Məhkəmə qərarları › İş №2(073)-73/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-73/2023

07.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-73/2023 07.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdeh X1 çıxarılması və torpağın cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdeh X1 çıxarılması və torpağın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə Torpağa mülkiyyət hüququna dair sənədi təqdim edəcəyi ilə laqədar iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri araşdırıb və İddiaçı ərizəsini, cavabdehin də işin mahiyyəti üzrə həll olunması tələbinin olmadığını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdeh X2 qarşı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdeh X1 çıxarılması və torpağın cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar