Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-711/2025 24.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 14 oktyabr 2024-cü il tarixdə Cəlilabad rayonu Muğan kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum anası X4 12 dekabr 1969-cu il tarixdə Cəlilabad rayonu Muğan kəndində anadan olmuş, lakin şizofreniya çəsdəliyindən əzziyyət çəkməsi səbəbindən fikir edərək keçirdiyi hislərin təsiri altında 14 oktyabr 2024-cü il tarixdə yaşadıqları evin həyətində yerləşən təndirxananın tavan hissəsindən elektrik naqili ilə özünü asaraq intihar etmişdir. Bu fakt Cəlilabad rayon prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 30 dekabr 2024-cü il tarixli qərarında da öz əksini tapmışdır. Həmin vaxtlar yas mərasiminə başları qarışdığı üçün mərhum anasının ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən də mərhum anasının ölüm akt qeydi aparılmamışdır. Bəzi sənədləşmə işlərinin aparılmasından ötrü mərhum anasının ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum anasına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun oğlu, X1 isə onun həyat yoldaşıdır. X1 şizofreniya çəsdəliyindən əzziyyət çəkməsi səbəbindən fikir edərək keçirdiyi hislərin təsiri altında 14 oktyabr 2024-cü il tarixdə yaşadıqları evin həyətində yerləşən təndirxananın tavan hissəsindən elektrik naqili ilə özünü asaraq intihar etmişdir. Mərhum ölümündən sonra müayinə olunaraq Cəlilabad rayonu Muğan kənd məzarlığında dəfn olunmuşdur. O, təsdiq edir ki, X4 14 oktyabr 2024-cü il tarixdə Cəlilabad rayonu Muğan kəndində vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. X1 14 oktyabr 2024-cü il tarixdə Cəlilabad rayonu Muğan kəndində vəfat etmiş və Cəlilabad rayonu Muğan kənd məzarlığında dəfn olunmuşdur. Bir qonşu kimi onun yas mərasimində yaxından iştirak etmişdir. O, X2 14 oktyabr 2024-cü il tarixdə Cəlilabad rayonu Muğan kəndində vəfat etməsini təsdiq edir. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 12 dekabr 1969-cu il tarixdə doğulmuşdur. İşdə olan İ-AZ 199100 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 2000-ci ildə doğulmuşdur, atası X6, anası isə X3r. İşdə olan Cəlilabad rayon prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 30 dekabr 2024-cü il tarixli qərarından görünür ki, X4 şizofreniya çəsdəliyindən əzziyyət çəkməsi səbəbindən, keçirdiyi hislərin təsiri altında 14 oktyabr 2024-cü il tarixdə yaşadıqları evin həyətində yerləşən təndirxananın tavan hissəsindən elektrik naqili ilə özünü asaraq intihar etmişdir. İş materiallarına əlavə edilmiş X1nın məzar daşının fotoşəklində doğum tarixi xx.xx.1969-cu il, ölüm tarixi isə xx.xx.2024-cü il göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi mərhum anası X4 12 dekabr 1969-cu il tarixdə Cəlilabad rayonu Muğan kəndində anadan olmuş, lakin şizofreniya çəsdəliyindən əzziyyət çəkməsi səbəbindən fikir edərək keçirdiyi hislərin təsiri altında 14 oktyabr 2024-cü il tarixdə yaşadıqları evin həyətində yerləşən təndirxananın tavan hissəsindən elektrik naqili ilə özünü asaraq intihar etmişdir. Sonradan ərizəçi anasının ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon prokurorluğunun qanuni qüvvəyə minmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 30 dekabr 2024-cü il tarixli qərarından görünür ki, X4 şizofreniya çəsdəliyindən əzziyyət çəkməsi səbəbindən, keçirdiyi hislərin təsiri altında 14 oktyabr 2024-cü il tarixdə yaşadıqları evin həyətində yerləşən təndirxananın tavan hissəsindən elektrik naqili ilə özünü asaraq intihar etmişdir. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə qızına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X2 14 oktyabr 2024-cü il tarixdə Cəlilabad rayonu Muğan kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 12 dekabr 1969-cu ildə doğulmuş X2 14 oktyabr 2024-cü il tarixdə Cəlilabad rayonu Muğan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-711/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-711/2025
24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver