Məhkəmə qərarları › İş №2(073)-571/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-571/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-571/2024 14.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X1, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh ödənilmiş 6800 manat pulun geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil bürosuna ödənilmiş 100 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88 manat dövlət rüsumunun, ümumilikdə 6988 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 6800 manat pulun geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil bürosuna ödənilmiş 100 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88 manat dövlət rüsumunun, ümumilikdə 6988 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin direktoru X3 iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, İddiaçı MMC 16 aprel 2021-ci il tarixdə "xxxx" MMC ilə xidmət müqaviləsi bağlayaraq Saatlı rayonunda söküntü işlərinin aparılması barədə razılığa gəlmişlər və həmin söküntü işlərinin aparılması üçün "xxxx" MMC İddiaçı MMC-yə 27000 manat pulun ödənilməsi barədə razılıq əldə etmişlər. Saatlı rayonunda yerləşən söküntü işlərinin aparılması üçün Cavabdeh 28 aprel 2021-ci il tarixdə ekspeditor vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. 27 aprel 2021-ci il tarixdə Cavabdeh 6800 manat kassa məxaric orderi ilə pul verilmişdir ki, Cavabdeh texnikanın söküntü yerinə gətirilməsinə və işin görülməsinə başlasın. Cavabdeh da öz növbəsində aldığı 6800 manat pulu texnikaya və orada işləyən işçilərin gördükləri işin müqabilində işçilərə paylamışdır. Lakin işlər bir qədər irəlilədikcə əslində tapşırılan işin dəyərinin 27000 manat yox, daha çox olduğu məlum olmuşdur. Ona görə də Saatlı rayonunda olan zaman "xxxx" MMC ilə aralarında olan müqaviləyə, söküntü işləri müqavilədə nəzərdə tutulduğundan daha çox olduğu üçün xitam verilmişdir. Sonrakı müddətdə İddiaçı MMC Əmək müfəttişliyi tərəfindən hər hansı iş yerinə yetirilmədiyi halda işçinin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə külli miqdarda cərimə edilmişdir. Hazırki iddia ilə məqsədləri Cavabdeh verilən 6800 manat pulu geri alıb "xxxx" MMC-yə vermək və işi "xxxx" MMC gördüyü üçün İddiaçı MMC-ni məsuliyyətdən kənarda saxlamaqdır. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi Cavabdeh verdiyi 6800 manatı geri tələb edir. Lakin bu günə kimi cavabdeh hər dəfə bir bəhanə gətirərək ona borclu olduğu pulu qaytarmamışdır. Bu barədə Nərimanov rayon polis İdarəsində araşdırma aparılmış və cavabdehin izahatı alınmışdır. Cavabdeh verdiyi izahatında İddiaçı MMC-nin rəhbərliyindən 6800 manat pul aldığını və tapşırılan işin yerinə yetirilməsinə görə xərclədiyini bildirmişdir. Cavabdeh İddiaçı MMC-nin rəhbərliyindən aldığı pulu qaytarmadığı üçün onlar məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, İddiaçı MMC 16 aprel 2021-ci il tarixdə "xxxx" MMC ilə xidmət müqaviləsi bağlayaraq Saatlı rayonunda söküntü işlərinin aparılması barədə razılığa gəlmişlər və həmin söküntü işlərinin aparılması üçün "xxxx" MMC İddiaçı MMC-yə 27000 manat pulun ödənilməsi barədə razılıq əldə etmişlər. Saatlı rayonunda yerləşən söküntü işlərinin aparılması üçün Cavabdeh 28 aprel 2021-ci il tarixdə ekspeditor vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. 27 aprel 2021-ci il tarixdə Cavabdeh 6800 manat kassa məxaric orderi ilə pul verilmişdir ki, Cavabdeh texnikanın söküntü yerinə gətirilməsinə və işin görülməsinə başlasın. Lakin Saatlı rayonunda olan zaman "xxxx" MMC ilə aralarında olan müqaviləyə, söküntü işləri müqavilədə nəzərdə tutulduğundan daha çox olduğu üçün xitam verilmişdir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi Cavabdeh verdiyi 6800 manatı geri tələb edir. Lakin bu günə kimi cavabdeh hər dəfə bir bəhanə gətirərək ona borclu olduğu pulu qaytarmamışdır. Bu barədə Nərimanov rayon polis İdarəsində araşdırma aparılmış və cavabdehin izahatı alınmışdır. Cavabdeh verdiyi izahatında İddiaçı MMC-nin rəhbərliyindən 6800 manat pul aldığın etiraf etmişdir. Cavabdeh İddiaçı MMC-nin rəhbərliyindən aldığı pulu qaytarmadığı üçün onlar məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 16 aprel 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən Saatlı rayonunda söküntü işlərinin aparılması barədə razılığa gəlmişlər. Söküntü işlərinin aparılması üçün "xxxx" MMC İddiaçı MMC-yə 27000 manat pulun ödənilməsi barədə razılıq əldə etmişlər. Bundan sonra 28 aprel 2021-ci il tarixdə Saatlı rayonunda yerləşən söküntü işlərinin aparılması üçün onunla əmək müqaviləsi bağlanılmış və 28 aprel 2021-ci il tarixdə ekspeditor vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. 27 aprel 2021-ci il tarixdə ona 6800 manat pul verilmişdir ki, o, texnikanın söküntü yerinə gətirilməsinə və işin görülməsinə başlasın. O, da öz növbəsində söküntü işlərinin aparılması üçün həmin 6800 manat məbləğin 150 manatını İmran Qaffarovla birlikdə xərcləmişlər, qalan 6650 manatını isə İddiaçı MMC-nin dirktoru İmran Qaffarovla birlikdə Xalid adlı şəxsə vermişlər, Xalid də həmin vəsaiti Saatlı rayonunda yerləşən pambıq zavodunun söküntü işlərinin aparılmasına sərf etmişdir. Belə ki, onlar Saatlı rayonunda yerləşən söküntü işləri aparılması üçün 8 gün işləmişlər və həmin müddətdə 13000 manat məbləğində iş görmüşlər. Lakin 6800 manat vəsait az olduğundan söküntü işlərinin həcmi daha çox olduğundan başa çatdıra bilməmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 16 aprel 2021-ci il tarixli Xidmət müqaviəsindən görünür ki, icraçı İddiaçı MMC sifarişçi "xxxx" MMC-nin özünə məxsus texnikaları ilə və öz gücü daxilində razılaşdırılmış xidmət haqqı ödənilməklə söküntü işlərinin aparılmasını öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, 02/21-K nömrəli əmrdən görünür ki, İddiaçı MMC Cavabdeh 28 aprel 2021-ci ildə ekspeditor vəzifəsinə təyin etmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli kassa-məxaric orderindən görünür ki, İddiaçı MMC-də ekspeditor olan Cavabdeh işin görülməsinə lazım olan 6800 manat pulu İddiaçı MMC-dən almışdır. İşdə olan Bakı şəhər Nərimanov rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 22 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı MMC-nin dirktoru X2 Cavabdeh barəsində şikayət ərizəsi əsasında Nərimanov rayon Polis İdarəsinin İstintaq Bölməsində araşdırma aparılmış, aparılmış araşdırma zamanı tərəflərin izahatları alınmış və Cavabdeh həmin izahatında İddiaçı MMC-dən 6800 manat almasını etiraf etmiş, lakin həmin məbləğin 150 manatını İmran Qaffarovla birlikdə xərcləmişlər, qalan 6650 manatını İddiaçı MMC-nin dirktoru İmran Qaffarovla birlikdə Xalid adlı şəxsə vermişlər, Xalid də həmin vəsaiti Saatlı rayonunda yerləşən pambıq zavodunun söküntü işlərinin aparılmasına sərf etmişdir. Lakin 6800 manat vəsait az olduğundan söküntü işlərini başa çatdıra bilməmişlər. İşdə olan 06 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC hazırki iddianın verilməsinə görə 88 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı MMC 16 aprel 2021-ci il tarixində "xxxx" MMC ilə xidmət müqaviləsi bağlayaraq Saatlı rayonunda söküntü işlərinin aparılması barədə razılığa gəlmişdir. Söküntü işlərinin aparılması üçün "xxxx" MMC İddiaçı MMC-yə 27000 manat pulun ödənilməsi barədə razılıq əldə etmişdirlər. Saatlı rayonunda yerləşən söküntü işlərinin aparılması üçün Cavabdeh 28 aprel 2021-ci ildə ekspeditor vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir. 27 aprel 2021-ci ildə Cavabdeh 6800 manat kassa məxaric orderi ilə pul vermişdir ki, Vüqar texnikanın söküntü yerinə gətirilməsinə və işin görülməsinə başlasın. Cavabdeh da öz növbəsində aldığı 6800 manat pulu texnikaya və orada işləyən işçilərin gördükləri işin müqabilində işçilərə paylamışdır. Lakin işlər bir qədər irəlilədikcə əslində tapşırılan işin dəyərinin 27000 manat yox, daha çox olduğu məlum olmuşdur. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi də izahatlarında həqiqətən Cavabdeh tərəfindən verilən 6800 manat pulu texnikaya və orada işləyən işçilərə zəhmət haqqı olaraq verildiyini və buna uyğun olaraq işçilərin bir qisminin görüldüyünü etiraf etmişlər. Sonradan Saatlı rayonunda olan zaman "xxxx" MMC ilə aralarında olan müqaviləyə söküntü işləri müqavilədə nəzərdə tutulduğundan daha çox olduğu üçün xitam verilmişdir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi Cavabdeh verdiyi 6800 manat pulu geri tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh işlərin yerinə yetirilməsi istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirmiş və BMİD Grup” MMC-nin müqaviləyə xitam verilməsi və işlərin vəsait çatışmazlığı və ya iş həcminin çoxluğu səbəbindən başa çatdırılmaması da cavabdehin hərəkətləri nəticəsində olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh ödənilmiş 6800 manat pulun geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil bürosuna ödənilmiş 100 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88 manat dövlət rüsumunun, ümumilikdə 6988 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbində haqlı deyildir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh ödənilmiş 6800 manat pulun geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil bürosuna ödənilmiş 100 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88 manat dövlət rüsumunun, ümumilikdə 6988 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir. Həmin Məcəllənin 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə Cavabdeh üzərinə düşən vəzifəni icra etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh ödənilmiş 6800 manat pulun geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil bürosuna ödənilmiş 100 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88 manat dövlət rüsumunun, ümumilikdə 6988 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 88 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ödənilmiş 6800 manat pulun geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil bürosuna ödənilmiş 100 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88 manat dövlət rüsumunun, ümumilikdə 6988 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar