Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-569/2024 20.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 20 fevral 2024-cü il tarixdə, Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum əmisi oğlu X4 11 mart 2014cü il tarixdə Cəlilabad rayonu Günəşli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini əsaslandıraraq bildirdi ki, mərhum əmisi oğlu X7 24 fevral 1968-ci il tarixdə Cəlilabad rayonunun Günəşli kəndində doğulmuş və orada yaşamışdır. Əmisi oğlu 11 mart 2014-cü il tarixdə vəfat etmişdir. Mərhum kənd qəbristanlığında dəfn edilmiş və ona başdaşı qoyulmuşdur. Mərhumun yas mərasimi kənd camaatının iştirakı ilə keçirilmişdir. Qaydaları bilmədikləri üçün üçün həmin vaxt ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etməmişlər. Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 9 nömrəli qərarı ilə ailə üzvləri ilə birlikdə X1nun mülkiyyətinə Cəlilabad rayonu Günəşli kəndində 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mərhumun ailə üzvləri olan ata-anası və qardaşı da vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə vərəsəliklə bağlı sənədləşmə işinin aparılmasında tələb olunur və bu sənədin olmaması onlara çətinlik yaradır. O, bununla bağlı Maraqlı şəxsnə də müraciət etmiş, lakin Qeydiyyat Şöbəsindən ona bildirmişlər ki, mərhumun ölümünü təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığı üçün akt qeydinin aparılması üçün məhkəməyə müraciət etməlidir. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid2 şahid qismində ifadə verərək bildirdi ki, o, Cəlilabad rayonu Günəşli kəndində yaşayır. X1 onun həmkəndlisi olmuşdur. X1 24 fevral 1968-ci il tarixdə Cəlilabad rayonunun Günəşli kəndində doğulmuş və orada yaşamışdır. Vaqif Bayramov 11 mart 2014-cü il tarixdə vəfat etmişdir. Mərhum kənd qəbristanlığında dəfn edilmiş və mərhumun yas mərasimi kənd camaatının iştirakı ilə keçirilmişdir. Məhkəmə iclasında Şahid1 da ifadə verərək Şahid2 qeyd etdiyi xüsusatları təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat verilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 714/12 saylı arayışdan görünür ki, X7 24 fevral 1968-ci il tarixdə Cəlilabad rayonu Günəşli kəndində doğulmuşdur. İş materiallarında olan JN-699A KOD 80600038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 9 nömrəli qərarı ilə Cəlilabad rayonu Günəşli kəndində 0.25 ha həyətyanı torpaq sahəsi X5, X2 və X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 25 fevral 2022-cü il tarixli, 142/12 saylı arayışdan görünür ki, X6 04 iyun 2009-cu il tarixdə Cəlilabad rayonu Günəşli kəndində vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 25 fevral 2022-cü il tarixli, 141/12 saylı arayışdan görünür ki, X10 03 avqust 2011-ci il tarixdə Cəlilabad rayonu Günəşli kəndində vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 25 fevral 2022-cü il tarixli, 143/12 saylı arayışdan görünür ki, X3 02 avqust 1993-cü il tarixdə Cəlilabad rayonu Günəşli kəndində vəfat etmişdir. İş materiallarında olan Cəlilabad rayon İHB-nin Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatda olmuş X8 11 mart 2014-cü il tarixdə vəfat etmiş və Günəşli kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Cəlilabad rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə Ərizəçi verilmiş məktubdan görünür ki, xx.xx.1968-ci il tarixdə anadan olmuş X7 ölən zaman həkim ekspert tərəfindən müayinə olunmadığı üçün ekspert rəyinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan məzar daşının fotoşəklindən görünür ki, X7 xx.xx.1968-ci il tarixdə doğulmuş, xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Qeydiyyat şöbəsində X4 ölümü haqqında akt qeydi aşkar edilməmiş, ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün olmamışdır. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ərizə təmin olunaraq, xx.xx.1968-ci il tarixdə Cəlilabad rayonu Günəşli kəndində doğulmuş X4 11 mart 2014-cü il tarixdə Cəlilabad rayonu Günəşli kəndində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixdə Cəlilabad rayonu Günəşli kəndində doğulmuş X4 11 mart 2014-cü il tarixdə Cəlilabad rayonu Günəşli kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-569/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-569/2024
20.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver