Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-780/2024 13.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakim Əmirəliyev Elxan Əli oğlu, Ərizəçi Güzəştli şərtlərlə, məhz ağır işlərdə işləməsinin nəticəsi olaraq, hazırda əmək pensiyasına çıxmağı üçün ümumi iş stajının çatışmaması zəruriliyi olduqca vacib olduğundan, hazırda mövcud olmayan bir təşkilatda, (AR-sı Əhaliyə Məişət Xidməti Nazirliyi nəzdində olan Cəlilabad 14 saylı Təmir-Tikinti İdarəsində) işlədiyi 5 illik əmək fəaliyyətinin (1985-1991-ci illər üçün) əmək kitabçasında qeyd olunmaması faktını məhkəmə qaydasında müəyyənləşdirib, əmək pensiyasına çıxmağı ilə bağlı ümumi iş stajına daxil edilməsi üçün ciddi zərurət yarandığından, buna prosessual ciddi önəm verib, iş üzrə toplanmış sübutların tədqiq edilməklə, şahidlərin dindirilməsinə nail olunub, sabiq səlahiyyətli bu təşkilatda (AR-sı Əhaliyə Məişət Xidməti Nazirliyi nəzdində olan Cəlilabad 14 saylı Təmir-Tikinti İdarəsində) mexanik və s. işlərdə işləyərək, mövcud əmək fəaliyyətinin həmin dövr üçün müəyyənləşdirilməsinin təmin edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Güzəştli şərtlərlə, məhz ağır işlərdə işləməsinin nəticəsi olaraq, hazırda əmək pensiyasına çıxmağı üçün ümumi iş stajının çatışmaması zəruriliyi olduqca vacib olduğundan, hazırda mövcud olmayan bir təşkilatda, (AR-sı Əhaliyə Məişət Xidməti Nazirliyi nəzdində olan Cəlilabad 14 saylı Təmir-Tikinti İdarəsində) işlədiyi 5 illik əmək fəaliyyətinin (1985-1991-ci illər üçün) əmək kitabçasında qeyd olunmaması faktını məhkəmə qaydasında müəyyənləşdirib, əmək pensiyasına çıxmağı ilə bağlı ümumi iş stajına daxil edilməsi üçün ciddi zərurət yarandığından, buna prosessual ciddi önəm verib, iş üzrə toplanmış sübutların tədqiq edilməklə, şahidlərin dindirilməsinə nail olunub, sabiq səlahiyyətli bu təşkilatda (AR-sı Əhaliyə Məişət Xidməti Nazirliyi nəzdində olan Cəlilabad 14 saylı Təmir-Tikinti İdarəsində) mexanik və s. işlərdə işləyərək, mövcud əmək fəaliyyətinin həmin dövr üçün müəyyənləşdirilməsini təmin edəcək müvafiq məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Ərizəçi ərizəsində AR-sı Əhaliyə Məişət Xidməti Nazirliyi nəzdində olan Cəlilabad 14 saylı Təmir-Tikinti İdarəsində işlədiyi 5 illik əmək stajının (1985-1991-ci illər üçün) əmək kitabçasında qeyd olunmaması faktını məhkəmə qaydasında müəyyənləşdirib, əmək pensiyasına çıxmağı ilə bağlı ümumi iş stajına daxil edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir, lakin, həmin iddia predmeti üzrə tələb, yəni iş stajının hesablanması və əlavə edilməsi vəzifəsi qanunvericiliklə müəyyən edilmiş inzibati orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna aiddir. Ona görə də iddia tələbi üzrə mübahisə fiziki şəxslə inzibati orqan olan Dövlət Sosial Müdafiə Fondu arasındaki inzibati icraatda baxılan inzibati mübahisədir və inzibati məhkəmədə baxılan tələbdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan mübahisələrdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi ərizəçinin tələbində göstərdiyi iş stajının hesablanması öhdəliyinin qoyulması inzibati orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aiddir və hazrki mübahisənin kökündə inzibati mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: Ərizəçi Güzəştli şərtlərlə, məhz ağır işlərdə işləməsinin nəticəsi olaraq, hazırda əmək pensiyasına çıxmağı üçün ümumi iş stajının çatışmaması zəruriliyi olduqca vacib olduğundan, hazırda mövcud olmayan bir təşkilatda, (AR-sı Əhaliyə Məişət Xidməti Nazirliyi nəzdində olan Cəlilabad 14 saylı Təmir-Tikinti İdarəsində) işlədiyi 5 illik əmək fəaliyyətinin (1985-1991-ci illər üçün) əmək kitabçasında qeyd olunmaması faktını məhkəmə qaydasında müəyyənləşdirib, əmək pensiyasına çıxmağı ilə bağlı ümumi iş stajına daxil edilməsi üçün ciddi zərurət yarandığından, buna prosessual ciddi önəm verib, iş üzrə toplanmış sübutların tədqiq edilməklə, şahidlərin dindirilməsinə nail olunub, sabiq səlahiyyətli bu təşkilatda (AR-sı Əhaliyə Məişət Xidməti Nazirliyi nəzdində olan Cəlilabad 14 saylı Təmir-Tikinti İdarəsində) mexanik və s. işlərdə işləyərək, mövcud əmək fəaliyyətinin həmin dövr üçün müəyyənləşdirilməsinin təmin edilməsi tələbinə dair ərizəsinin qəbulundan, iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-780/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-780/2024
13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver