Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-623/2024 25.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cəlilabad bələdiyyəsinə və Bakı şəhəri 23 saylı Notariat ofisinə qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş ********** nömrəli 24 noyabr 2021-ci il tarixli və X5 verilmiş ********** nömrəli 29 dekabr 2015-ci il tarixli çıxarışların, Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən təsdiq edilərək 4Ə-1571 nömrə ilə reyestrdə qeydə alınmış AN-1 ******* saylı 17 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin, mübahisəli torpaq sahəsinin X1 dair Cəlilabad bələdiyyəsi tərəfindən tərtib olunmuş müvafiq sənədlərin (alqı-satqı müqaviləsi, bələdiyyə qərarı, hərracın nəticəsi barədə aktın və s. sənədlərin) ləğv edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ********** nömrəli 24 noyabr 2021-ci il tarixli çıxarışın və həmin çıxarışın verilməsinə səbəb olmuş Cəlilabad bələdiyyəsinin müvafiq qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş ********** nömrəli 24 noyabr 2021-ci il tarixli və X5 verilmiş ********** nömrəli 29 dekabr 2015-ci il tarixli çıxarışların, Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən təsdiq edilərək 4Ə-1571 nömrə ilə reyestrdə qeydə alınmış AN-1 ******* saylı 17 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin, mübahisəli torpaq sahəsinin X1 dair Cəlilabad bələdiyyəsi tərəfindən tərtib olunmuş müvafiq sənədlərin (alqı-satqı müqaviləsi, bələdiyyə qərarı, hərracın nəticəsi barədə aktın və s. sənədlərin) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cəlilabad Bələdiyyəsinin 31 iyul 2003-cü il tarixli, 08 saylı qərarı ilə 600 kv.metr torpaq sahəsi ona icarəyə verilmiş və 01 dekabr 2003-cü il tarixli 97 saylı saylı qərarı ilə 10 il müddətinə icarə müqaviləsi bağlamışlar. Kommersiya məqsədi ilə nəzərdə tutulmuş torpaq sahəsinin ona verilməsi Cəlilabad rayon İcra Hakimiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmışdır. Torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə bəzi səbəblər uzun müddət ona maneçilik yaratmışdır. Belə ki, Cəlilabad rayon İcra Hakimiyyətinin 27 fevral 2004-cü il tarixli, 30 saylı sərəncamı ilə həmin torpaq sahəsi Cəlilabad sakini Nümayəndə istifadəsinə verilmiş, Cəlilabad Bələdiyyəsi ilə aralarında 30 noyabr 2004-cü il tarixli, 139 saylı qanunsuz icarə müqaviləsi bağlanmışdır. O, uzun müddət, yəni 2004-2013-cü illər ərzində torpaq sahəsinə dair mübahisə nəhayət ki, məhkəmə qaydasında həll edildiyinə görə torpaq sahəsini təyinatı üzrə istifadə etmək hüququndan məhrum edilmişdir. Cəlilabad rayon Məhkəməsinin 16 avqust 2011-ci il tarixli qətnaməsi ilə Cəlilabad rayon İcra Hakimiyyətinin 27 fevral 2004-cü il tarixli, 30 saylı sərəncamı və hər iki icarə müqaviləsi ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 dekabr 2011-ci il tarixli qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayəti təmin olunmamış, Cəlilabad rayon Məhkəməsinin 16 avqust 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 may 2012-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin 01 dekabr 2011-ci il tarixli qətnaməsi X3 ilə Cəlilabad Bələdiyyəsi arasında bağlanmış 01 dekabr 2003-cü il tarixli, 97 saylı icarə müqaviləsinin ləğv edilməsi hissəsində ləğv olunaraq həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Cəlilabad rayon Məhkəməsinin 16 avqust 2011-ci il tarixli qətnaməsi ilə X3 ilə Cəlilabad Bələdiyyəsi arasında bağlanmış 01 dekabr 2003-cü il tarixli, 97 saylı icarə müqaviləsinin ləğv edilməsi hissəsində ləğv olunaraq həmin hissədə ona qarşı iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qərarı ilə Nümayəndə və Cəlilabad Bələdiyyəsinin kassasiya şiakyətləri təmin olunmamış Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin torpaq sahəsində 20 iyul 2011-ci il tarixdə ona kadastr planı və ölçüsü verilmişdir. Bundan sonra torpaq sahəsi üzərində icarə hüququ DƏDRX tərəfindən qeydə alınaraq ona 15 fevral 2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsinin ona satılması barədə rəsmi müraciətlərinin müsbət nəticəsi olmamışdır. 2023-cü ilin sentyabr ayının axırlarında rayonda yaşayan qohumlar həmin torpaq sahəsində naməlum şəxslər tərəfindən tikinti işləri aparılması barədə ona məlumat vermişlər. Araşdırma zamanı o müəyyən etmiş ki, həmin şəxs Nümayəndə qohumu Cavabdeh1dır və həmin topraq sahəsi Cəlilabad Bələdiyyəsi tərəfindən Cavabdeh1 verilmiş, DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən isə torpaq üzərində mülkiyyət hüquqları tanınaraq çıxarış verilmişdir. Həmin şəxslərin bu qanunsuz hərəkətlərinin onun hüquqlarına toxunduğunu və mübahisənin məhkəmədə həll olunacağını nəzərə alaraq məhkəməyə təqdim etmək üçün həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqlarının tanınmasına əsas olunmuş sənədlərin surətlərinin ona təqdim edilməsi barədə rəsmi müraciətinə Cəlilabad bələdiyyəsi cavab verməmiş, DƏDRX-nin 8 saylı Ərazi İdarəsi isə həmin sənədlərin yalnız məhkəmə vasitəsi ilə əldə edilməsinin mümkün olmasını bildirmişdir. O, Cavabdeh1 adına DƏDRX tərəfindən verilmiş ********** nömrəli 24 noyabr 2021-ci il tarixli çıxarışın surətini qeyri-rəsmi olaraq əldə etmişdir. Cəlilabad bələdiyyəsi ilə aralarında bağlanmış 01 dekabr 2003-cü il tarixli 97 saylı icarə müqaviləsinin pozulması barədə ona rəsmi xəbərdarlıq olunmadan və həmin icarə müqaviləsi ləğv edilmədən icarəsində olan torpaq sahəsini üçünçü şəxsə verilməsi qanunsuzdur. Həmçinin mübahisəli torpaq sahəsinə dair icarə hüququ reyestr xidməti tərəfindən qeydə alınaraq ona verilmiş və bununla da yüklü edilmiş torpaq sahəsinə dair 15 fevral 2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış ləğv olunmadan üçünçü şəxsin həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarış verilməsi icarə hüququnu pozmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, Cavabdeh1 ilə digər cavabdeh X7 arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsi qanunamüvafiq qaydada bağlanmış və Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən təsdiq edilmişdir. İddiaçı iddiası əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər X7 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin, Cəlilabad bələdiyyəsinin və Bakı şəhəri 23 saylı Notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehlər X4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin, Cəlilabad bələdiyyəsinin və Bakı şəhəri 23 saylı Notariat ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Cəlilabad bələdiyyəsinin 31 iyul 2003-cü il tarixli, 08 saylı iclas protokolundan çıxarışdan görünür ki, Cəlilabad bələdiyyə torpaqlarından kənd təsərrüfatına şərti yararlı hissəsindən 600 kv.m ölçüdə torpaq sahəsinin kommersiya xidməti məqsədilə İddiaçı icarəyə verilməsi, İddiaçı icarəyə verilmiş torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması və şərtlərinin izah edilməsi, o cümlədən icarəyə verilmiş 600 kv.m torpaq sahəsinin naturada ölçülüb İddiaçı təhvil verilməsi Cəlilabad bələdiyyəsinin mütəxəssisi E.Ağayevə tapşırılması qərara alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********10 reyestr nömərli çıxarışdan görünür ki, Cəlilabad bələdiyyəsi tərəfindən Cəlilabad bələdiyyə torpaqlarından İddiaçı 11 il müddətinə 0,06 ha sahibkarlıq təyinatlı torpaq sahəsi verilmiş və bu barədə xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan 17 noyabr 2021-ci il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X7 **********81 reyestr nömərli çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,06 ha yaşayış təyinatlı torpaq sahəsini Cavabdeh1 6000 manata satmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********81 reyestr nömərli çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətinə verilmiş 0,06 ha yaşayış təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan A № 669055 Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cavabdeh1 mülkiyyətinə Cəlilabad şəhəri, Ələt-Astara şossesi yolunda 0,06 ha yaşayış təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən 21 fevral 2024-cü il tarixdə iddia ərizəsinə verilmiş etirazdan görünür ki, Cəlilabad bələdiyyəsi sözü gedən 0,06 ha torpaq sahəsini Cəlilabad rayon 1 saylı Notariat ofisinin 29 dekabr 2015-ci il tarixli, 4-Ə-683 saylı alqı-satqı müqaviləsinə əsasən X2 və 29 dekabr 2015-ci il tarixdə **********81 reyestr nömərli çıxarış verilmişdir. Həmin torpaq sahəsi Bakı şəhəri 23 saylı Notariat ofisinin 17 noyabr 2021-ci il tarixli, 4-Ə-1571 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmışdır. Bakı şəhəri 23 saylı Notariat ofisinin 17 noyabr 2021-ci il tarixli, 4-Ə-1571 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına Cəlilabad şəhəri, Ələt-Astara şossesi yolunda yerləşən 0,06 ha torpaq sahəsinə 24 noyabr 2021-ci il tarixdə **********81 reyestr nömərli çıxarış və torpaq sahəsinin planı-ölçüsü sənədi verilmişdir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçının tələbi 0,06 ha torpaq sahəsinin X5 verilməsinə dair Cəlilabad bələdiyyəsinin qərarının və digər aidiyyati sənədləri mübahisələndirən tələbi ilə bağlı inzibati münasibətlərdən irəli gələn inzibati mübahisədir və inzibati məhkəmədə baxılan tələbdir. Həmçinin, həmin bələdiyyə qərarı əsasında tərtib olunmuş çıxarışlar və alqı-satqı müqavilələrinin ləğv edilməsi tələblərinin kökündə inzibati mübahisə mövcuddur və tərəflərin arasında olan yuxarıda qeyd olunan inzibati mübahisələrin nəticəsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.1-ci bəndinə əsasən İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarının 17-ci bəndinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati mübahisədir. Ona görə də hazırki iddia tələbi mülki məhkəmə icraatında baxılmalı olmadığından həmin mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cəlilabad bələdiyyəsinə və Bakı şəhəri 23 saylı Notariat ofisinə qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş ********** nömrəli 24 noyabr 2021-ci il tarixli və X5 verilmiş ********** nömrəli 29 dekabr 2015-ci il tarixli çıxarışların, Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən təsdiq edilərək 4Ə-1571 nömrə ilə reyestrdə qeydə alınmış AN-1 ******* saylı 17 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin, mübahisəli torpaq sahəsinin X1 dair Cəlilabad bələdiyyəsi tərəfindən tərtib olunmuş müvafiq sənədlərin (alqı-satqı müqaviləsi, bələdiyyə qərarı, hərracın nəticəsi barədə aktın və s. sənədlərin) ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-623/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-623/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver