Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-709/2025 27.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, X3 iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 21 noyabr 2024-cü il tarixdə, Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək oğlu mərhum oğlu X4 28 may 2006-cı il tarixdə Cəlilabad rayonu Zopun kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini əsaslandıraraq bildirdi ki, mərhum oğlu Elmin Abasov 02 iyul 2004-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş və 28 may 2006-cı il tarixdə əqrəb sancması nəticəsində ölmüşdür. X9 meyitini həmin gün yaşadıqları Cəlilabad rayonu Zopun kənd qəbiristanlığında atası X2 qəbrinin yanında dəfn etmişlər. X12 faktiki olaraq ölsə də səhlənkar davrandıqlarına görə onun ölüm faktını təsdiqləyən hər hansısa sənəd almamışlar. Müxtəlif dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən 2024-cü ilin avqust ayında ona zəng edilərək X9 olduğu yer soruşulanda onun uşaq ikən öldüyünü bildirmişdir. Onunla mobil telefonda danışan tanımadığı şəxslər isə X4 yaşadığını bildirəndə hər hansısa şəxslərin mərhuma aid sənədlərdən qanunsuz istifadə etdiyini başa düşmüş və buna görə Cəlilabad Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Ona Cəlilabad rayon Prokurorluğunda izah etmişlər ki, oğlunun ölüm faktı qeydiyyata alınmalıdır. O, X9 ölüm akt qeydinin aparılması üçün əvvəl Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin orada ona oğlu ölən zaman həkim ekspert tərəfindən müayinə olunmadığı üçün tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. O, daha sonra bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, oradan ona oğlunun ölümünü qeydə almaq üçün tibbi şəhadətnamənin lazım olduğunu və hazırda tibbi şəhadətnamə də olmadığı üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Odur ki hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat verilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərdi ki, mərhum Elmin Abasov onun övladı olmuşdur. 28 may 2006cı il tarixdə Elmini yaşadıqları kənddə əqrəb sancmış, həmin vaxt onu Cəlilabad rayon Mərkəzi xəstəxanasına aparsalar da, xəstəxanaya çatdırılan zaman oğlu artıq vəfat etmişdir. Həmin vaxt mərhum oğlunun ölüm akt qeydi aparılmamışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşının mərhum oğlu Elmin əqrəb sancması nəticəsində 28 may 2006-cı il tarixdə Cəlilabad rayonu Zopun kəndində vəfat etmiş və kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi mərhum oğlu Elmin əqrəb sancması nəticəsində vəfat etmişdir. Həmin vaxt Ərizəçi ona mərhum oğlu üçün qəbir qazmağını bildirmişdir. Həmin vaxt Elmin Abasovu kənd qəbristanlığında dəfn etmişlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli, 1469/12 saylı arayışdan görünür ki, X6 02 iyul 2004-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. X1, anası Şahid3dır. İş materiallarında olan Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X6 ölən zaman həkim ekspert tərəfindən müayinə olunmadığı üçün ekspert rəyinin verilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X4 ölümü haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Onun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Maraqlı şəxsndə ölümün qeydə alınması mümkün deyildir. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi və ayrıca icraata materialın ayrılması haqqında” 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və X4 adına olan rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və bilə-bilə saxta sənədlərdən istifadə etmə faktları barədə toplanılmış 145C-24 nömrəli ilkin yoxlama materiallarından ayrıca icraata material ayrılmış və fakta görə toplanılmış həmin materiallar araşdırmanın davam etdirilməsindən ötrü istintaq aidiyyatı üzrə Cəlilabad RPŞyə göndərilmişdir. İş materiallarında olan Cəlilabad RİHB-nin Zopun kənd İƏDN tərəfindən verilmiş arayışdan görünür ki, Cəlilabad rayonu Zopun kənd sakini X6 2006-cı ildə əqrəb sancması nəticəsində vəfat etmiş və Zopun kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ərizə təmin olunaraq, 02 iyul 2004-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş X4 28 may 2006-cı il tarixdə Cəlilabad rayon Zopun kəndində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02 iyul 2004-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş X4 28 may 2006-cı il tarixdə Cəlilabad rayon Zopun kəndində ölməsi faktı müəyyən müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-709/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-709/2025
27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver