Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-86/2024 29.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad şəhərində yaşayır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, **********57 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad şəhəri Z.Əliyeva küçəsi 227 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi onun (iddiaçının) mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Lakin Cavabdeh həmin torpaq sahəsinin 0,02 hektarını zəbt edərək orada tikintik inşa etmişdir və ona torpaq sahəsindən istifadə etməyə imkan vermir. Cavabdehin qanunsuz əməllərinə görə onun mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehə torpağın qaytarılması barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə göndərərək ona (iddiaçıya) məxsus olan Cəlilabad şəhəri Z.Əliyeva küçəsi 227 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin zəbt olunmuş 219 kv.m hisəsindən Cavabdeh çıxarılmasına, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş 147 kv.m qeyriyaşayış obyektinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və onun nümayəndəsi Vəkil məhkəmnə iclasına gəlməmiişlər, lakin cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə üzrlü səbəbdən gələ bilməməsini təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Düvlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad şəhəri Z.Əliyeva küçəsi 227 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mukiyyətindədir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, onun mülkiyyətində olan 0.4 ha torpaq sahəsində başqa vətəndaş tərəfindən qeyri yaşayış binası inşa edildiyindən həmin torpaq sahəsinə texniki pasport sənədi verilməsi mümkün olmamış və ərizəçinin təqdim etdiyi sənədlər geri qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8940 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin mütəxəssis rəyinə əsasən, Torpaqların elektron Kadastr uçotu informasiya sistemində **********57 reyestr nömrəli çıxarışla İddiaçı mukiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin 219 kv.metr hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Torpaq sahəsində cavabdeh tərəfindən 147 kv.m qeyri-yaşayış obyekti inşa edilmişdir. İddiaçının çıxarılmasını tələb etdiyi torpaq 219 kv.metr torpaq sahəsi onun adına tərtib edilmiş 29 iyul 2021-ci il tarixli, **********57 reyestr nömrəli çıxarışda göstərilən 0,04 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçının adına verilmiş 29 iyul 2021-ci il tarixli, **********57 reyestr nömrəli çıxarış AA № 510607 saylı torplaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarına tərtib edilmişdir. **********57 reyestr nömrəli çıxarışla İddiaçı mukiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin Torpaqların elektron Kadastr uçotu informasiya sistemindəki koordinatları həmin torpaq sahəsinin ayrılmasına əsas olmuş Cəlilabad rayon Bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə qərarına əsasən keçmiş DTXK tərəfindən tərtib edilmiş **********1450 nömrəli plan və ölçüsü sənədindəki koordinatlarla eynilik təşkil edir. **********57 reyestr nömrəli çıxarışla İddiaçı mukiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin Torpaqların elektron Kadastr uçotu informasiya sistemindəki koordinatları həmin torpaq sahəsinin ayrılmasına əsas olmuş Cəlilabad rayon Bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə qərarına əsasən keçmiş DTXK tərəfindən tərtib edilmiş **********1450 nömrəli plan və ölçüsü sənədindəki koordinatlar mübahisəli torpaq sahəsi ilə eynilik təşkil edir (219 kv.metr hissəsi). Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Düvlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinin 219 kv.metr hissəsi Cavabdeh tərəfindən zəbt edilmiş və həmin hissədə cavabdeh tərəfindən 147 kv.m qeyri-yaşayış obyekti inşa edilmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsini boşaltmaqdan və həmin torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İiddia təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Düvlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı xüsusi mukiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin 219 kv.metrindən çıxarılsın və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa etdirilmiş 147 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi (obyekt) sökülsün. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu və 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-86/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-86/2024
29.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver