Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-725/2023 05.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə olunmasında, torpaq sahəsinin əkilib-becərməsində iddiaçıların iştirakına maneələr yaradılmasının cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə olunmasında, torpaq sahəsinin əkilib-becərməsində iddiaçıların iştirakına maneələr yaradılmasının cavabdehlərə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum atası X1 rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 1993-cü il tarixli, 265 nömrəli Sərəncamı ilə dövlət qeydiyyatına alınmış “Bənövşə” kommersiya kiçik müəssisəsinin təsisçisi olmuşdur. “Bənövşə” kommersiya kiçik müəssisəsi yaradıldığı vaxtdan Cəlilabad rayonu Məmmədrzalı kəndi ərazisində fəaliyyət göstərməkdədir. Müəssisənin əsas fəaliyyət istiqamətləri tərəvəz və dənli bitkilərin istehsalı və tədarüklərindən ibarətdir. Bu məqsədlə 01 aprel 1994-cü ildə Cəlilabad rayon XDS Rəyasət Heyətinin qərarı ilə “Bənövşə” kommersiya kiçik müəssisəsinə Nizamnaməyə müvafiq fəaliyyət göstərməsi üçün Korlar ərazisində Dövlət ehtiyyat fondu torpaqlarından 30,0 ha torpaq sahəsi ayrılaraq daimi istifadəsinə verilmişdir. Torpaq sahəsi ayrıldığı vaxtdan istifadə edilərək müxtəlif tərəvəz və dənli bitkilər tədarük edilməkdədir. 07 yanvar 2001-ci il tarixdə X6 vəfat etmiş və X3 vəfatından sonra onun KM-də olan payı ilə bağlı Cəlilabad rayon Notariat ofisində 2V-561 nömrə ilə qeydə alınmış vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixdə Cəlilabad rayon Notariat ofisi tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, İddiaçı4 və İddiaçı3 mərhum X3 vərəsələridir. Cavabdehlər X3 qanun üzrə vərəsələri olmaqla yanaşı, eyni zamanda “Bənövşə” kommersiya kiçik müəssisəsinin həmtəsisçiləridirlər. “Bənövşə” kommersiya kiçik müəssisəsinin Nizamnaməsində qeyd edilmişdir ki, təsisçilər vəfat etdikdə onların hüquq və vəzifələri hüquqi varislərinə keçir. “Bənövşə” kommersiya kiçik müəssisəsinin təsisçisi X3 ölümündən sonra onun hüquq və vəzifələri “Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə edilməsi ilə bağlı cavabdehlərlə yanaşı, biz iddiaçılara da keçmişdir. Bütün bunlara baxmayaraq cavabdehlər Nizamnamənin və Azərbaycan Respublikasının Mülki və digər qanunvericilik aktlarının tələblərinə məhəl qoymayaraq, iddiaçılara “Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə edilməsində iştirak etməyə və müəssisəyə daimi istifadə üçün ayrılmış torpaq sahəsində əkin işləri aparmağa imkan vermirlər. Yalnız 4 ha hissəsində əvvəllər noxud məhsulu əkmişlər, sonra onlara imkan verilməmişdir. Onların bu hərəkətləri istinad edilən qanunvericiliyə və müəssisənin Nizamnaməsinə zidd hesab edilməli və “Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə olunmasında, torpaq sahəsinin əkilib-becərilməsində onların iştirakına maneələrin yaradılması cavabdehlərə qadağan edilməlidir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 İddiaçı1 izahatına əlavəsinin olmadığını bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək verdiyi izahatında bildirdi ki, mərhum atası X1 rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 1993-cü il tarixli, 265 nömrəli Sərəncamı ilə dövlət qeydiyyatına alınmış “Bənövşə” kommersiya kiçik müəssisəsinin təsisçisi olmuşdur. “Bənövşə” kommersiya kiçik müəssisəsi yaradıldığı vaxtdan Cəlilabad rayonu Məmmədrzalı kəndi ərazisində fəaliyyət göstərməkdədir. Müəssisənin əsas fəaliyyət istiqamətləri tərəvəz və dənli bitkilərin istehsalı və tədarüklərindən ibarətdir. Bu məqsədlə 01 aprel 1994-cü ildə Cəlilabad rayon XDS Rəyasət Heyətinin qərarı ilə “Bənövşə” kommersiya kiçik müəssisəsinə Nizamnaməyə müvafiq fəaliyyət göstərməsi üçün Korlar ərazisində Dövlət ehtiyyat fondu torpaqlarından 30,0 ha torpaq sahəsi ayrılaraq daimi istifadəsinə verilmişdir. “Bənövşə” kommersiya kiçik müəssisəsinin balansında olan torpaq sahəsinin 10 ha hissəsi İcra hakimiyyəti tərəfindən “Qərənfil-95” kiçik müəssisəsinə icarəyə verilmişdir. “Bənövşə” kommersiya kiçik müəssisəsinin cəmi 20 ha torpaq sahəsi vardır və iddiaçılar müəssisənin torpağından istifadə edirlər. Ona görə də, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu ifadə verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı4 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iş üzrə işdə iştirak edən tərəflərin izahatını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 03 iyun 1993-cü il tarixli, 250 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 1993-cü il tarixli 265 nömrəli Sərəncamı ilə Cəlilabad rayonu Məmmərzalı kəndində, kənd təsərrüfatı məhsullarının istehsalı və kommersiya fəaliyyəti məqsədilə sədr X6 olmaqla “Bənövşə” kommersiya kiçik müəssisəsi qeydiyyata alınmışdır. İş materiallarında olan “Bənövşə” kommersiya kiçik müəssisəsinin nizamnaməsindən görünür ki, “Bənövşə” kommersiya kiçik müəssisəsi Cəlilabad rayon İcra Hakimiyyəti Başçısı 03 iyun 1993-cü il tarixli, 265 nömrəli Sərəncamına əsasən təsdiq edilmişdir. Təsisçilər Cəlilabad rayonu Məmmərzalı kəndində yaşayan X6, Cavabdeh1 və Cavabdeh2dur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X7 Rəyasət heyətinin qərarından görünür ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 1993-cü il tarixli, 265 nömrəli Sərəncamı ilə qeydə alınmış “Bənövşə” kommersiya kiçik müəssisəsinə Dövlət ehtiyyat fondu torpaqlarından torpaq sahəsi verilməsi üçün RİHB-nın xx.xx.1994-cü il tarixli, 143 nömrəli vəsatət məktubu, akt və xəritə nəzərə alınmaqla, müəssisəyə şimaldan Dövlət fond torpaqlarına gedən yol, cənub Dövlət fond torpağı ilə, şərqdən Nərimanov adına sovxozun əkin sahəsi ilə, qərbdən Dövlət fond torpağı ilə sərhədlənən 30,0 ha torpaq sahəsinin verilməsi və həmin müəssisəyə verilmiş 30,0 ha torpaq sahəsinin naturada ölçülüb müəssisənin direktoruna təhvil verilməsinin Rayon Torpaq Şöbəsinə tapşırılması qərara alınmışdır. İşdə olan Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-004863 saylı Dövlət aktından görünür ki, Cəlilabad rayon X7 12 aprel 1994-cü il tarixli, 03 saylı qərarı ilə “Bənövşə” kommersiya kiçik müəssisəsinin daimi istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 30 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli, 127 nömrəli Sərəncamından görünür ki, Rayon torpaq şöbəsinin 8 may 2001-ci il tarixli 262 nömrəli vəsatəti nəzərə alınaraq respublika Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci abzasına əsasən “Bənövşə” kəndli (fermer) təsərrüfatına Korlar dövlət ehtiyat fond torpağından verilmiş torpağın 10,0 hektarından istifadə hüququna xitam verilmiş, torpaq sahəsinin verilməsi barədə “Qərənfil-95” kiçik müəssisəsi direktorunun müraciəti, Rayon torpaq şöbəsinin 8 may 2001-ci il tarixli 262 nömrəli vəsatəti, akt və xəritə nəzərə alınaraq “Bənövşə” kəndli (fermer) təsərrüfatının Korlar dövlət ehtiyat fond torpağından geri alınan, şimaldan yol ilə, şərqdən “Bənövşə” kəndli (fermer) təsərrüfatının torpağı ilə, cənubdan “Novruz-3” kiçik müəssisəsinin torpağı ilə, qərbdən “Nur” kiçik müəssisəsinin torpağı ilə sərhədlənən 10,0 ha torpaq sahəsi “Qərənfil-95” kiçik müəssisəsinin istifadəsinə verilmiş və 10,0 ha torpaq sahəsinin naturada ölçülüb “Qərənfil- 95” kiçik müəssisəsinin diektoruna təhkim edilməsi Rayon torpaq şöbəsinə tapşırılmışdır. İşdə olan AZ-İİ № 141547 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: Cəlilabad rayonu Məmmərzalı kəndində qeydiyyatda olan İddiaçı2, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1, Rusiya Federasiyası Saratov vilayəti, Saratov şəhəri, 1-ci Knyazevski keçidi ev 07 ünvanında qeydiyyatda olan İddiaçı3 və Cəlilabad rayonu Məmmərzalı kəndində qeydiyyatda olan İddiaçı4dır və onlardan hər biri miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: DƏDRX-nin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X4 verilmiş **********33-10301 reyestr nömərli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonu Məmmərzalı kəndi ünvanında yerləşən ümumi sahəsi 150,2 kv/m olan fərdi yaşayış evinin 1/12 (on iki də bir) hissəsindən. DƏDRX-nin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X4 verilmiş **********33-10301 reyestr nömərli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonu Məmmərzalı kəndi ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0,6542 ha olan torpaq sahəsindən mərhum X3 payının 1/6 (altıda bir) hissəsindən. 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********618800, hüquqi ünvanı AZ1526, Cəlilabad rayonu Məmmərzalı, VÖEN: ********** Bənövşə kəndli fermer təsərrüfatında olan nizamnamə kapitalının məbləği 3 manat 00 qəpik, (üç manat sıfır qəpik), nizamnamə kapitalındakı payı 1 pay, nizamnamə kapitalındakı faizi 33% olan paydan mərhum X3 payının 1/6 (altıda bir) hissəsindən ibarətdir. Qeyd: Ər və arvadın ümumi əmlakındakı payı 1/2 (iki də bir) mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Mirasın 2/12 (on iki də iki) hissəsi açıq saxlanılır. İşdə olan “Bənövşə” kəndli (fermer) təsərrüfatı təsisçilərinin 08 sentyabr 2021-ci il tarixli rəhbərlik dəyişikliyi haqqında qərarından görünür ki, KFT-nin təsisçisi və direktoru X3 vəfat etməsinin nəzərə alınması, İddiaçı1 xx.xx.2021-ci il tarixdən KFT-nin direktoru təyin edilməsi, KFT-nin möhür və ştampının İddiaçı1 təhvil verilməsi və Rəhbər dəyişikliyi ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdatrəsinə müraciət edilməsi İddiaçı1 həvalə edilməsi qərara alınmışıdr. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, **********168600 saylı çıxarışdan görünür ki, hüquqi ünvanı ünvan 400-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, **********168600 saylı çıxarışdan görünür ki, “Bənövşə” kəndli fermer təsərrüfatının təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki) Cavabdeh2 1 pay, Cavabdeh1 1 pay və X6 1 pay, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (hazırki) Cavabdeh2 1,1666 pay, Cavabdeh1 1,1666 pay, İddiaçı4 1,1667 pay, İddiaçı2 1,1666 pay, İddiaçı3 1,1666 pay və İddiaçı1 1,1666 pay olmaqla, qanuni təmsilçi İddiaçı1dur. İşdə olan Bənövşə KTF-nin nizamnaməsinə edilmiş 20 dekabr 2022-ci il tarixli əlavə və dəyişikliklərdən görünür ki, təsərrüfatın nizamnə kapitalı 9 manat həcmindədir və hər biri 3 manat olmaqla 3 paydan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mərhum X1 rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 1993-cü il tarixli, 265 nömrəli Sərəncamı ilə dövlət qeydiyyatına alınmış “Bənövşə” kommersiya kiçik müəssisəsinin təsisçisi olmuşdur. “Bənövşə” kommersiya kiçik müəssisəsi yaradıldığı vaxtdan Cəlilabad rayonu Məmmədrzalı kəndi ərazisində fəaliyyət göstərməkdədir. Müəssisənin əsas fəaliyyət istiqamətləri tərəvəz və dənli bitkilərin istehsalı və tədarüklərindən ibarətdir. 01 aprel 1994cü ildə Cəlilabad rayon XDS Rəyasət Heyətinin qərarı ilə “Bənövşə” kommersiya kiçik müəssisəsinə Nizamnaməyə müvafiq fəaliyyət göstərməsi üçün Korlar ərazisində Dövlət ehtiyyat fondu torpaqlarından 30,0 ha torpaq sahəsi ayrılaraq daimi istifadəsinə verilmişdir. 07 yanvar 2001-ci il tarixdə X6 vəfat etmişdir. X3 vəfatından sonra onun kiçik müəssisədə olan payı ilə bağlı Cəlilabad rayon Notariat ofisində 2V-561 nömrə ilə qeydə alınmış vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixdə Cəlilabad rayon Notariat ofisi tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, İddiaçı4 və İddiaçı3 mərhum X3 vərəsələridir. 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, **********168600 saylı çıxarışdan görünür ki, hüquqi ünvanı ünvan 400-ci il tarixdə Dövlət qeydiyyatına alınmış və təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki) Cavabdeh2 1 pay, Cavabdeh1 1 pay və X6 1 pay, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (hazırki) Cavabdeh2 1,1666 pay, Cavabdeh1 1,1666 pay, İddiaçı4 1,1667 pay, İddiaçı2 1,1666 pay, İddiaçı3 1,1666 pay və İddiaçı1 1,1666 pay olmaqla, qanuni təmsilçi İddiaçı1dur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhum təsisçi X3 vərəsələri iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 müəssisənin əmlakından vərəsəlik haqqında şəhadətnaməyə əsasən istifadə hüquqları yaranmışdır və maneələrin törədilməsi əsassızdır. Ona görə də iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 tələblərində haqlıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə olunmasında, torpaq sahəsinin əkilib-becərməsində iddiaçıların iştirakına maneələr yaradılması cavabdehlərə qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı1 verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. “Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə olunmasında, torpaq sahəsinin əkilib-becərməsində iddiaçıların iştirakına maneələr yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-725/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-725/2023
05.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver