Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-881/2023 17.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü həyat yoldaşı X1 04 iyun 2017-ci ildə ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizədən görünür ki, ərizəçi həyat yoldaşı X1 xx.xx.2017-ci ildə Rusiya Federasiyası Krasnodar şəhərində yol qəzasında öldüyünü və kimsəsizlər məzarlığında dəfn olunduğunu göstərmişdir. Göründüyü kimi ərizəyə əsasən şəxsin ölməsi faktı artıq müəyyəndir. Belə olan halda, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına (ölümü qeydə almış qeydiyyat orqanına) müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtna edilməli və ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına (ölümü qeydə almış qeydiyyat orqanına) müraciət etmək hüququnun olduğu izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü madəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.3, 152.4, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizənin qəbulundan imtina edilsin. Ərizəni vermiş şəxsə ölüm haqqında şəhadətnamənin verilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına (ölümü qeydə almış qeydiyyat orqanına) müraciət etmək hüququnun olduğu izah edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-881/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-881/2023
17.03.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver