Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-843/2023 06.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4nın 05 avqust 1984-cü ildə Cəlilabad şəhərində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, o, X7 ilə 24 sentyabr 1983cü ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 5 övladları doğulmuşdur. X4 05 avqust 1984-cü il tarixdə anadan olmuşdur. Lakin öz səhlənkarlıqları ucbatından qızı Məryəmə doğum haqqında tibbi arayış almadıqları üçün onun doğum akt qeydi aparılmamışdır. O, bəzi sənədləşmə işləri üçün doğum haqqında şəhadətnamə lazım olduğundan doğum akt qeydinin bərpa olunması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bildirmişlər ki, doğum akt qeydi aparılmadığı üçün məhkəməyə müraciət etməlidir. Hazırda şahid ifadələri ilə qızı Məryəmin 05 avqust 1984-cü il tarixdə Cəlilabad şəhərində doğulmasını təsdiq edə bilər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi, X3, anası Ərizəçi olmaqla X4nın 05 avqust 1984-cü ildə Cəlilabad şəhərində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçi Nəsibə X1 ilə 1983-cü ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar və onların birgə nikahından 5 övladları doğulmuşdur. Ərizəçi X4 05 avqust 1984-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş və böyüyüb boya-başa çatmışdır. X3, anası isə Ərizəçidır. X9 doğulan zaman onun doğum aktı qeydə alınmamışdır, yəni valideynləri səhlənkarlıq edərək Məryəmə doğum haqqında şəhadətnamə almamışlar. O, X5 05 avqust 1984-cü il tarixdə Cəlilabad şəhərində doğulmasını təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi Nəsibə X1 ilə ailə həyatı qurmuşlar və hazırda onların 5 övladları vardır. Ərizəçi X4 05 avqust 1984-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş və böyüyüb boya-başa çatmışdır. X3, anası isə Ərizəçidır. X9 doğulan zaman onun doğumu barədə Qeydiyyat şöbəsinə vaxtında müraciət olunmadığı üçün, Məryəmə doğum haqqında şəhadətnamə almamışlar. O, təsdiq edir ki, X9 05 avqust 1984-cü il tarixdə Cəlilabad şəhərində doğulmuşdur. İşdə olan İİİ-JQ 354682 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi nikahlarını 24 sentyabr 1983-cü il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 saylı qeydiyyat aparılmaqla, arvada Fərəcova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumunu təsdiq edən hüquq müəyənedici sənədlər olmadığı üçün onun doğumunun Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X3, anası Ərizəçi olmaqla X9 05 avqust 1984-cü ildə Cəlilabad şəhərində doğulmuşdur. X9 doğulan vaxt valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə X4na doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X3, anası Ərizəçi olmaqla Ərizəçi X2 05 avqust 1984-cü ildə Cəlilabad şəhərində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. X3, anası Ərizəçi olmaqla X5 05 avqust 1984-cü ildə Cəlilabad şəhərində doğulmunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-843/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-843/2023
06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver