Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-763/2025 27.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu Soltankənd kəndində yerləşən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 0,5076 hissəsinin cavabdehdən alınaraq ona təhvil verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında adına tanınan sözügedən torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən və qanunsuz istifadəsində çıxarılmaqla ona və ailə üzvlərinə qaytarılması və sözügedən torpaq sahəsini qanunsuz zəbt edərək istifadə etdiyinə görə cavabdehin barəsində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi tələbkarlığında prosessual təbirlər görülməsi və cinayət məsuliyyətinə cəlb edilməklə, qanunlarla cəzalandırılmasından ötrü müvafiq xüsusi qərardadın çıxarılmasını təmin edilməsi və icra edilməsi üçün Cəlilabad rayon Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Cəlilabad rayonu Soltankənd kəndində yerləşən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 0,5076 hissəsinin cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Cəlilabad rayonu Soltankənd kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətlərinə 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin topraq sahəsinin onlara verilməsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********11 reyestr nömrəli çıxarışa əsasən 07 dekabr 2022-ci il tarixdə ********** nömrə ilə onların mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. Lakin Cavabdeh onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 1,5 ha torpaq sahəsinin bir hissəsini zəb edərək, istifadə edir. O, dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsinin geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh onun bu tələbinə məhəl qoymamışdır. Cavabdehin qanunsuz əməllərinə görə onun və ailə üzvlərinin mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı torpaq sahəsini zəbt eməmişdir. Özünün çıxarışı var və öz torpağından istifadə edir. Bu səbəbdən də ona qarşı olan iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********11 reyestr nömrəli çıxarışdan görünür ki, İddiaçı, X3, X6, X5, X4 və X2 mülkiyyətlərinə Cəlilabad rayonu Soltankənd kəndi ərazisndə verilmiş, kənd təsərrüfatı təyinatlı 1,5 hektar torpaq sahəsi, 07 dekabr 2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli, 10/5791 saylı rəydən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 28 iyul 2025-ci il tarixli, 3-21-3- 44/2-5266/2025s aylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Cəlilabad rayonu, Soltankənd kəndi ərazisində yerləşən **********11 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmş 27Q saylı 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0,63 ha hektaradək hissəsi özünün, 0,5076 hektaradək hissəsi Cavabdeh Qulamhüseyn oğlunun, qalan 0,3606 hektaradək hissəsi isə Əzizov Qulamhüseyn Vəkil oğlunun faktiki istifadəsində olduğu və həmin şəxslər tərəfindən həmin torpaq sahəsində heç bir tikinti işlərinin aparılmadığı, əkin kimi istifadə edildiyi müəyyənləşdirilmişdir. İşdə olan 17 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hazır ki iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 23 iyun 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı iş üzrə keçirilmiş ekspertizada mütəxəssis rəyinin verilməsindən ötrü Reyestr xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsinə 95 manat rüsum ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli, **********11 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Soltankənd kəndində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 1,5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh iddiaçılara məxsus 1,5 ha torpaq sahəsinin 0,5076 hektaradək hissəsini zəbt etmişdir. İddiaçı dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu Soltankənd kəndində yerləşən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 0,5076 hissəsinin cavabdehdən alınaraq ona təhvil verilməsi tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli, **********11 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Soltankənd kəndində İddiaçı mülkiyyətinə verilmiş 1,5 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,5076 hissəsindən çıxarılmalı və 0,5076 ha torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli, **********11 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Soltankənd kəndində İddiaçı mülkiyyətinə verilmiş 1,5 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,5076 ha hissəsindən çıxarılsın və 0,5076 ha torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-763/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-763/2025
27.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver