Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-669/2023 23.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Fxərəddin oğlunun, İddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh Fxərəddin oğluna qarşı uşağı ilə birlikdə hazırda cavabdehin yaşadığı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdə yaşamaq hüququnun tanınması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Fxərəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağı ilə birlikdə hazırda cavabdehin yaşadığı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdə yaşamaq hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cəlilabad rayonu Alar kəndində doğulmuşdur. Cavabdehla 2016-cı ildə faktiki ailə həyatı qurmuşlar, nikahlarını isə 12 noyabr 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 17 sentyabr 2018-ci il tarixdə Aylin və 14 fevral 2020-ci il tarixdə isə Həzrət adlı iki uşaqları doğulmuşdur. Hazırda övladı Həzrət vəfat etmişdir. O, Cavabdehla ailə qurduqdan sonra cavabdehin ata evinə gəlin köçmüşdür. Əvvəllər Cavabdehla mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. O, Cavabdehla ailə qurduqdan sonra cavabdehin Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən valideynlərinə məxsus evə gəlin köçərək, ayrıldıqları vaxta qədər həmin evdə yaşamışlar. Birlikdə yaşadıqları müddət ərzində cavabdehlə birgə təsərrüfata malik olmuşdur. Sonradan Cəlilabad rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(073)-1363/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh Fxərəddin oğlu ilə aralarında bağlanmış nikah qeydi pozulmuşdur. Hazırda azyaşlı uşağı Aylin ilə birlikdə Cəlilabad rayonu Alar kəndində valideynlərinin himayəsində yaşayırlar. Qeyd edilənlərin nəzərə alınaraq uşağı ilə birlikdə hazırda cavabdehin yaşadığı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdə yaşamaq hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Fxərəddin oğlu iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır. İddiaçı ilə 2016-cı ildə faktiki ailə həyatı qurmuşlar, nikahlarını isə 12 noyabr 2018-ci il tarixdə rəsmiləşdirmişlər. İddiaçı onunla ailə qurduqdan sonra atası X7 rayonu Təzəkənd kəndində yerləşən evinə gəlin köçmüşdür. İddiaçının hazırki tələbi əsassızdır. Belə ki, iddiaçı köçürülməsini tələb etdiyi fərdi yaşayış evi ona yox, atası Fəxrəddin Zamanova məxsus olmuş və həmin ev uzun illər bundan öncə tikilmişdir. Bundan əlavə İddiaçı ilə münasibətlərinin pozulmasına və ayrılmasına səbəb, İddiaçı əxlaqsız hərəkətləri olmuşdur. O, ikinci dəfə 12 noyabr 2022-ci il tarixdə X12 ailə qurmuş və hazırda iddiaçının köçürülmək istədiyi həmin evdə yaşayırlar. İddiaçı həmin evə köçürülməsi təmin edildiyi halda bütün ailə üzvlərinin narahatçılığna səbəb olmaqla, bədbəxt hadisələr törədilməsi həddinə çatacaqdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğu üçün təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 verdiyi izahatında bildirdi ki, İddiaçı onun keçmiş gəlini, yəni oğlu Cavabdeh həyat yoldaşı olmuşdur. İddiaçı ilə cavabdeh 2016-cı ildə faktiki ailə həyatı qurmuşlar, nikahlarını isə 12 noyabr 2018-ci il tarixdə rəsmiləşdirmişlər. İddiaçı ilə Cavabdeh ailə qurduqdan sonra, İddiaçı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən ona məxsus evə gəlin köçmüşdür. İddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi ona məxsusdur və həmin ev uzun illər bundan öncə inşa edilmişdir. Bundan əlavə İddiaçı ilə Cavabdeh ayrılmasına səbəb, İddiaçı əxlaqsız hərəkətləri olmuşdur. Cavabdeh hazırda X12 ilə ailə qurmuş və həmin evdə yaşayırlar. İddiaçı həmin evə köçürülməsi təmin edildiyi halda onunla yanaşı bütün ailə üzvlərinin narahatçılığına və bədbəxt hadisələrə səbəb olacaqdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğu üçün təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin izahtalarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-197A, Kod 80620028 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə X1 və onun ailə üzvləri X8, X5, X2, Cavabdeh və X3 mülkiyyətinə Cəlilabad rayonu Təzəkənd kəndində 0,19 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28 mart 2023-cü il tarixdə verilmiş təsərrüfat kitabından çıxarışdan görünür ki, X1 Cəlilabad rayon Təzəkənd kəndində yerləşən 0,19 ha həyətyanı torpaq sahəsi və üzərində 1989-cu ildə inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 120 kv.m., yaşayış sahəsi 48 kv.m. olan fərdi yaşayış evi vardır. Həmin evdə ailə başçısı X6 olmaqla, X10, Cavabdeh, X9 və X12 daimi və müvəqqəti qeydiyyatda olınaraq, faktiki yaşayırlar. İşdə olan Cəlilabad rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(073)- 1363/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Fxərəddin oğlu ilə cavabdeh İddiaçı arasında Cəlilabad rayonu Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 12 noyabr 2018-ci il tarixli, 07 saylı akt qeydi əsasında bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(073)-83/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə, cavabdeh İddiaçı məxsus cehiz əşyalarının iddiaçı X1 mülkiyyətində olan Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evindən çıxarılıb cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 12 noyabr 2018-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Evləndikdən sonra İddiaçı keçmiş əri Cavabdeh valideynləri birlikdə yaşadığı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən, Torpağın mülkiyyətə verilməsinə dair JN-197A, Kod 80620028 nömrəli şəhadətnaməyə əsasən 0,19 ha həyətyanı torpaq sahəsində tikilmiş atası Fəxrəddin Zamanova məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı ilə cavabdehin birgə nikahlarından iki uşaqları doğulmuşdur. Uşaqlardan 14 fevral 2020-ci il tarixdə doğulmuş Həzrət adlı uşaq vəfat etmişdir. Bir müddət iddiaçı həmin ünvanda yaşamış, sonradan ailədə narazılıq yarandığı üçün Cavabdeh ayrılmış və Cəlilabad rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(073)-1363/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Fxərəddin oğlu ilə cavabdeh İddiaçı arasında 12 noyabr 2018-ci il tarixdə, 07 saylı akt qeydi əsasında bağlanmış nikan pozulmuşdur. Bundan sonra X1 İddiaçı qarşı iddiası təmin edilməklə, İddiaçı məxsus cehiz əşyalarının iddiaçı X1 mülkiyyətində olan Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evindən çıxarılıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı uşağı ilə birlikdə gəlin köçdüyü Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən həmin evə köçürülməsini istəyir. Lakin işin qeyd olunan halları ilə təsdiq olunur ki, iddiaçının köçürülməsini tələb etdiyi həmin yaşayış evi X4 məxsusdur. İddiaçının mübahisəli mənzilə heç bir bağlılığı yoxdur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi həm faktlar baxımından, həm də hüquq normalarının tələbləri baxımından əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ailə qurduqdan sonra müvəqqəti olaraq Cəlilabad rayonu Təzəkənd kəndində keçmiş qaynatası X4 məxsus evdə yaşamış, sonra isə keçmiş əri Cavabdehla aralarında yaranmış mübahisəyə görə həmin evdən könüllü olaraq çıxmış və yaşamaq üçün Cəlilabad rayonu Alar kəndində valideynlərinə məxsus evə getmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının həmin evdən istifadəsi ilə bağlı münasibətlərə hazırki vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30-cu maddəsinin 4-cü hissəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin qanuni sahibinin digər ailə üzvləri ilə aralarında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. İddiaçının mübahisəli fərdi yaşayış evinin qanuni sahibi ilə arasında hər hansı bir razılaşma bağlanmadığına görə onun sözügedən evdən istifadə hüququ yaranmamışdır və həmin evə köçürülə bilməz. Həmçinin iş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 197A, Kod 80620028 nömrəli şəhadətnamədən görünür ki, X1 və ailə üvzlərinin mülkiyyətində olan 0,19 ha həyətyanı torpaq sahəsində Fəxrəddin Zamanov tərəfindən əvvəlki illərdə inşa edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmayan fərdi yaşayış evi mövcuddur və hazırda iddia tələbinin təmin edilməsi, üçüncü şəxs Fəxrəddin Zamanovun yaşayış sahəsinə gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Fxərəddin oğluna qarşı uşağı ilə birlikdə hazırda cavabdehin yaşadığı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdə yaşamaq hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40 manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh Fxərəddin oğluna qarşı uşağı ilə birlikdə hazırda cavabdehin yaşadığı Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdə yaşamaq hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40 (qırx) manat dövlət rüsumu da iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-669/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-669/2023
23.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver