Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-811/2025 07.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi Rəhman qızının iştirakı ilə, Ərizəçi Rəhman qızının Maraqlı şəxs olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Rəhman qızı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X1 19 iyun 2024-cü il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Rəhman qızı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, 28 may 2000-ci il təvəllüdlü X1 19 iyun 2024-cü il tarixdə Cəlilabad rayonu, Hamarqışlaq kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Rəhman qızı ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, övladı X2 28 may 2000-ci ildə Cəlilabad rayonu Hamarqışlaq kəndində anadan olmuşdur. 19 iyun 2024-cü il tarixdə kənd ərazisində yerləşən su bəndində boğularaq vəfat etmiş, Cəlilabad rayonu Hamarqışlaq kəndində qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt Qeydiyyat şöbəsinə müraciət etməmişlər, ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oğlunun ölümü barədə akt qeydi olmadığından ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısının oğlu suda batan digər uşağa kömək etmək istəyəndə boğulmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin oğlu onun (şahidin) suda batan oğluna kömək etmək istəyəndə boğulmuşdur. Lakin hər ikisi boğularaq ölmüşdür. Ərizəçinin ölən oğlu Hamarqışlaq kəndində qəbristanlığında dəfn edilmişdir. İşdə olan qəbir daşının foto şəklindən görünür ki, X1 doğum tarixi xx.xx.2000-ci il, ölüm tarixi xx.xx.2024-cü ildir. İşdə olan Cəlilbad rayon İHB Hamarqışlaq kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Rəhman qızının oğlu X2 xx.xx.2024-cü ildə vəfat etmiş və Cəlilabad rayonu Hamarqışlaq kəndində qəbristanlığında dəfn edilmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçinin oğlu X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan Cəlilabad rayon Prokurorluğunun 29.062024-cü il tarixli, 80-C-24 saylı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarixdə suda boğularaq ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu X2 19 iyun 2024-cü ildə vəfat etmiş, Cəlilabad rayon Hamarqışlaq kənd qəbristanlığında dəfn edilmişdir. Ölümünə səbəb isə suda boğulan digər şəxsə kömək etmək istəməsi olmuşdur. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılmış və şəxsin bədbəxt hadisə nəticəsində ölməsi müəyyən edilərək cinayət işi başlanmasından imtina edilmişdir. Həmin vaxt ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnamə almaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümünü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə oğlunun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X1 19 iyun 2024-cü ildə Cəlilabad rayonunun Hamarqışlaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 106, 213, 216-220, 233 və 360-cı maddələrini, habelə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə tərübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarındakı hüquqi mövqeni rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28 may 2000-ci ildə doğulmuş X1 19 iyun 2024-cü ildə Cəlilabad rayonunun Hamarqışlaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-811/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-811/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver