Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-74/2025 31.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 6000 manat əsas borcun, 6000 manat əldən çıxmış faydaya görə pulun və dövlət rüsümü kimi ödədiyi 126 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat əsas borcun, 6000 manat əldən çıxmış faydaya görə pulun və dövlət rüsümü kimi ödədiyi 126 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu, Göytəpə şəhərində yaşayır və kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. Həmyerlisi və eyni zamanda yaxın tanışı Elçin Qarayevin vasitəsi ilə tanış olduğu Göytəpə şəhər sakini, hazırki iş üzrə Cavabdeh 2023-cü ilin noyabr ayında həyətində broyler cücələri saxladığını və sonra onları satıb yaxşı qazanc əldə etdiyini ona bildirmişdir. Cavabdeh əlində mayası olmadığı üçün ona təklif etmiş ki, 6000 manat olarsa həmin pula 1000 ədəd cücə alıb, onları 1 ay ərzində böyüdüb sonradan hər birini 10 manata satmaqla bir ay ərzində 10000 manat pul təşkil edir ki, həmin 10000 manat pulun da 6000 manatını çəkilən xərc çıxılmaqla, qalan 4000 manat qazancı aralarında hər birinə 2000 manat olmaqla bölüşəcəklərini bildirmişdir. O, məsləhətləşdikdən sonra cavabdehin təklifini qəbul etmiş və tanışı olan Elçin Qarayevin iştirakı ilə işə başlamaq üçün Cavabdeh 6000 manat nağd pul vermişdir. Cavabdeh onun verdiyi 6000 manat pulla fəaliyyətə başlamış, yeni il ərəfəsində, yəni 2 ay keçdikdən sonra cavabdeh cücələri sataraq əldə olunmuş qazancdan ona hissə-hissə olaraq cəmi 1000 manat pul vermiş və bununla da işinin bitmiş hesab etdiyini ona bildirmişdir. O, cavabdehdən 6000 manat pulunu istədikdə, cavabdeh müxtəlif qərəzli fikirlərlə bəhanələr gətirərək ona pul verməkdən imtina etmişdir. Bundan sonra o, məcbur qalıb xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nin X5 müraciət etmiş, müraciəti əsasında Cəlilabad RPŞ-nin TB-də araşdırma aparlmış və Cəlilabad RPŞ-nin “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli HK-1-141/150 saylı qərarı ilə mübhisənin mülki xarakterli olduğu üçün həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O, sonuncu dəfə 15 aprel 2024cü il tarixdə tanışı və eyni zamanda onun iştirakı ilə cavabdehə 6000 manat pul verdiyi Elçin Qarayev və onun həyat yoldaşı Ülviyyə Ağayeva ilə birlikdə cavabdehin evində olmuşlar, cavabdeh ondan aldığı 6000 manat pulu və əlavə olaraq qazancdan 1500-2000 manat pulu ona verəcəyinə söz versə də, hazıradək verdiyi sözə əməl etməmişdir. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iddiaçı Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu, Göytəpə şəhərində yaşayır. İddiaçı ilə tanışı Elçin Qarayevin vasitəsi ilə tanış olmuşdur. Onun iddiaçı ilə cücə saxlamaq kimi söhbətləri olmamış, yalnız iddiaçıdan 2000 manat borc almış həmin borc şişib 6000 manat olmuşdur. Həmin 2000 manat puldan 1000 manatını qaytarmış, qalan 1000 manatı isə maddi imkanı olmadığından qaytara bilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə etiraz etmədi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi zahatında bildirdi ki, İddiaçı və Cavabdeh hər ikisi onun tanışlarıdır. İddiaçı ilə cavabdeh şərikli cücə saxlamaq üçün üz aralarında söhbətləşib razılaşdılar ki, İddiaçı 6000 manat pulu Cavabdeh verərsə, cavabdeh həmin pulla 1000 ədəd cücə alıb, böyüdüb sonradan hər birini 10 manata satmaqla 10000 manat pul əldə edəcəklərini, həmin 10000 manat pulun 6000 manatını çəkilən xərc çıxılmaqla, qalan 4000 manat qazancı aralarında hər birinə 2000 manat olmaqla bölüşəcəklər. İddiaçı ilə cavabdehin razılaşmaları onun evində olmuşdur. Sonra iddiaçı ümumilikdə cavabdehə 6000 manat pul vermişdir. Cavabdeh cücələri satandan sonra İddiaçı 1000 manat pul vermiş və ziyana getdiyini bildirərək iddiaçıdan aldığı 6000 manatı ona qaytarmamışdır. Cavabdehi iddiaçı ilə o, tanış etdiyindən, iddiaçı pulunun qaytarılması üçün ona da müraciət etmiş, o, da cavabdehlə əlaqə saxladıqda cavabdeh hər dəfə bir bəhanə gətirərək, iddiaçıya olan 6000 manat borcunu qaytarmamışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi zahatında bildirdi ki, Cavabdeh onun qonşusudur. Cavabdeh özü ona bildirmiş ki, İddiaçı 2000 manat pul almış və həmin pul mələğinin 1000 manat hissəsini qaytarmış, lakin qalan 1000 manatı isə iddiaçıya qaytara bilməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi zahatında bildirdi ki, İddiaçı onun qonşusudur. İddiaçı cücə saxlamaq üçün əri Elçin Qarayevin vasitəsi ilə tanıdığı Cavabdeh ilə onların evində öz aralarında söhbətləşib razılaşmışlar ki, İddiaçı 6000 manat pulu Cavabdeh verərsə, cavabdeh həmin pulla 1000 ədəd cücə alıb, böyüdüb sonradan hər birini 10 manata satmaqla 10000 manat pul əldə edəcəklər, həmin 10000 manat pulun 6000 manatını çəkilən xərc çıxılmaqla, qalan 4000 manat qazancı aralarında hər birinə 2000 manat olmaqla bölüşəcəklər. Sonra iddiaçı ümumilikdə cavabdehə 6000 manat pul vermişdir. Cavabdeh cücələri satandan sonra İddiaçı 1000 manat pul vermiş və ziyana getdiyini bildirərək iddiaçıdan aldığı 6000 manatı ona qaytarmamışdır. Cavabdehi iddiaçı ilə əri Elçin Qarayev tanış etdiyindən, iddiaçı pulunun qaytarılması üçün əri Elçin Qarayevə də dəfələrlə müraciət etmiş, əri Elçin Qarayev də cavabdehlə əlaqə saxladıqda, cavabdeh hər dəfə bir bəhanə gətirərək, iddiaçıya olan 6000 manat borcunu qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi zahatında bildirdi ki, İddiaçı onun anasıdır. Anası İddiaçı cücə saxlamaq üçün qonşuları Elçin Qarayevin vasitəsi ilə tanıdıqları Cavabdeh ilə öz aralarında söhbətləşib razılaşmışlar ki, anası İddiaçı 6000 manat pulu Cavabdeh verərsə, cavabdeh həmin pulla 1000 ədəd cücə alıb, böyüdüb sonradan hər birini 10 manata satmaqla 10000 manat pul əldə edəcəklər, həmin 10000 manat pulun 6000 manatını çəkilən xərc çıxılmaqla, qalan 4000 manat qazancı aralarında hər birinə 2000 manat olmaqla bölüşəcəklər. Sonra anası İddiaçı ümumilikdə cavabdehə 6000 manat pul vermişdir. Cavabdeh cücələri satandan sonra İddiaçı 1000 manat pul vermiş və ziyana getdiyini bildirərək iddiaçıdan aldığı 6000 manatı ona qaytarmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 126 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən, İddiaçı 6000 manat pulu Cavabdeh verməli, cavabdeh həmin pulla 1000 ədəd cücə alıb, böyüdüb sonradan hər birini 10 manata satmaqla 10000 manat pul əldə edəcəklərini, həmin 10000 manat pulun 6000 manatını çəkilən xərc çıxılmaqla, qalan 4000 manat qazancı aralarında hər birinə 2000 manat olmaqla bölüşəcəklər. Lakin Cavabdeh cücələri satandan sonra İddiaçı 1000 manat pul vermiş və ziyana getdiyini bildirərək iddiaçıdan aldığı 6000 manatı pulu ona qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehin ondan aldığı pul məbləğlərini qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə fərqli bəhanələrlə iddiaçıdan aldığı pul vəsaitlərini qaytarmaqdan yayınmışdır. Bununla da cavabdehin iddiaçıya 5000 manat borcu yaranmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 49300 manat borcunun yaranmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Yaranmış borcun qaytarılmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borca görə 6000 manat və əldən çıxmış faydaya görə 6000 manat pulun alınıb ona verilməsi tələbində qismən, yəni əsas borca görə 5000 manat tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edirki, iddia qismən təmin edilərək, Cavabdeh 5000 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu əvəzi qismində 100 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-74/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-74/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver