Məhkəmə qərarları › İş №2(073)-695/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-695/2025

13.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-695/2025 13.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlu sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh* nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cəlilabad rayon Uşaq X5nə və Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 rayon üzrə Təhsil Sektoruna qarşı “əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cəlilabad rayon Uşaq X5nə və Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 rayon üzrə Təhsil Sektoruna qarşı “əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Uşaq X5 tərəfindən verilmiş 0* oktyabr 20*8-ci il tarixli, 46 nömrəli əmrin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin artırılmasına dair ərizə verərək, 0* oktyabr 20*8-ci il tarixli, 46 nömrəli əmrin etibarsız hesab edilməsi və işlədiyi metodist vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı 08 aprel *988-ci ildə Cəlilabad şəhərində anadan olmuş və hazırda Cəlilabad şəhərində yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Yaşadığı rayonda kifayət qədər nüfuza və hörmətə sahibdir. Hər zaman cəmiyyətin köməyə və yardıma ehtiyacı olan insanlarının yanında olmuş və dövlətin də dəstəyini arxasına alaraq onların sosial problemlərinin həll edilməsində yaxından iştirak etmişdir. Əmək fəaliyyətinə bundan illər əvvəl başalmışdır. 02 oktyabr 20*7-ci il tarixində o, Cavabdeh*ndə metodist vəzifəsinə təyin edilmiş və əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «əmək müqaviləsi bildirişi» altsistemində qeydiyyata alınmışdır. 0* oktyabr 20*8-ci ilə qədər orada işləməklə əmək haqqı almışdır. İşlədiyi dövrlərdə əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. Daha sonra barəsində başlanılmış cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra isə Cəlilabad rayon Məhkəməsinin 29 noyabr 20*8-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, həbs edilməmişdən öncə, yəni 0* oktyabr 20*8-ci il tarixində işə götürən Cavabdeh* tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən heç bir səbəb olmadan işdən azad edilmişdir. O, həbsdən çıxdıqdan sonra işdən çıxarılmağı barədə məlumatı olsa da, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən çıxarıldığını bilməmişdir. Belə ki, hesab edirdi ki, həbsdə olan zaman işəgötürən Əmək Məcəlləsinə uyğun alaraq həmin Məcəllənin 74-cü maddəsinin tələblərinə görə onu işdən azad etmişdir. Lakin sonradan məlumatı olmuşdur ki, işəgötürən onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etmişdir. İşlədiyi müddət ərzində əmək müqaviləsinin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Həmin əmri əsassız və qaııunsuz hesab edir. Buna görə də əmək qanunvericiliyində nəzərdə tutuylan müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Göstərmişdir ki, onunla bağlanılmış əmək müqaviləsinə 70-ci maddənin ç) bəndi ilə xitam verilməsini qanunsuz hesab edir, çünki barəsində 20*8-ci ilin may ayında həbs qətimkan tədbiri seçilmişdir, məhkəmənin 29.**.20*8-ci il tarixli hökmü ilə isə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 202*-ci ilin may ayında cəza müddətinin sonu ilə əlaqədar azad edilmişdir. Belə olan halda onun işə hər hansı üzrsüz səbəbdən gəlməməsi və ya əmək intizamını pozması qeyri-mümkündür. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayon Uşaq X3 nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, 0* oktyabr 20*8-ci il tarixli 46 nömrəli əmrin etibarsız hesab edilməsinə etiraz etmir, lakin iddiaçının işə bərpa olunmasının yalnız imtahan verməklə mümkün olduğunu bildirmişdir. Göstərmişdir ki, kağız formasında tərtib edilmiş xitam əmrində yanlışlıqla Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilmişdir, lakin müvafiq elektron sistemdə xitam əsası kimi həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Əslində, işəgötürənin niyyəti də iddiaçının əmək müqaviləsinə “ç” bəndi ilə xitam vermək idi, çünki onun azadlıqdan məhrum edildiyini bilirdilər. Həmin əsasla müqaviləyə xitam verilməsi iddiaçının digər müəssisələrdə işlə təmin olunmasına çətinlik yaradır, ona görə də həmin əmrin dəyişdirilməsinə etiraz etmir, lakin həmin əmr etibarsız hesab edilməklə iddiaçı əvvəlki işə bərpası təmin edilərsə, qərarın icrası çətinlik yaradacaq, çünki hazırda müəssisədə vakant yer yoxdur, həmçinin iddiaçının təkrar işə bərpası yazılı imtahan verməklə mümkündür. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia cavabdeh Uşaq X5nə münasibətdə əsaslıdır, çünki işəgötürən olaraq həmin hüquqi şəxs iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam vermişdir. Belə ki, işdə olan *6.05.20*8-ci il tarixli, 27 nömrəli əmrdən çıxarışdan görünür ki, UGİM-in metodisti İddiaçı *6.05.20*8-ci il tarixdən üzürsüz səbəbdən işə çıxmadığı üçün müvəqqəti olaraq əmək haqqı dayandırılmışdır. İşdə olan 0*.*0.20*8-ci il tarixli, 46 nömrəli əmrdən çıxarışdan görünür ki, UGİM-in metodisti İddiaçı üzürsüz səbəbdən işə çıxmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq 0* oktyabr 20*8-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas isə direktorun təqdimatı olmuşdur. İşdə olan Cəlilabad UGİM-in həmkarlar təşkilatının 29 sentyabr 20*8-ci il tarixli yığıncağının iclas protokolundan çıxarışdan görünür ki, iddiaçının işdə qalmaması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Həmin iclasda həmkarlar üzvlərinin iştirak etməsi və məsələyə münasibət bildirmələri göstərilsə də hansı üzvlərin iştirak etməsi və hansı münasibət bildirmələri göstərilməmişdir, protokolu isə yalnız həmkarların sədri İ. Salmanov və katib D. Vəliyeva tərəfindən imzalanmışdır. Həmçinin həmin iclasa iddiaçının da dəvət edilməsi barədə hər hansı qeydə (bildiriş göndərilməsi barədə və ya iştirakdan imtina etməsi barədə və s.) rast gəlinməmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin *(073)-**9/20*8 saylı, 29.**.20*8-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.* və 234.2-ci maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 0* oktyabr 20*8-ci il tarixində işəgötürən Cavabdeh* tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən çalışdığı metodist vəzifəsindən azad edilmişdir. Buna səbəb iddiaçının barəsində həbs qətimkan seçilməsi ilə bağlı uzun müddət ərzində işə getməməsi olmuşdur. İddiaçı həmin əmri əsassız hesab edir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh iddiaçını işdən azad edərkən Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsaslandırılmamışdır, əmrdə sadəcə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, xitam əsası kimi isə direktorun təqdimatı göstərilmişdir ki, bununla da işəgötürən (cavabdeh) Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Əmək Məcəlləsinin 7*.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Həmin Məcəllənin 83.*-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsinə onun lğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan başqa qayda nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə sə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84.*-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda həmin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin maddəsini ikinci hissəsinə əsasən bi maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, işçi ilə əmək müqaviləsinə xitam verilməsi, xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsasla xitam verilməsi işçinin mövcud və gələcək işgüzar həyatında vacib əhəmiyyətə malik olduğuna görə qanunverici həmin əmrin verilməsi üçün ehtimal olunan əsas hesab edilə biləcək dolayı sənədlərdə (aktlar, iclas protokolları, təqdimat və s.) deyil, məhz əmək müqaviləsinə xitam verilməsi barədə əmrin özündə həmin halların ciddi şəkildə əsaslandırılmasını tələb etmişdir. Bu, həmçinin işçinin iştirakı və ya məlumatı olmadan, onun tərəfindən yol verilmiş hər hansı əmək intizamının pozuntusu halı barədə tərtib edilmiş akt və ya iclas protokolları formasında sənədlər olsa da belə, xitam əmrindən işçinin müvafiq orqanlara və ya məhkəməyə şikayət verə bilməsi hüququnun realizəsi üçün olduqca vacibdir, çünki məhz əsaslandırılmış əmrdə işçi onun hansı pozuntulara yol verdiyini və nəyə görə müqaviləyə xitam verildiyini müəyyən etmiş olur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsi barədə əmr verərkən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsası olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi zəruriliyini əsaslandırmamışdır və onun qəbul edilməsi üçün əsas hesab edilən rəsmi sənədlər (aktlar, izahatlar, həmkarlar təşkilatının iclas protokolu və s.) həmin əmrdə göstərilməmişdir ki, bununla da işəgötürən Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh Əmək Məcəlləsinin tələblərini həm də müqaviləyə xitam verilməsi əsasının seçilməsi zamanı pozmuşdur. Belə ki, məhkəmə iclasında iddiaçının hansı intizam pozuntusu hallarına yol verməsi ilə bağlı məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı uzun müddət işə çıxmamışdır, bunun səbəbləri barədə işəgötürənin məlumatı olmamışdır, sonradan iddiaçının barəsində həbs qətimkan tədbirinin seçildiyini və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edildiyini bilmişlər və nəticədə də müvafiq əmri qəbul etmişdirlər. Belə olan halda isə işəgötürən iddiaçı barəsində çıxarılmış məhkəmə hökmünün qanuni qüvvəyə minməsini gözləməli və yalnız bundan sonra onunla bağlanmış əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayan hal olan azadlıqdan məhrum edilmə halı ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 74-cü maddəsinin ç) bəndində göstərilən əsas ilə xitam verməli idi. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh tərəf olan işəgötürən iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır, eyni zamanda iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əsasını düzgün seçməmişdir. Nəticədə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələblər pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı əsassız olaraq işdən azad edildiyindən Cavabdeh* 0* oktyabr 20*8-ci il tarixli, 46 saylı əmri ləğv edilməli və iddiaçı əvvəlki işinə, yəni Cavabdeh* metodisti vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin *2-ci maddəsinin a) və b) bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdən və bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.*–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin *4.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh* İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 0* oktyabr 20*8-ci il tarixli, 46 saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Cavabdeh* metodisti vəzifəsinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəsini alacaqdır. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar