Məhkəmə qərarları › İş №2(073)-606/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-606/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-606/2024 04.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X3 01 fevral 2012-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum oğlu X6 30 yanvar 1991-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində doğulmuş, 01 fevral 2012-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində vəfat etmiş və Cəlilabad rayonu Ocaqlı kənd məzarlığında dəfn edilmişdir. Həmin vaxtlar yas mərasiminə başları qarışdığı üçün oğlunun ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən də oğlunun ölüm akt qeydi aparılmamışdır. Bəzi sənədləşmə işlərinin aparılmasından ötrü mərhum oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum oğluna ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi mərhum oğlu X6 01 fevral 2012-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində vəfat etmiş və Cəlilabad rayonu Ocaqlı kənd məzarlığında dəfn olunmuşdur. Bir yaxın qonşu kimi onun yas mərasimində yaxından iştirak etmişdir. O, X3 01 fevral 2012-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun yeznəsi, mərhum X6 isə onun bacısı oğludur. Mərhum bacısı oğlu X6 01 fevral 2012-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində vəfat etmiş və Cəlilabad rayonu Ocaqlı kənd məzarlığında dəfn olunmuşdur. Bir yaxın qohum kimi onun yas mərasimində yaxından iştirak etmişdir. O, təsdiq edir ki, X6 01 fevral 2012-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli, 1644/12 saylı doğum haqqında arayışdan görünür ki, X6 30 yanvar 1991-ci ildə Cəlilabad rayonu Qarazəncir kəndində doğulmuşdur, atası Ərizəçi, anası isə X2r. İşdə olan Cəlilabad RİHB-nın Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli, 5-41/2-18-693/2023 saylı arayışdan görünür ki, 30 yanvar 1991-ci ildə Cəlilabad rayonu Qarazəncir kəndində doğulmuş X6 01 fevral 2012-ci il tarixdə vəfat etmiş və Ocaqlı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş mərhum X3 məzar daşının fotoşəklində doğum tarixi xx.xx.1991-ci il, ölüm tarixi isə xx.xx.2012-ci il göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi mərhum oğlu X6 01 fevral 2012-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində vəfat etmiş və vəfatından sonra Cəlilabad rayonu Ocaqlı kənd məzarlığında dəfn olunmuşdur. Sonradan ərizəçi oğlu Cavidin ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qardaşına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X3 01 fevral 2012-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 30 yanvar 1991-ci ildə doğulmuş X3 01 fevral 2012-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar