiş 25.0*.20*9-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** *9 dekabr 20*8-ci ildə doğulmuşdur, atası X*5, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 24 avqust 2022-ci ildə doğulmuşdur, atası X*5, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Cəngan kənd İƏDÜ nümayəndəlik tərəfindən verilmiş 0*.04.20*5-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 ilə X*0 0* aprel 20*5-ci ildə nikahlarını bağlamışlar və arvada Qurbanova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qurbanova (Rzayeva) X6 rayon Cavabdeh direktorunun 0* oktyabr 20*5-ci il tarixli, 46 saylı əmrinə əsasən həmin məktəbə gözətçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin məktəbin direktorunun 0* aprel 2022-ci il tarixli, 23 saylı əmrinə əsasən isə İddiaçı öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad olunması barədə məlumatının olmadığını, işdən azad olunması barədə 0*.04.2022-ci il tarixli ərizənin onun tərəfindən yazılmadığını, həmçinin himayəsində üç yaşına çatmayan uşağının olduğunu göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin maddənin 5-*-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 79-cu maddəsinin *-ci hissəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 83-cü maddəsinin *-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 49-cu maddəsinin *-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi və bu maddənin *-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin *54-cü maddəsinin *-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin *72-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İş materiallarından müəyyən edildyi kimi iddiaçının işdən azad edilməsi barədə 0* aprel 2022-ci il tarixli ərizə İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən yazılmış və imzalanmışdır. İddiaçı işdən azad olunması barədə razılığı olmamış və həmin ərizə onun iradə ifadəsini əks etdirmir. İddiaçı heç bir qanuni əsas olmadan işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və ötən müddət ərzində əmək haqqı almaqdan məhrum olmuşdur. Buna görə də İddiaçı işdə azad olunması barədə Cəlilabad rayon Cavabdeh direktorunun 0* aprel 2022-ci il tarixli, 23 saylı əmri etibarsız hesab edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli və ötən müddət ərzində buraxılmış günlərə görə əmək haqqı hesablanaraq ona (iddiaçıya) ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iş üzrə üçüncü şəxs tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə münasibət bildirirək qeyd edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından müəyyən edilir ki, İddiaçı işdən azad olunması barədə Cəlilabad rayon Cavabdeh direktorunun 0*.04.2022-ci il tarixli, 23 saylı əmrinin surəti poçt vasitəsi ilə 28 oktyabr 2022-ci il tarixdə İddiaçı göndərilmiş və iddiaçı həmin əmrin surətini 05 noyabr 2022-ci il tarixdə almışdır. Bundan sonra iddiaçı Salyan * saylı Mediasiya Təşkilatına müraciət etmiş, həmin təşkilat tərəfindən *5 yanvar 2023-cü il tarixdə arayış (İlkin mediasiya sassiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə) verilmiş və iddiaçı tərəfindən tərtib edilmiş 23 yanvar 2023-cü il tarixli iddia ərizəsi 09 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, İddiaçı işdə azad olunması barədə Cəlilabad rayon Cavabdeh direktorunun 0* aprel 2022-ci il tarixli, 23 saylı əmri etibarsız hesab edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli və ötən müddət ərzində buraxılmış günlərə görə əmək haqqı hesablanaraq ona (iddiaçıya) ödənilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı işdən azad edilməsi haqqında Cəlilabad rayon Ağusəm kənd orta məktəbi direktorunun 0*.04.2022-ci il tarixli, 23 saylı əmri etibarsız hesab edilsin. İddiaçı əvvəlki işinə, yəni Cəlilabad rayon Ağusəm kənd orta məktəbinə gözətçi vəzifəsinə bərpa edilsin və 0* aprel 2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh Cəlilabad rayon Cavabdehdən **0 (bir yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 2*0005, VÖEN *40*55507*, müxbir hesab AZ4*NABZ0*360***********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN *70032662*, hesab AZ34CTRE**********000208850*) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-551/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-551/2023
23.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver