Məhkəmə qərarları › İş №2(073)-600/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-600/2024

03.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-600/2024 03.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh onun mülkiyyətində olan Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh onun mülkiyyətində olan Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını əsaslandıraraq bildirdi ki, Cəlilabad rayonu Təzəkənd kəndində yaşayır, ailəlidir, sovxozda işlədiyi illərində, yəni 26 iyun 1996-cı ildə Cəlilabad rayonu Təzəkənd kəndində ona 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona verilməsinə dair təhkim aktı tərtib edilmişdir. Həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikmiş və uzun illərdir ki, ailə üzvləri ilə birlikdə orada yaşayır. Son aylarda mülkiyyətdə olan torpaq sahəsinin dövlət qeydiyyatına alınması zərurəti yarandığından o da, torpaq sahəsinə dair ilkin torpaq ayırma sənədləri ilə birlikdə lazım olan digər sənədləri topayılb Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək mülkiyyətində olan həmin 0,12 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Oradan ilkin sənədlər araşdırıldıqdan sonra torpaq sahəsinin yerində müayinə aparıldı və ona bildirildi ki, torpaq sahəsi Təzəkənd sakini Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh kənkəndlisi olmaqla, eyni zamanda onun qonşusudur. Coşqunun fərdi yaşayış evinə ümumi gediş-gəliş yolu vardır. Bütün kənd sakinləri kimi Cavabdeh həmin yoldan istifadə edir. Lakin bir neçə illər bundan əvvəl onun mərhum ərinin sağlığında Coşqun onun ərindən “müvəqqəti olaraq onların həyətinin içərisindən özünün evinə yol verilməsini” xahiş etmişdir. Mərhum əri Coşqunun xahişini nəzərə alaraq torpaq sahəsindən ona yol vermişdir. Cavabdeh onun tək olmağından və oğlunun əlil olmasından istifadə edərək həmin torpaq sahəsini geri qaytarmaqdan imtina edir. Hazırda da Cavabdeh həmin torpaq sahəsinin bir hissəsini zəbt edərək onu torpaq sahəsindən istifadə etməyə və hasarlamağa imkan vermir. Cavabdehin qanunsuz əməllərinə görə onun mülkiyyəy hüququ pozulur. Dəfələrlə cavabdehə qanunsuz əməllərini dayandırması və torpağın qaytarılması barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, Cavabdeh onun mülkiyyətində olan Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17 noyabr 2020-ci il tarixdə, **********58 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Sabirabad kəndində 0,5287 hektar pay torpaq sahəsi İddiaçınun xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixdə, **********58 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Təzəkənd kəndində 0,12 hektar pay torpaq sahəsi X3 xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 28 iyun 1996-cı il tarixli təhtim aktında məkan göstəricilərinin koordinatları olmadığı üçün İddiaçı ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İddiaçının istifadəsində olan torpaq sahəsi ilə **********58 reyestr nömrəli çıxarışa əsasən cavabdeh X3 xüsusi mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçı tələb etdiyi 135 kv.m torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. İddiaçı tələb etdiyi 135 kv.m torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində yol kimi göstərildiyi müəyyən edilmişdir. İddiaçı tələb etdiyi 135 kv.m torpaq sahəsində iddiaçıya məxsus beton özülün mövcud olması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 10/6278 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 18 iyul 2024-cü il tarixli mütəxəssin rəyinə əsasən, 28 iyun 1996-cı il tarixli təhkim atkında məkan göstəricilərinin koordinatları olmadığı üçün İddiaçı ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə **********58 reyestr nömrəli çıxarışa əsasən cavabdeh X3 xüsusi mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçı tələb etdiyi 135 kv.m torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmadığı müəyyən edilmişdir. İddiaçı tələb etdiyi 135 kv.m torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində yol kimi göstərildiyi müəyyən olunmuşdur. İddiaçı tələb etdiyi 135 kv.m torpaq sahəsində iddiaçıya məxsus beton özülün mövcud olması müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin X1 izahatında bildirdi ki, 28 iyun 1996-cı il tarixli təhtim aktında məkan göstəricilərinin koordinatları olmadığı üçün İddiaçı ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İddiaçının istifadəsində olan torpaq sahəsi ilə **********58 reyestr nömrəli çıxarışa əsasən cavabdeh X3 xüsusi mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 10/6278 saylı ekspert rəyində texniki səhv olaraq torpaq sahəsinin üst-üstə düşdüyü göstərilmişdir. Belə ki, ilkin rəyi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssisləri tərtib etmişlər, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərildikdən sonra, həmin mütəxəssis rəyinin əsasında ekspert rəyi hazırlanmışdır. İddiaçı tələb etdiyi 135 kv.m torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmamışdır, 135 kv.m torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində yol kimi göstərilmişdir və torpaq sahəsində iddiaçıya məxsus beton özül mövcuddur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı istifadəsində olan torpaq sahəsi ilə **********58 reyestr nömrəli çıxarışa əsasən cavabdeh X3 xüsusi mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsi üst-üstə düşməmişdir. Həmin mübahisəli sahəsidə yoldur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh onun mülkiyyətində olan Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbində haqlı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh onun mülkiyyətində olan Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə iddiaçı tərəfindən ödənilən 95 (doxsan beş) manat dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş Məhkəmə Tikinti-Texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh onun mülkiyyətində olan Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə iddiaçı tərəfindən ödənilən 95 (doxsan beş) manat dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş Məhkəmə Tikinti-Texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar