Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-843/2025 07.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X1 22 avqust 2024-cü il tarixdə Cəlilabad rayonu Gülməmmədli kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən, ərizəçinin oğlu X4 xx.xx.1992-ci il tarixdə doğulmuş, uşaqlıqdan 1-ci qrup əlil olduğundan xəstəliklə mübarizə aparmış, 22 avqust 2024-cü il tarixdə isə özünü asaraq intihar etmiş, Cəlilabad rayonu Gülməmmədli kənd qəbirsanlığında dəfn olunmuşdur. Həmin vaxt Qeydiyyat şöbəsinə müraciət etməmişlər və oğluna ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oğlunun ölümünü haqqında həkim arayışı olmadığından ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, oğlu xx.xx.2024-cü il tarixdə oğlunu evdə tapmamışdır, qohum-qonşulara zəng edib oğlunu görüb-görmədiklərini soruşmuşdur, sonradan isə həyətlərindəki samanlıqda oğlunun özünü asaraq öldürdüyünü aşkar etmişdir. Faktla bağlı araşdırma aparılmışdır, lakin cinayət əməli olmadığına görə cinayət işi rədd edilmişdir. Oğlunun ölüm səbəbi hələ də ona bəlli deyil. Həmin vaxt oğlunu meyiti prokurorluq tərəfindən araşdırıldığına görə, sonra isə özlərinin dəfnlə əlaqədar başları qarışıq olduğuna görə ölüm şəhadətnaməsi ala bilməmişdirlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşının arvadıdır. Ərizəçinin oğlu X4 onun (şahidin) qardaşı oğlu olub. Əsəb xəstəsi olmuş, özünü asaraq intihar etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısının arvadıdır. Ərizəçinin oğlu X4 əsəb xəstəsi olmuş, özünü asaraq intihar etmişdir. Cəlilabad rayonu Gülməmmədli kənd qəbirsanlığında dəfn olunmuşdur. İşdə olan Cəlilabad rayon Gülməmmədli kənd XDS-İK tərəfindən verilmiş xx.xx.1981ci il nikah haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1981-ci ildə Mailova Nərmiyyə Vəkil qızı ilə nikah bağlamışlar, bu barədə nikah akt qeydləri kitabıbda 22 saylı nikah qeydi aparılaraq arvada Ağayeva soyadı verilmişdir. Cəlilabad rayon Gülməmmədli kənd daimi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1992-ci il doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1992-ci ildə doğulmuşdur, atası X7, anası Mailova Nərmiyyə Vəkil qızıdır. İşdə olan Cəlilbad rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 113-C-24 saylı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə özünü asaraq ölmüşdür. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin X3 Hüquqi Şəxs “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X4 ölən zaman həkim ekspert tərəfindən müayinə olunmadığı üçün ekspert rəyinin tərəflərindən verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan qəbir daşının foto şəklindən görünür ki, xx.xx.1992-ci ildə doğulmuş X4 xx.xx.2024-cü ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu X4 22 avqust 2024-cü il tarixdə isə özünü asaraq intihar etmiş, Cəlilabad rayonu Gülməmmədli kənd qəbirsanlığında dəfn olunmuşdur. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanmasından imtina edilmişdir. Həmin vaxt ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə oğlunun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X1 22 avqust 2024-cü ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 106, 213, 216-220, 233 və 360-cı maddələrini, habelə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 fevral 1992-ci ildə doğulmuş X1 22 avqust 2024-cü ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-843/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-843/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver