Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-74/2024 27.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavbadeh X7 qarşı ünvan 1 ünvanında qeydiyyatda olan X5 ona məxsus torpaq sahəsinə qanunsuz müdaxiləsinə qadağa qoyulmaqla, onun şəxsi mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikilinin sökülməsi və ona məxsus torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavbadeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan X5 ona məxsus torpaq sahəsinə qanunsuz müdaxiləsinə qadağa qoyulmaqla, onun şəxsi mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikilinin sökülməsi və ona məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, iddiaçı Dadaşov X2 şəhəri, Məhəmməd ünvan 2 ünvanında yaşayır. İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsini cavbadeh X8 qanunsuz və zor tətbiq etməklə zəbt etmiş və İddiaçı həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermir. İddiaçı dəfələrlə Cavabdeh qanunsuz tikinti işlərinin aparılmasını dayandırmasını və zəbt etmiş torpaq sahəsindən çıxmasını tələb etsə də cavabdeh ona əhəmiyyət verməmişdir. Qeyd etdiyi fakt mütəxəssis və ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Ona görə də, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmsinə baxmayaraq cavabdeh X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********71 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0,06 hektar torpaq sahəsi 10 avqust 2021-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4280 saylı ekspert rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Cəlilabad şəhəri ərazisində İddiaçı tələb etdiyi torpaq sahəsi, **********71 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A№633849 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin müəyyən olunmuş hissəsidir. Cəlilabad rayonu Cəlilabad şəhəri ərazisində İddiaçı tələb etdiyi torpaq sahəsi, **********71 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A№633849 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən cavabdeh X5 qeyri-yaşayış tikintialtı 71.7 kv. metrədək torpaq sahəsindən 53.9 kv. metrədək və tikili ətrafı 137.8 kv. metrədək hissəsinin İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmə (üst-üstə düşmə) vəziyyəti, ölçüləri və döngə nöqtələrinin kordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İddia tələbinə görə cavabdeh X7 məxsus qeyri-yaşayış tikilisinin 53.9 kv. metrədək hissəsinin mübahisələndirilən torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, **********71 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə ünvan 3 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin cavabdeh X8 tikdiyi 71.7 kv. metrlik qeyri-yaşayış tikintisinin 53.9 kv. metrədək hissəsini İddiaçı tələb etdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin daxilində tikmiş və bundan əlavə həmin 0,06 ha həyətyanı torpaq sahəsinin 137.8 kv. metrədək hissəsini zəbt etməklə, faktiki istifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X8 **********71 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin 191.7 kv.metr hissəsindən çıxarılsın və həmin torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılmalı, İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin 53.9 kv.m hissəsində inşa edilmiş tikili cavabdeh X5 öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalı, **********71 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsindən cavabdeh X8 tərəfindən istifadə edilməsi və ya hər hansı hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə cavabdeh X4 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinə görə cavabdeh X4 95 manat alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh X4 tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh X8 **********71 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin 191.7 kv.metr hissəsindən çıxarılsın və həmin torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılsın. İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin 53.9 kv.m hissəsində inşa edilmiş tikili cavabdeh X5 öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək iddiaçıya məxsus torpaq sahəsindən çıxarılsın. **********71 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsindən cavabdeh X8 tərəfindən istifadə edilməsi və ya hər hansı hərəkətlərin edilməsi cavabdehə qadağan edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdeh X4 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinə görə cavabdeh X4 95 (doxsan beş) manat alınaraq İddiaçı verilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh X4 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-74/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-74/2024
27.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver