Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-894/2024 07.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 sentyabr 1987-ci il təvəllüdlü oğlu X1 27 dekabr 1991-ci il tarixdə, 21 dekabr 1999-cu il təvəllüdlü qızı X3 31 yanvar 2005-ci il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində ölmələri faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, X6 ilə ailə quraraq, nikahlarını 16 sentyabr 1986-cı il tarixdə rəsmiləşdirmişlər. X16 25 mart 2016-cı il tarixdə vəfat etmişdir. Onun X16lə birgə nikahından beş uşaqları doğulmuş, lakin həmin uşaqlardan üçü vəfat etmişdir. Vəfat etmiş uşaqlardan 13 sentyabr 1987-ci il təvəllüdlü oğlu X1 və 21 dekabr 1999-cu il təvəllüdlü qızı X3 ölümündən sonra, yas mərasiminə başları qarışdığından və səhlənkarlıq ucbatından ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən də uşaqlarının ölüm akt qeydi aparılmamışdır. 13 sentyabr 1987-ci il təvəllüdlü oğlu X4 27 dekabr 1991-ci il tarixdə, 21 dekabr 1999-cu il təvəllüdlü qızı X8 isə 31 yanvar 2005-ci il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində vəfat etmişlər, kənd sakinlərinin və qohumların iştirakı ilə Seyidbazar kənd məzarlığında da dəfn edilmişlər. Hazırda bəzi sənədləşmə işlərinin aparılmasından ötrü mərhum uşaqlarına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin Qeydiyyat şöbəsindən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum uşaqlarına ölüm haqqında şəhadətnamələrin alınmasına ehtiyac vardır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi mərhum X6 ilə 1986-cı ildə ailə qurmuşlar. Onların birgə nikahından beş uşaqları doğulmuş, lakin həmin uşaqlardan üçü vəfat etmişdir. Vəfat etmiş uşaqlardan X4 27 dekabr 1991-ci il tarixdə, X8 isə 31 yanvar 2005-ci il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində vəfat etmişlər və hər ikisi Seyidbazar kənd məzarlığında dəfn edilmişlər. O, özü bir qohum kimi yas mərasimlərində iştirak etmişdir. Lakin vəfat etmiş uşaqların valideynləri ölüm akt qeydinin aparılması üçün müvafiq orqana müraciət etməmişlər və bu səbəbdən də mərhum uşaqların ölüm akt qeydi aparılmamışdır. O, Ərizəçi mərhum X6 ilə birgə nikahından doğulmuş X1 27 dekabr 1991-ci il tarixdə və X3 31 yanvar 2005-ci il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qardaşı arvadıdır. Mərhum qardaşı X6 Ərizəçi ilə 1986cı ildə ailə qurmuşlar. Onların birgə nikahından beş uşaqları doğulmuş, lakin həmin uşaqlardan üçü vəfat etmişdir. Vəfat etmiş uşaqlardan X4 27 dekabr 1991-ci il tarixdə, X8 isə 31 yanvar 2005-ci il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində vəfat etmişlər və hər ikisi kənd sakinlərinin və qohumların iştirakı ilə Seyidbazar kənd məzarlığında dəfn edilmişlər. O, özü bir yaxın qohum kimi yas mərasimlərində yaxından iştirak etmişdir. Lakin valideynlərinin yas mərasiminə başları qarışdığından və sonradan səhlənkarlıq ucbatından ölüm akt qeydinin aparılması üçün müvafiq orqana müraciət etməmişlər və bu səbəbdən də mərhum uşaqların ölüm akt qeydi aparılmamışdır. O, təsdiq edir ki, mərhum qardaşı X6 ilə Ərizəçi birgə nikahından doğulmuş X4 27 dekabr 1991-ci il tarixdə, X8 isə 31 yanvar 2005-ci il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində vəfat etmişlər. İşdə olan İV-JQ seriyalı 271449 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 nikahlarını 16 sentyabr 1986-cı il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 saylı qeydiyyat aparılaraq, arvada Abdiyeva soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli, 112/12 saylı doğum haqqında arayışdan görünür ki, X4 13 sentyabr 1987-ci ildə Cəlilabad rayonu Seyidbazar kəndində doğulmuşdur, atası X6, anası isə X2r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli, 113/12 saylı doğum haqqında arayışdan görünür ki, X8 21 dekabr 1999-cu ildə Cəlilabad rayonu Seyidbazar kəndində doğulmuşdur, atası X6, anası isə X2r. İşdə olan Cəlilabad RİHB-nın Seyidbazar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli, 5-41/2-xx-xx/2024 saylı arayışda göstərilmişdir ki, valideynlərinin və kənd sakinlərinin bildirdiklərinə əsasən 13 sentyabr 1987-ci il təvəllüdlü X4 27 dekabr 1991-ci il tarixdə, 21 dekabr 1999-cu il təvəllüdlü X8 isə 31 yanvar 2005-ci il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində vəfat etmişlər və kənd sakinlərinin iştirakı ilə Seyidbazar kənd qəbristanlığında dəfn olunmuşlar. İşdə olan AZ-İ seriyalı 769260 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25 mart 2016-cı il tarxdə Cəlilabad rayonu Seyidbazar kəndində vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, 13 sentyabr 1987-ci il təvəllüdlü X1 və 21 dekabr 1999-cu il təvəllüdlü X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onların ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi X6 ilə ailə quraraq, nikahlarını 16 sentyabr 1986-cı il tarixdə rəsmiləşdirmişlər. X16 25 mart 2016-cı il tarixdə vəfat etmişdir. Onların birgə nikahından beş uşaqları doğulmuş, lakin həmin uşaqlardan üçü vəfat etmişdir. Vəfat etmiş uşaqlardan 13 sentyabr 1987-ci il təvəllüdlü oğlu X4 27 dekabr 1991-ci il tarixdə, 21 dekabr 1999-cu il təvəllüdlü qızı X8 isə 31 yanvar 2005-ci il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində vəfat etmişlər və Seyidbazar kənd məzarlığında dəfn edilmişlər. Valideynləri ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən də uşaqlarının ölüm akt qeydi aparılmamışdır. Ərizəçi bəzi sənədləşmə işlərinin aparılmasından ötrü mərhum uşaqlarına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin Qeydiyyat şöbəsindən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum uşaqlarına ölüm haqqında şəhadətnamələrin alınmasına ehtiyac vardır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş uşaqlarına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X1 27 dekabr 1991-ci il tarixdə və X3 31 yanvar 2005-ci il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 13 sentyabr 1987-ci il tarixdə doğulmuş X1 27 dekabr 1991-ci il tarixdə və 21 dekabr 1999-cu il tarixdə doğulmuş X3 31 yanvar 2005-ci il tarixdə Cəlilabad rayonu Seyidbazar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-894/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-894/2024
07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver