Məhkəmə qərarları › İş №2(073)-558/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-558/2024

15.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-558/2024 15.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X6 16 mart 2006-cı ildə Cəlilabad rayonunun Xanəgah kəndində doğulması, atası X4, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsinə və həcminin azaldmasına dair ərizə verərək, izahatında göstərmişdir ki, 2002-ci ildə X4 ilə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 23 may 2003-cü ildə Nazpəri və 16 mart 2006-cı ildə Amil adlı uşaqları doğulmuşdur. Oğlu Amil ev şəraitində doğulduğundan onun doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə almamışlar. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğumu haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, anası Ərizəçi olmaqla X6 16 mart 2006-cı ildə Cəlilabad rayonunun Xanəgah kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Ərizəçi ilə X4 2002-ci ildə faktiki evlənmiş, nikahlarını isə rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından 23 may 2003-cü ildə Nazpəri və 16 mart 2006-cı ildə Amil adlı uşaqları doğulmuşdur. Ərizəçinin oğlu Amil ev şəraitində doğulduğundan onun doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə almamışlar. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğumu haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun anasıdır. Anası Ərizəçi ilə atası X4 2002-ci ildə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Valideynlərinin faktiki nikahlarından o (şahid) və qardaşı Amil doğulmuşdur. Qardaşı Amil 16 mart 2006-cı ildə ev şəraitində doğulduğundan onun doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə alınmamışdır. Qardaşı Amilə doğum haqqında şəhadətnamə almaq üçün anası Ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğumu haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onların ailəvi dostdur. Ərizəçinin bacısı Şərqiyyə Əşrəfovanın oğlu ilə o (şahid) dostur, onların evinə gəlib-gedəndə Amili də orada görmüş və tanımışdır. Ərizəçinin oğlu Amil 2006-cı ildə ev şəraitində doğulduğundan onun barəsində doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə alınmamışdır. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğumu haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə olan Cəlilabad rayon Xanəgah kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şəkilli arayışdan görünür ki, X1 rayonunun Xanəgah kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 16 mart 2006-cı ildə doğulmuş X6 barəsində xx.xx.2003-cü ildən xx.xx.2023-cü ilədək «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Doğumun qeydiyyatı ilə bağlı doğum haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquq müəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması Maraqlı şəxsndə mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Cəlilabad rayon Xanəgah kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-cü il tarixli arayışdan görünür ki, X10 16 mart 2006-cı ildə Cəlilabad rayonunun Xanəgah kəndində doğulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin faktiki nikahından 16 mart 2006-cı ildə ev şəraitində Amil adlı uşağı doğulmuşdur. Həmin uşaq ev şəraitində doğulduğundan onun doğumu barədə akt qeydi aparılmamış və uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 anası Ərizəçi olmaqla 16 mart 2006-cı il tarixdə Cəlilabad rayonunun Xanəgah kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar