Məhkəmə qərarları › İş №2(073)-828/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-828/2025

28.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-828/2025 28.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 16 mart 2023-cü il tarixli əmək müqaviləsinə edilmiş dəyişikliyin və onun tutduğu vəzifədən azad edilməyi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun 18 dekabr 2024-cü il tarixli, 3-29-69/3-l-975k/2024 nömrəli əmrinin etibarsız hesab edilərək işə bərpa olunmağı, eləcə də 18 dekabr 2024-cü il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında göstərmişdir ki, iddianı müdafiə edir və işin məhkəmə baxışına təyin ediməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerləşdiyi ərazi aidiyyatı üzrə Məhkəməyə müraciət etməlidir. Bundan əlavə tərəflərindən iddiaya etiraz da məhkəməyə təqdim edilmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı hazırkı iş üzrə iddia ərizəsini Cəlilabad Rayon Məhkəməsinə verməklə ərazi aidiyyatı qaydalarını pozmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ünvanını Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan xoyski prospekti 109 kimi göstərmişdir, aparılmış dəqiqləşmə ilə cavabdehin hüquqi ünvanınının həqiqətən da ərizədə göstərildiyi kimi olması müəyyən edilmişdir. Belə olan halda iddiaçı hazırkı iddia ərizəsi ilə aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin hüquqi və faktiki ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 109 olduğundan mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi (onlar tərəfindən alındığı) gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar