Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-56/2025 19.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh JN100A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh JN100A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, uzun illərdir ki, Cəlilabad rayonu Göytəpə şəhərində yaşayır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 13 mart 1999-cu il tarixli, 03 saylı qərarına əsasən ona və onun ailə üzvlərinə Cəlilabad rayonu, Göytəpə şəhərində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində özlərinə məxsus fərdi yaşayış evi inşa etməklə yaşayırlar. Həmin fərdi yaşayış evi onun mülkiyyəti kimi 17 dekabr 2003-cü il tarixində Dövlət qeydiyyatına alınmışdır. Lakin Cavabdeh həmin həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt edərək orada tikinti işləri aparmaq istəyir və onu torpaq sahəsindən istifadə etməyə imkan vermir. Cavabdehin qanunsuz əməllərinə görə onun mülkiyyət hüququ pozulmuşdur. Dəfələrlə cavabdehə torpağın qaytarılması ilə bağlı xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı onun həmyerlisidir. İddiaçının iddia etdiyi torpaq sahəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********22 reyestr nömrəli çıxarışa əsasən 14 noyabr 2017-ci il tarixdə onun xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. O, öz mülkiyyətində olan həyətyanı torpaq sahəsindən istifadə edir və bu səbəbdən də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan, təmin edilməməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər X5 və X12 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh X5 gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, digər cavabdeh X12 isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN-100A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 13 mart 1999-cu il tarixli, 03 saylı qərarına əsasən ona və onun ailə üzvlərinə Cəlilabad rayonu, Göytəpə şəhərində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan AR Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 520 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,5 kv.metr olan yaşayış evi İddiaçı adına 17 dekabr 2023-cü il tarixdə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********22 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında Cavabdeh xüsusi mülkiyyətinə verilmiş 0.022 hektar həyətyanı torpaq sahəsi 14 noyabr 2017-ci il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(073)-1651/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, 10/1951 saylı ekspert rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 3-21-3-44/2-1652/2025 saylı mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, A.Mustafayev təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair komleks yerquruluşu layihəsinə görə Torpağın mülkiyyətə verilməsinə dair JN-100A nömrəli şəhadətnamə ilə İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi ilə **********22 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş 0.022 hektar həyətyanı torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi, həm də **********22 reyestr nömrəli çıxarışın A№ 696030 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0.022 hektar həyətyanı torpaq sahələrinin İddiaçı faktiki istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Cəlilabad rayonu, Göytəpə şəhəri, A.Mustafayev təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair komleks yerquruluşu layihəsinə görə Torpağın mülkiyyətə verilməsinə dair JN-100A nömrəli şəhadətnamə ilə İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi ilə, onun faktiki istifadə kimi plana alınmış 0,15 ha həyətyanı torpaq sahəsi arasında uyğunsuzluğun olduğu müəyyənləşdirildi. İddiaçının faktiki istifadəsi kimi plana alınmış 0,15 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan fərdi yaşayış evi Cəlilabad rayonu, Göytəpə şəhəri, A.Mustafayev təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair komleks yerquruluşu layihəsinə görə Torpağın mülkiyyətə verilməsinə dair JN-100A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilərək, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti və əkin işlərinin aparılmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin yerquruluşunun təşkili şöbəsinin müdiri vəzifəsini icra edən X4 verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 3-21-3-44/2-1652/2025 saylı mütəxəssis rəyinə əsasən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, 10/1951 saylı ekspert rəyinə əsasən İddiaçı iddia etdiyi həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-100A nömrəli şəhadətnamə ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi ilə əlaqəsi yoxdur. İddia edilən torpaq sahəsi iddiaçının faktiki istifadəsi kimi plana alınmış 0,15 ha və **********22 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş 0.022 ha həyətyanı torpaq sahələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin JN100A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı tələb etdiyi həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-100A nömrəli şəhadətnamə ilə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi ilə əlaqəsi yoxdur, lakin tələb edilən torpaq sahəsi iddiaçının faktiki istifadə kimi plana alınmış 0,15 ha həyətyanı torpaq sahəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh JN100A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş hər iki məhkəmə tikinti-texniki ekspertizasına görə iddiaçı X2 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat, iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. İş üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu, iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh JN100A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş iki məhkəmə mühəndis-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat İddiaçı özünə aid edilsin. İş üzrə iddia təmin edilmədiyindən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-56/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-56/2025
19.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver