Məhkəmə qərarları › İş №2(073)-739/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-739/2024

07.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-739/2024 07.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinin nümayəndəsi X* iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinə qarşı Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinin direktoru X2 *6 noyabr 2023-cü il tarixli, *77 saylı intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinin direktoru X2 *6 noyabr 2023cü il tarixli, *77 saylı intizam tənbehi haqqında əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 2007-ci ildən Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına * nömrəli tam orta məktəbdə işləyir. Orta ixtisas təhsilli fiziki tərbiyə müəllimidir. *6 illik pedaqoji stajı vardır, ailəlidir, üç övladı var və hər üçü məktəblidir. Seçki yolu ilə məktəbin Azad Həmkərlar Komitəsinin 6 üzvündən biri seçilmişdir. İşlədiyi müddət ərzində heç bir zaman xəbərdarlıq, töhmət almamışdır. Hər zaman işinə intizamla yanaşmış, rəhbərlərin verdiyi tapşırıqları qeyri-şərtsiz yerinə yetirmişdir. Əksinə rəhbərlik tərəfindən hər zaman fəxri fərmanlarla təltif edilmişdir. Lakin indiyə qədərki iş fəaliyyəti nəzərə alınmadan ona qərəzli şəkildə *6 noyabr 2023-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Buna səbəb direktorun kolletkivdə həmkarı Murad Hüseynovla onun arasında olan əmək məcəlləsinin tələblərinə uyğun olmayaraq ayrı seçkilik etməsinə etirazını bildirmək olmuşdur. Belə ki, Murad Hüseynov dərsə gəlmədiyi halda diaqnostik qiymətləndirmə balı bəhanə edilərək onlardan dərs saatları götürülərək Murad Hüseynova verilmişdir. Elnur Quliyevin məktəbdəki ayrı seçkiliyindən, bir valideyn kimi məktəbdəki təhlükəli vəziyyətdən, intizamsızlıqdan və başqa qanunsuzluqlardan sosial şəbəkədə etdiyi paylaşımları böhtan hesab edərək, nə məktəbin Pedaqoji Şurasına, nə də həmkarlar təşkilatına müzakirəyə çıxarılmadan qeyri-qanuni olaraq ona töhmət verilmişdir. Elnur Quliyev ona elan etdiyi töhmətdə şər-böhtan atılmasını müəyyən edən qurumun yalnız məhkəmə olduğu halda Elnur Quliyev bunu öz qənaətinə əsaslanaraq qeyri-qanuni müəyyə etmişdir. Elnur Quliyev bununla Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezunpiya hüququnu pozmuşdur. Elnur Quliyev töhmət əmrində onun müəllimlərin etik-davranış qaydasını, “Loyallıq” prinsipini pozduğunu qeyd etmişdir. Halbu ki, o, bu paylaşımlarını bir valideyn kimi etmiş, bundan əlavə müəllim kimi etmiş olsa belə, loyallıq prinsipində rəhbərlərin qanunsuz fəaliyyətləri istisna olmaqla tənqidi-ictimai mülahizələrdən çəkinməlidir ifadəsi yer almışdır. Əmək məcəlləsinin *87-ci maddəsinin 4cü bəndində göstərilir ki, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tədbiq edən idarə rəhbəri korrupsiya ilə bağlı məlumata aiddiyatı olmadığını əsaslandırmalıdır. Halbu ki, Elnur Quliyev açıq şəkildə onun korrupsiya fəaliyyəti ilə bağlı məlumatlarına görə ona töhmət vermişdir. O, cavabdeh tərəfindən verilmiş həmin əmri əsassız və qanunsuz hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinin direktoru tərəfindən verilmiş *6 noyabr 2023cü il tarixli, *77 saylı intizam tənbehi haqqında əmrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinin nümayəndəsi X4 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. İddiaçı 2007-ci ildən Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına * nömrəli tam orta məktəbdə Orta ixtisas təhsilli fiziki tərbiyə müəllimi işləyir. İddiaçı dəfələrlə iş vaxtını pozaraq, yəni 27 sentyabr 2023-cü il tarixdə məktəbin 6cı sinif şagirdinin qolu xəsarət alan zaman müəllimlər tərəfindən ona yardım göstərildiyi halda, iddiaçı həmin vaxt öz vəzifə öhdəlikləri olan işlərlə məşğul olmalı olduğu halda, lazım gələrsə yardım göstərmək əvəzinə, sosial şəbəkələrdə paylaşım etmək məqsədilə fotolar çəkib, hadisə yerinə baxış keçirib, hadisə şahidlərini dindirmişdir. Nəticədə müəllimlərin etik davranış qaydalarını kobud şəkildə pozmuşdur. Bundan sonra 29 sentyabr 2023-cü il tarixdə iddiaçı əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirməli olduğu halda, xadimələr məktəbdə təmizlik işləri aparan zaman məktəbin binasının daxilində süpürgələrin, vedrələrin və digər əşyaların foto və video çəkilişlərini etmişdir. Bundan əlavə 03 noyabr 2023-cü il tarixdə məktəbin 3-cü sinif şagirdinin valideyni Ramil adlı şəxs məktəbə getmiş və övladının hansısa digər şagird tərəfindən pilləkandan aşağı atılacağını bildirdikdən sonra, hadisəni eşidən iddiaçı məktəbdə ikinci növbə iş üzrə öhdəliklərini yerinə yetirmək əvəzinə sosial şəbəkələrdə paylaşım etmək məqsədilə pilləkənın fotolarını çəkib, məlumat toplamaq məqsədilə şagirdlərlə söhbətlər aparmışdır. Bu hərəkətləri ilə İddiaçı həm məktəbin, həm də məktəbin rəhbərliyininin nüfuzuna xələl gətirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbi tərəfindən verilmiş *6 noyabr 2023-cü il tarixli, *77 saylı intizam tənbehi haqqında əmrdən görünür ki, Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinə uyğun davranış nümayiş etdirmədiyinə görə məktəbin fiziki tərbiyə müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin b bəndinə uyğun sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Əmrin bir nüsxəsini İddiaçı *6 noyabr 2023-cü il tarixdə almış və bu barədə imza etmişdir. İşdə olan Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbi tərəfindən tərtib edilmiş 27 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, 27 sentyabr 2023-cü il tarixdə məktəbin 6-cı sinif şagirdinin qolu xəsarət alan zaman müəllimlər tərəfindən ona yardım göstərildiyi halda, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı həmin vaxt öz vəzifə öhdəlikləri olan işlərlə məşğul olmalı olduğu halda, sosial şəbəkələrdə paylaşım etmək məqsədilə fotolar çəkib, hadisə yerinə baxış keçirib, hadisə şahidlərini dindirmişdir. Nəticədə müəllimlərin etik davranış qaydalarını kobud şəkildə pozmuşdur. İşdə olan Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbi tərəfindən tərtib edilmiş 29 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, 29 sentyabr 2023-cü il tarixdə məktəbin fiziki tərbiyə müəllimi İddiaçı əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirməli olduğu halda, xadimələr məktəbdə təmizlik işləri aparan zaman məktəbin binasının daxilində süpürgələrin, vedrələrin və digər əşyaların foto və video çəkilişlərini etmişdir. İşdə olan Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbi tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli aktdan görünür ki, 03 noyabr 2023-cü il tarixdə məktəbin 3-cü sinif şagirdinin valideyni Ramil adlı şəxs məktəbə getmiş və övladının hansısa digər şagird tərəfindən pilləkandan aşağı atılacağını bildirmişdir. Məktəb rəhbərliyi tərəfindən məsələnin araşdırılacağı bildirildikdən sonra, hadisəni eşidən məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəbdə ikinci növbə iş üzrə öhdəliklərini yerinə yetirmək əvəzinə sosial şəbəkələrdə paylaşım etmək məqsədilə pilləkənın fotolarını çəkib, məlumat toplamaq məqsədilə şagirdlərlə söhbətlər aparmışdır. Məhkəmə baxışı zamanı İddiaçı təqdim etdiyi diskə baxış keçirilmiş və orada olan şəkillərin və səs yazılarının mübahisənin həlli istiqamətində hər hansı sübut yükünün daşımadığı müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinə uyğun davranış nümayiş etdirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin b bəndinə uyğun sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin *0-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Həmin Məcəllənin **-ci maddəsinin *-ci bəndinin “d” yarımbəndinə əsasən Əmək münasibətləri sahəsində işəgötürənin, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüququ vardır. Həmin Məcəllənin *86-cı maddəsinin *-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin *86-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin *86-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin *88-ci maddəsinin *-ci bəndinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin iddiaçı Əkbərov X3 rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinin fiziki tərbiyə müəllimi işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirmişdir. İş materiallarına əlavə edilmiş “Facebook” sosial şəbəkəsində İddiaçı aid səhifədən götürülən çıxarışların tədqiqi zamanı cavabdeh Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinin nümayəndəsi və direktoru X2 izahatında göstərdiyi hallar öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan Əmək qanunvericiliyinin normalarının şərhindən də göründüyü kimi iddiaçının hərəkətlərində Əmək qanunvericiliyinin normalarında göstərilən həmin hallar mövcud olduğu üçün iddiaçıya haqlı olaraq intizam tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarına əlavə edilmiş Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbi tərəfindən verilmiş *6 noyabr 2023-cü il tarixli, *77 saylı intizam tənbehi haqqında əmrdə olan qeyddən görünür ki, həmin əmrin nüsxəsini İddiaçı *6 noyabr 2023-cü il tarixdə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının *27-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının *29-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinə qarşı Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinin direktoru X2 *6 noyabr 2023-cü il tarixli, *77 saylı intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.*.*-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinə qarşı Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinin direktoru X2 *6 noyabr 2023-cü il tarixli, *77 saylı intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar