Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-744/2024 06.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək, Cəlilabad şəhəri, Cavadxan küçəsində 0,6 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair tərəfindən çəkilmiş 14 664 (on dörd min altı yüz altmış dörd) manat xərcin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı Rəqsanə Əzimova Cavabdeh ilə 2011-ci ildə faktiki olaraq evlənmiş, nikahlarını isə 22 fevral 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 16 mart 2012-ci ildə Leyla və 04 may 2013-cü ildə Mirhasil adlı uşaqları doğulmuşdur. Əvvəllər onlar mehriban yaşasalar da, sonradan cavabdeh onun (iddiaçının) qızını evdən qovaraq uşaqları qızından almışdır. Qızı cavabdehlə birgə yaşadığı dövrdə ona yaşamaq üçün Cəlilabad şəhəri, Cavadxan küçəsində 0,6 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi üzərində artezian su quyusu qazdırmış, daha sonra orada fərdi yaşayış evi tikdirmişdir. Evin bütün kommunal xətlərini çəkdirmişdir. Torpaq sahəsini də Cəlilabad şəhər sakinindən almış, lakin öz adına sənədləşdirməmişdir. Qızının istəyi üzərinə həmin evi tikmişdir ki, ailəsi ilə birlikdə rahat və firavan yaşasınlar. Torpaq sahəsini almaq üçün 10 000 (on min) manat xərc çəkmişdir. Artezian su quyusunun qazdırılması və evin tikintisi üçün 3400 manat, qaz sayğacının və qaz xəttinin çəkilməsi üçün 270 manat, işıq sayğacının və xəttinin çəkilməsi üçün 185 manat, torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün 200 manat, torpaq vergisi olaraq 55 manat olmaqla, cəmi 14 664 (on dörd min altı yüz altmış dörd) manat xərc çəkmiş və həmin xərcin cavabdehdən tutulmasını istəyir. Hazırda qızı Rəqsanənin yaşamağa başqa evi yoxdur və buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi faktiki olaraq mövcuddur və iddiaçının mənzil ehtiyacını qarşılayan tikili kimi ailənin yaşaması üçün nəzərdə tutulmuşdur. Bu baxımdan iddiaçı ilə cavabdehin mənzillə bağlı formalaşmış maraqları da eynidir. Ümumiyyətlə, mülki qanunvericilik baxımından mülkiyyət və mülkiyyət hüququ fərqli anlayışlardır. Mülkiyyət iqtisadi kateqoriya olmaqla maddi dəyər kəsb edən əşyaya malik olmaq, mülkiyyət hüququ isə həmin əşyaya malik olmanın hüquqi təminatı anlamını verir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması onun ümumi mülkiyyətdə olmasını müvafiq olaraq çəkilən xərcin tələb edilməsini istisna etmir. Lakin həmin əmlak üzərində sərəncam verilməsini məhdludlaşdırır. Həmin evi o (iddiaçı) qızı Rəqsanə Əzimova ilə cavabdeh birgə nikah dövründə qızı Rəqsanə üçün tikmişdir. Sonradan qızı uşağı ilə yaşadığı evdə cavabdeh tərəfindən mütəmadi olaraq məişət zorakılıqlarına məruz qaldığına görə himayəsində olan bir uşağı ilə birlikdə həmin evdən çıxıb getməyə məcbur qalmış və onunla (iddiaçı ilə) yaşayır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalan norma və müddəaları anoloji olaraq hazırki mübahisəyə tətbiq edilməklə həmin evin tikintisinə sərf olunmuş vəsaitdən öz paynı, yəni evin tikintisinə çəkilmiş xərcin dəyərinin yarısını tələb etmək üçün subyektiv hüququ vardır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 222.1 və Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2 və 37-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnmə çıxarılmasnı xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı qızı X6 ilə cavabdehin nikahı 2016-cı ildə rəsmi qaydada pozulmuşdur. 31 iyul 2023-cü il tarixdə İddiaçı cavabdehin torpaq almaq arzusunda olmağını əvvəlcədən bildiyi üçün ona təklif etmişdir ki, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini 5000 (beş min) manat məbləğində pula satır. Cavabdeh də torpaq sahəsi axtardığına görə onun təklifi ilə razılaşmışdır. Cavabdeh İddiaçı ilə 31 iyul 2023-cü il tarixdə Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusuna gedib Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlamaqla ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin onun (cavabdehin) mülkiyyətinə satılmasını 5000 (beş min) manat ödəməklə rəsmiləşdirmişlər. Daşınmaz Əmlakın alqı-satqı müqaviləsini bağlamaq üçün həmin müqavilənin 20-ci bəndinə uyğun olaraq onlara kənar təsirlərin olmadıqlarını bildirmişlər. Bundan sonra cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında özünə 1 otaqlı fərdi yaşayış evi tikmiiş və həmin evin tikilməsinə 15000 (on beş min) manat pul xərcləmişdir. Sonra Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə ƏMDX-nin DƏDK və RPHŞnin 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etmiş və hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması barədə ona xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) reyestrdən çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı X9 “Torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda 2(073)-2556/2023 nömrəli mülki iş məhkəmənin icraatındadır. Buna baxmayaraq İddiaçı cavabdehə qarşı “Evə dair çəkilən xərc tələbinə dair” iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Göstərilənlərdən belə çıxır ki, İddiaçı qızı X6 ilə cavabehin arasında qeydə alınmış nikahın 2016-cı il tarixdən pozulması səbəbindən, bilərəkdən, əvvəlcədən düşünülmüş formada, cavabdehi aldatmaq və qisas alıb, zərər vurmaq məqsədi ilə ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini cavabdehə 5000 (beş min) manat məbləğində pula satmışdır ki, gələcəkdə cavabdehə qarşı müxtəlif tələblərlə məhkəmələrdə iddia qaldıraraq ondan qisas alsın. Lakin İddiaçı qızı X6 ilə cavabehin arasındakı nikah 2016-cı ildə rəsmi qaydada pozulmuşdur. Cavabdeh isə 31 iyul 2023-cü il tarixdə Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusuna gedib Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlamaqla ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin cavabdehin mülkiyyətinə satılmasını 5000 (beş min) manat ödəməklə rəsmiləşdirmişlər. Daşınmaz Əmlakın alqısatqı müqaviləsində də ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin cavabdehə satıldığı göstərilmişdir. Yəni torpaq sahəsi cavabdehə satılarkən onun üzərində hər hansı bir tikili mövcud olmamışdır. İddiaçı ilə Cavabdeh arasında 31 iyul 2023-cü il tarixli torpağın alqı- satqı müqaviləsi bağlanmış və Cavabdeh torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. İddiaçı qızı X6 ilə cavabehin arasında olan nikahın 2016-cı ildə rəsmi qaydada pozulmasından qərəzli olduğundan Cəlilabad Rayon Məhkəməsində cavadbehə qarşı əsassız iddialar irəli sürməkdədir. Həmin əsassız tələblərin davamı olaraq 31 iyul 2023-cü il tarixdə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlamaqla ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin cavabdehin mülkiyyətinə satılmasından istifadə edərək əsassız varlanmaq istəyir. İddiaçı torpaq sahəsinin qızı ilə cavabdehin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X4 qızı X6 ilə cavabdeh arasındakı nikah 2016-cı ildə məhkəmə qaydasında pozulmuşdur. Həmin vaxt iddia ərizəsində göstərilən torpaq sahəsi mövcud olmuş olsaydı iddiaçı bu halı mübahisələndirməmiş olmazdı və 31 iyul 2023-cü il tarixdə Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusuna gedib Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini cavabdehə satmazdı. 31 iyul 2023-cü il tarixdə Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusuna gedib Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlamaqla ünvan 1 ünvanında yerləşən 0.6 ha torpaq sahəsinin cavabdehin mülkiyyətinə satılmasını 5000 (beş min) manat ödəməklə rəsmiləşdirmişlər. Daşınmaz Əmlakın alqı-satqı müqaviləsində də ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin cavabdehə satıldığı göstərilmişdir. Bundan sonra cavabdeh həmin torpaq sahəsi üzərində öz vəsaiti hesabına 1 otaqlı kiçik fərdi ev tikmiş və həmin evə dair ödənişlər hal-hazırda da cavabdeh tərəfindən ödənilməkdədir. Bundan əlavə, sözü gedən həyətin və evin təmir işləri də şəxsən cavabadehin özünün iştirakı və vəsaiti hesabına olmuşdur. Göründüyü kimi iddia əsassızdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçını 4-5 ildir ki, tanıyır. Özü usatılqla məşğul olur. 2021-ci ilin payız aylarında İddiaçı onu (şahidi) usta olaraq çağırmış, torpaq sahəsi aldığını və qızı üçün ev tikmək istədiyini bildirmişdir. İddiaçı ona iki kamaz daşının oldğunu bildirmiş və ondan evdə hörgü işləri görməsini xahiş etmişdir. O da özü ilə fəhlə gətirmiş, 3 gün müddətində iki otaq və yanında hamam tikmişlər. İddiaçı zəhmət haqqı olaraq ona (şahidə) 220 manat, fəhləyə isə 70 manat pul vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçını 2008-ci ildən tanıyır və onunla dostdurlar. 2016-cı ildə İddiaçı qızı boşanmış, 2018-cil ildə isə həyat yoldaşı ilə barışmışdır. 2021-ci ildə iddiaçı ona torpaq aldığını və ev tikdirmək istədiyini bildirmişdir. 2022-ci ilin payız aylarında isə iddiaçı ona uşaqları tikdirdiyi evə köçürtdüyünü demişdir. Onlar həmin evdə 1 ildən artıq yaşamışlar. Bir müddət sonra isə Rəfail ona torpaq sahəsini cavabdehin adına keçirtdiyini bildirmişdir. Həmin ev tikilən müddətdə və tikildikdən sonra həmin evdə olmamışdır. İddiaçı bəzi hallarda evin tikintisi ilə əlaqədar ondan borc da almışdır. İddiaçı ona (şahidə) evin tikintisinə 10 000-15 000 manat arası xərc çətkidyini demişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır. O (şahid) 2016-cı ildə cavabdehlə boşanmış, 2018-cil ildə isə barışmışdır. Atası 2019-cu ildə mübahisəli torpaq sahəsini almışdır. Mübahisəli evi 2021-ci ildə atası ilə o (şahid) birlikdə tikməyə başalamışlar. 2022ci ilin avqust ayında həmin evə köçmüşlər və 1 il həmin evdə yaşamışlar. Sonra cavabdehlə aralarında yaranmış narazılaqlara görə 2023-cü ilin sentyabr ayında həmin evdən çıxmaq məcburiyyətində qalmışdır. Həmin ev məcsidin yanında yerləşir. Hər gün səhər saat 9-dan axşama qədər orada olmuş, ustaların yeməklərini bişirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı X9 onu (şahidi) usta olaraq çağırmış və o (şahid) Rəfailin göstərdiyi evə qaz xətti çəkmiş, həmçinin bir otağın divarlarını ağartmışdır. Rəfail ona (şahidə) qaz çəkilişi üçün 20 manat, divarların ağardılması üçün isə 60 manat pul vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini 5000 (beş min) manata Cavabdeh satmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İşdə olan Cəlilabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cəlilabad şəhəri Cavadxan küçəsi yeni massivdə yaşayan İddiaçı 600 kv.m həyətyanı torpaq sahəsində 60 kv. m-də evi vardır və birmərtəbəli yaşadığı ev ona aiddir. İşdə olan abonentin saldosundan görünür ki, Cavabdeh olunun təbii qazdan istifadəyə görə 2024-cü ilin yanvar ayına olan borcu 0.60 manat təşkil edir və abonent kimi 2022-ci ilin iyun ayında qeydiyyata alınmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında məlumatdan görünür ki, Cavabdeh obonent kimi 2022-ci ilin may ayında qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı hazırda cavabdehin mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin onun (iddiaçı) tərəfindən qızı Rəqsanə Əzimova üçün alındığını, həmin torpaq sahəsində özünün (iddiaçının) vəsaiti hesabına qızı Rəqsanə Əzimova üçün fərdi yaşayış evi inşa etdirdiyini, həmin evə kommunal xəttlər çəkdirdiyini, artezian quyusu qazdırdığını və bütün bunlar üçün 14 664 (on dörd min altı yüz altmış dörd) manat vəsait xərclədiyini, cavabdehin onu (iddaçını) aldadaraq həmin torpaq sahəsini öz adına (cavabdehin) rəsmiləşdirilməsinə nail olduğunu, lakin sonradan cavabdehin onun (iddiaçının) qızı Rəqsanə Əzimova ilə ayrıldığını göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və çəkilən xərcin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi 0.06 ha torpaq sahəsini Cavabdeh xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 5000 (beş min) manat ödəməklə almışdır. İş materiallarından müəyyən edilir ki, həmin torpaq sahəsi cavabdeh Adəm Mürsəlova satılanadək Şərqiyyə Quliyevanın mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin əvvəllər İddiaçı istifadəsində olması və ya onun mülkiyyətində olması müəyyən edilməmişdir. Həmin torpaq sahəsinin iddiaçı tərəfindən alınması öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iddiaçı mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirdiyini, həmin torpaq sahəsində öz vəsaiti hesabına artezian quyusu qazdırdığını, kommunal xətlər çəkdirdiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan «Azəriqaz» İB və "xxxx" ASC tərəfindən verilmiş abonentin saldosundan və abunə haqqında məlumatdan müəyyən edilir ki, qaz və işıq sayğacı Cavabdeh adına qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçı tərəfindən ümumiyyətlə fərdi yaşayış evinə çəkilmiş xərclər barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlərin isə iddiaçının iddia etdiyi torpaq sahəsinin və fərdi yaşayış evinin dəqiq olaraq hansı ünvanda yerləşməsi barədə məlumatları olmamışdır. Bundan başqa, məhkəmə iclasında iddiaçı ümumiyyətlə onun tərəfindən çəkilən xərclər barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edildiyi kimi xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman həmin müqavilədə alqı-satqının predmeti ancaq torpaq sahəsi olmuş və həmin müqavilədən qeyd edilən torpaq sahəsi üzərində hər hansı tikilinin mövcud olduğu müəyyən edilməmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və həmin torpaq sahəsində hər hansı tikili DƏDRX-də qeydiyyata alınmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 134 (bir yüz otuz dörd) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-744/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-744/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver