Məhkəmə qərarları › İş №2(073)-675/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-675/2023

27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-675/2023 27.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakları ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X3 11 iyul 2007-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, izahatında göstərmişdir ki, ki, 2005-ci ilin aprel ayında X7 ilə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Ailə qurduqdan sonra bir müddət Rusiya Federasiyasında, sonra isə Cəlilabad rayonunun Qarakazımlı kəndində yaşamışlar. X7 ilə faktiki nikahlarından 11 iyul 2007-ci ildə Lamiyə adlı uşaqları doğulmuşdur. Qızı ev şəraitində doğulduğundan onun doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə almamışlar. Arvadı X7 Rusiya Federasiyasının vətəndaşı olmuş və 2014-cü ilin əvvəllərində valideynləri ilə görüşmək üçün Rusiya Federasiyasına getmişdir. Həmin ilin fevral ayında isə arvadı X7 Rusiya Federasiyasının Sverdlovsk vilayəti Severouralsk şəhərində ölmüşdür. Bundan sonra ikinci dəfə X12 ilə faktiki evlənmişlər. Hazırda X7 ilə faktiki nikahlarından doğulmuş qızı Lamiyə onun (ərizəçinin) yanında yaşayır. Qızı Lamiyəyə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsələr də, uşağın doğumunu təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığından doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, anası X7, atası Ərizəçi olmaqla X3 11 iyul 2007-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisinin nəvəsidir. Ərizəçi ilə X7 2005-ci ilin aprel ayında faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Ailə qurduqdan sonra ərizəçi arvadı ilə birlikdə bir müddət Rusiya Federasiyasında, sonradan isə Cəlilabad rayonunun Qarakazımlı kəndində yaşamışdır. X7 ilə faktiki nikahlarından 11 iyul 2007-ci ildə Lamiyə adlı uşaqları doğulmuşdur. Ərizəçinin qızı ev şəraitində doğulduğundan onun doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçinin arvadı X7 Rusiya Federasiyasının vətəndaşı olduğundan 2014-cü ilin əvvəllərində valideynləri ilə görüşmək üçün Rusiya Federasiyasına getmiş və həmin ilin fevral ayında Rusiya Federasiyasının Sverdlovsk vilayəti Severouralsk şəhərində ölmüşdür. Bundan sonra ərizəçi ikinci dəfə X12 ilə faktiki evlənmiş və hazırda X7 ilə faktiki nikahlarından doğulmuş Lamiyə adlı uşağı ərizəçinin və Gülnar Fərəcovanın yanında yaşayır. Ərizəçi qızı Lamiyəyə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğumunu təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığından doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Ərizəçi onunla (şahidlə) evlənməmişdən əvvəl X7 ilə 2005-ci ilin aprel ayında faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Ailə qurduqdan sonra ərizəçi arvadı ilə birlikdə bir müddət Rusiya Federasiyasında, sonradan isə Cəlilabad rayonunun Qarakazımlı kəndində yaşamışdır. Ərizəçinin X7 ilə faktiki nikahlarından 11 iyul 2007-ci ildə Lamiyə adlı uşaqları doğulmuşdur. Ərizəçinin qızı ev şəraitində doğulduğundan onun doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçinin arvadı X7 Rusiya Federasiyasının vətəndaşı olduğundan 2014-cü ilin əvvəllərində valideynləri ilə görüşmək üçün Rusiya Federasiyasına getmiş və həmin ilin fevral ayında Rusiya Federasiyasının Sverdlovsk vilayəti Severouralsk şəhərində ölmüşdür. Bundan sonra ərizəçi ikinci dəfə onunla (X12) ilə faktiki evlənmiş və hazırda X7 ilə faktiki nikahlarından doğulmuş Lamiyə adlı uşaq ərizəçinin və onun (Gülnar Fərəcovanın) yanında yaşayır. Uşağa doğma uşağı kimi baxır və Lamiyə onu (şahidi) anası hesab edir. Ərizəçi qızı Lamiyəyə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğumunu təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığından doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Qarakazımlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli şəkilli arayışdan görünür ki, X8 11 iyul 2007-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində doğulmuşdur, atası Ərizəçi, anası X1. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 doğumu haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar edilməmişdir. Doğumu təsdiq edən hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən onun doğumunu qeydə alınması mümkün olmamışdır. İşdə olan Rusiya Federasiyası Sverdlovsk vilayəti VVAQ İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, X2 ölümü ilə əlaqədar həmin idarədə xx.xx.2014-cü il tarixdə qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, ərizəçi ilə X7 faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 11 iyul 2007-ci ildə Lamiyə adlı uşaqları doğulmuşdur. Qızı ev şəraitində doğulduğundan onun doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə almamışlar. Arvadı X7 Rusiya Federasiyasının vətəndaşı olmuş və 2014-cü ilin əvvəllərində valideynləri ilə görüşmək üçün Rusiya Federasiyasına getmişdir. Həmin ilin fevral ayında isə arvadı X7 Rusiya Federasiyasının Sverdlovsk vilayəti Severouralsk şəhərində ölmüşdür. Bundan sonra ikinci dəfə X12 ilə faktiki evlənmişlər. Hazırda X7 ilə faktiki nikahlarından doğulmuş qızı Lamiyə onun (ərizəçinin) yanında yaşayır. Ərizəçi qızı Lamiyəyə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğumunu təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığından doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Atası Ərizəçi, anası X4maqla X3 11 iyul 2007-ci il tarixdə Cəlilabad rayonunun Qarakazımlı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar