Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-765/2025 18.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehsinin nümayəndələri X6 və X2 iştirakları ilə, İddiaçı Cavabdehsinə qarşı *5 oktyabr N4-cü il tarixli, 294 nömrəli əmrin ləğv edilməsi, onun Cavabdehsinə atıcı-mühafizəçi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehsinin Nizami hissə rəisi Cüneyd Vəlizadə tərəfindən onun barəsində çıxarılmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair *5 oktyabr N4-cü il tarixli, 294 nömrəli əmrin ləğv edilməsi, onun Cavabdehsinə atıcı-mühafizəçi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdehsinin N mart N3-cü il tarixli, 73 nömrəli əmri ilə Cavabdehsinin hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçi vəzifəsinə 3 ay sınaq müddətilə, daimi əsaslarla müddətsiz olaraq işə qəbul edilmişdir. Həmin hərbi hissənin *5 oktyabr N4cü il tarixli, 294 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. O, işəgötürəndən həmin əmrin ləğv edilməsini və onu yenidən işinə bərpa edilməsini xahiş etsə də, işəgötürən verdiyi əmri dəyişməyəcəyini və onunla işləmək istəmədiyini bildirmişdir. Bundan sonra o, Cavabdehsinin Nizami hissə rəisi Cüneyd Vəlizadə tərəfindən onun barəsində çıxarılmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair *5 oktyabr N4-cü il tarixli, 294 nömrəli əmrin ləğv edilməsi, onun Cavabdehsinə atıcımühafizəçi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsindən ötrü məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdehsinin nümayəndəsi X7 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cavabdehsinin mühasibi vəzifəsində işləyir. İddiaçı Cavabdehsinin N mart N3-cü il tarixli, 73 nömrəli əmri ilə Cavabdehsinin hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçi vəzifəsinə 3 ay sınaq müddətilə işə qəbul edilmişdir. Lakin sonradan nizam-intizam qaydalarına əməl etməmiş və xidmət üzrə üzərinə düşən vəzifələrin öhdəsindən gəlməmişdir. Belə ki, hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçisi İddiaçı *8 sentyabr N4-cü il, 23 sentyabr N4-cü il və N sentyabr N4-cü il tarixlərdə üzrsüz səbəblərdən işə çıxmamış və həmin tarixlərdə onunla telefon əlaqəsi saxlanılan zaman işə çıxmayacağını bildirmişdir. Bununla əlaqədar hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) rəisi Rasim İbadullayev hərbi hissə komandirinə müraciət edərək, İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra İddiaçı hərəkətlərinin qiymətləndirilməsi məqsədi ilə Cavabdehsinin həmkarlarının N sentyabr N4-cü il tarixli iclası təyin edilmiş, İddiaçı N sentyabr N4-cü il tarixdə saat *5:00-da keçiriləcək iclasa dəvət olunmasına baxmayaraq iclasa gəlmədiyi üçün iclas N sentyabr N4-cü il tarixdə saat *0:00-a təxirə alınmışdır. Lakin İddiaçı N sentyabr N4-cü il tarixə təyin edilmiş iclasa da gəlməmiş və həmin iclasda hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçisi mülki işçi İddiaçı barəsində müvafiq qərar qəbul edilməsi üçün hərbi hissə komandirinə müraciət olunması qərara alınmışdır. Bundan sonra Həmkarların *4 oktyabr N4-cü il tarixli iclasında İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinə təktərəfli qaydada xitam verilməsi qərara alınmışdır. Nəticədə Cavabdeh komandirinin *5 oktyabr N4-cü il tarixli, 294 saylı əmri ilə hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçisi mülki işçi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən *4 oktyabr N4-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmiş və ona son haqq hesab tam olaraq ödənilmişdir. O, İddiaçı işdən azad edilməsi ilə bağlı Cavabdehsinin *5 oktyabr N4-cü il tarixli, 294 saylı saylı əmrini qanuni və əsaslı hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdehsinin komandiri X5 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, *0 oktyabr 20*8-ci il tarixdən Cavabdehsinin komandiri vəzifəsində işləyir. İddiaçı komandiri olduğu N nömrəli hərbi hissəsinin N mart N3-cü il tarixli, 73 nömrəli əmri ilə N nömrəli hərbi hissəsinin hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçi vəzifəsinə 3 ay sınaq müddətilə işə qəbul edilmişdir. Lakin sonradan nizam-intizam qaydalarına əməl etməmiş və xidmət üzrə üzərinə düşən vəzifələrin öhdəsindən gəlməmişdir. Belə ki, İddiaçı *8 sentyabr N4-cü il, 23 sentyabr N4cü il və N sentyabr N4-cü il tarixlərdə üzrsüz səbəblərdən işə çıxmamış və həmin tarixlərdə onunla telefon əlaqəsi saxlanılan zaman, gah Salyan rayon bazarında ticarətlə məşğul olduğunu, gah da müxtəlif bəhanələrlə işə çıxmayacağını bildirmişdir. Bununla əlaqədar hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) rəisi Rasim İbadullayev hərbi hissə komandiri kimi ona müraciət edərək, İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə İddiaçı hərbi hissənin bir neçə şəxsi heyəti ilə mübahisəsi yaranmışdır. O, şəxsən İddiaçılə fərdi söhbətlər aparmış və onu nizam-intizama dəvət etmişdir. İddiaçılə söhbət apararkən və onun başqa hərəkətləri barədə dəqiq məlumatlar eşitdikdən sonra ona məlum olmuşdur ki, İddiaçı silah təhkim eləmək təhlükə yaradacaqdır. O, İddiaçılə fərdi söhbətlər apararkən ona silah təhkim eləməyin təhlükə yaradacağını bildirmiş və onu başqa işə keçirilməsini təklif etmiş, lakin İddiaçı onunla razılaşmamış və öz işində işləyəcəyini ona təkidlə bildirmişdir. Bundan sonra İddiaçı hərəkətlərinin qiymətləndirilməsi məqsədi ilə Cavabdehsinin həmkarlarının N sentyabr N4cü il tarixli iclası təyin edilmiş, İddiaçı N sentyabr N4-cü il tarixdə saat *5:00-da keçiriləcək iclasa dəvət olunmasına baxmayaraq iclasa gəlmədiyi üçün iclas N sentyabr N4-cü il tarixdə saat *0:00-a təxirə alınmışdır. Lakin İddiaçı N sentyabr N4-cü il tarixə təyin edilmiş iclasa da gəlməmiş və həmin iclasda İddiaçı barəsində müvafiq qərar qəbul edilməsi üçün hərbi hissə komandiri olduğundan ona müraciət olunması qərara alınmışdır. Bundan sonra Həmkarların *4 oktyabr N4-cü il tarixli iclasında İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinə təktərəfli qaydada xitam verilməsi qərara alınmışdır. Nəticədə *5 oktyabr N4cü il tarixli, 294 saylı əmri ilə hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçisi olmuş İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən *4 oktyabr N4-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmiş və ona son haqq hesab tam olaraq ödənilmişdir. O, İddiaçı işdən azad edilməsi ilə bağlı *5 oktyabr N4-cü il tarixli, 294 saylı saylı əmri qanuni və əsaslı hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını diləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cavabdeh komandirinin N mart N3-cü il tarixli, 73 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı N mart N4-cü il tarixdən hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçi vəzifəsinə 3 ay sınaq müddətilə işə qəbul edilmişdir. İşdə olan Cavabdeh komandiri X5 ilə İddiaçı arasında bağlanmış N mart N3-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla Cavabdehsində hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçi vəzifəsinə təyin olunmuş və onun orta aylıq əmək haqqı 359 manat təşkil etmişdir. İşdə olan Cavabdeh hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) rəisi Rasim İbadullayev Cavabdehsinin komandirinə ünvanlamış *8 sentyabr N4-cü il tarixli ərizəsində qeyd etmişdir ki, hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcımühafizəçisi mülki işçi İddiaçı *8 sentyabr N4-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışdır. Onunla telefon əlaqəsi saxlanılmasına baxmayaraq işə çıxmayacağını bir daha bildirmişdir. Bununla əlaqədar olaraq barəsində tədbir görülməsini sizdən xahiş edirəm. İşdə olan Cavabdeh hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) rəisi Rasim İbadullayev Cavabdehsinin komandirinə ünvanlamış 23 sentyabr N4-cü il tarixli ərizəsində qeyd etmişdir ki, hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcımühafizəçisi mülki işçi İddiaçı 23 sentyabr N4-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışdır. Onunla telefon əlaqəsi saxlanılmasına baxmayaraq işə çıxmayacağını bir daha bildirmişdir. Bununla əlaqədar olaraq barəsində tədbir görülməsini sizdən xahiş edirəm. İşdə olan Cavabdeh hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) rəisi Rasim İbadullayev Cavabdehsinin komandirinə ünvanlamış N sentyabr N4-cü il tarixli ərizəsində qeyd etmişdir ki, hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcımühafizəçisi mülki işçi İddiaçı N sentyabr N4-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışdır. Onunla telefon əlaqəsi saxlanılmasına baxmayaraq işə çıxmayacağını bir daha bildirmişdir. Bununla əlaqədar olaraq barəsində tədbir görülməsini sizdən xahiş edirəm. İşdə olan Cavabdehsinin N sentyabr N4-cü il tarixli, 5 saylı protokolunun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçisi mülki işçi İddiaçı N sentyabr N4-cü il tarixdə saat *5:00-da keçiriləcək iclasa dəvət olunmasına baxmayaraq iclasa gəlmədiyi üçün iclas N sentyabr N4-cü il tarixdə saat *0:00-a təxirə alınmışdır. İşdə olan Cavabdehsinin N sentyabr N4-cü il tarixli, 6 saylı protokolunun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçisi mülki işçi İddiaçı barəsində müvafiq qərar qəbul edilməsi üçün hərbi hissə komandirinə müraciət olunması qərara alınmışdır. İşdə olan Cavabdehsinin *4 oktyabr N4-cü il tarixli, 7 saylı protokolunun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçisi mülki işçi İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinə təktərəfli qaydada xitam verilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh komandirinin *5 oktyabr N4-cü il tarixli, 294 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən *4 oktyabr N4-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilməsi və son haqq hesabın ödənilməsi əmr edilmişdir. İşdə olan Cavabdeh komandirinin *0 oktyabr 20*8-ci il tarixli, *69 saylı əmrindən çıxarışdan görünür ki, X5 *0 oktyabr 20*8-ci il tarixdən N nömrəli hərbi hissənin rəisi vəzifəsinə təyin edilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı heç bir üzrlü səbəb olmadan üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bunun nəticəsi olaraq Cavabdehsinin *5 oktyabr N4-cü il tarixli, 294 saylı əmri ilə İddiaçı Cavabdehsinin hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçisi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.*-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin *0-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan 5 bütün iş günü işə gəlməməsi, “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi və “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin İddiaçı Cavabdehsinin hərbiləşdirilmiş mühafizə bölməsinin (Göytəpə qəsəbəsi) atıcı-mühafizəçisi vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Yuxarıda qeyd olunan Əmək qanunvericiliyinin normalarının şərhindən də göründüyü kimi iddiaçının hərəkətlərində Əmək qanunvericiliyinin normalarında göstərilən həmin hallar mövcud olduğu üçün iddiaçı haqlı olaraq vəzifəsindən kənardaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının *27-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının *29-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehsinə qarşı *5 oktyabr N4-cü il tarixli, 294 nömrəli əmrin ləğv edilməsi, onun Cavabdehsinə atıcı-mühafizəçi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.*.*-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdehsinə qarşı *5 oktyabr N4-cü il tarixli, 294 nömrəli əmrin ləğv edilməsi, onun Cavabdehsinə atıcı-mühafizəçi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-765/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-765/2025
18.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver