Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-58/2023 21.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və onun (iddiaçının) mülkiyyətində olan 0.9798 ha torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və onun (iddiaçının) mülkiyyətində olan 0.9798 ha torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək onun mükliyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.9798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1159 hektar hissəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cəlilabad rayon Maşlıq kəndi ərazisindən ona (iddiaçıya) 0.9798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmmişdir. Həmin torpaq sahəsinin 0.1159 hektar hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh onun torpaq üzərində mülkiyyət hüququnu pozaraq onun torpaqdan istifadəsinə imkan vermir. Dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, bundan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Nayıb qızı iddianı etiraf edərək, verdiyi izahatında İddiaçı mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.9798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1159 hektar hissəsindən çıxmağa etiraz etmədiyini göstərərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.9798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.8879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X2 və X3 ümumi birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7833 saylı ekspert rəyindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndi ərazisində **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı mülkiyyətində olan 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.86 hektaradək hissəsinin özünün, şimal-şərq istiqamətində qalan 0,1159 hektaradək hissəsinin isə Cavabdeh fakitki istifadəsində olduğu, İddiaçı mülkiyyətinə verilmiş 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1159,0 kv.metrədək (eni 4,5 m və 4,0 m, uzunu 273,2 m və 272,5 m) hissəsi Cavabdeh faktiki istifadə kimi plana alınmış 0,9934 hektaradək ərazinin cənub-qərb istiqamətində hüdudları daxilində yerləşdiyi, iddaçı İddiaçı mülkiyyətində olan 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində yerləşən 0.9798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (şimal-şərq istiqamətində) 0.1159 hektar hissəsindən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddaçı İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-58/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-58/2023
21.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver