Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-9/2023 17.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı cavbadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavbadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbadehlər Cavabdeh1 və Cavabdeh2 oğlnun Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 13 saylı və 30 yanvar 2003-cü il tarixli, 01 saylı qərarı ona (iddiaçıya) və ailə üzvlərinə verilmiş 1.20 ha pay torpaq sahəsindən çıxarılmalarına və torpağın cavabdehlərdən alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 13 saylı və 30 yanvar 2003-cü il tarixli, 01 saylı qərarı ilə ona (iddiaçıya) və ailə üzvlərinə Cəlilabad rayon Maşlıq kəndi ərazisində 1.20 ha həyatyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN-1147 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi üç hissədən ibarət olmaqla verilmişdir. Daha sonra həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq çıxarışlar veriilmişdir. Həmin torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5 il müddətinə icarəyə vermişdir. İcarə müddəti bitdikdən sonra cavabdehlərdən torpaq sahəsini qaytarmalarını tələb etsə də, onlar razı olmamış və ona məxsus torpaq sahəsindən çıxmaqdan imtina etmişdirlər. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda mülkiyyətində olan mübahisəli torpaq sahəsi heç kim tərəfindən istifadə edilmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin ediləsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavbadehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ərizə göndərərək iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiklərini, orada əkin və şum işləri aparmadıqlarını, Cavabdeh2 hal-hazırda Bakı şəhərində yaşadığını, Cavabdeh1 isə özünə məxsus torpaq sahəsini əkib-becərdiyini, həmin torpaq sahəsinin də İddiaçı məxsus torpaq sahəsinə heç bir aidiyyatı olmadığını və kəndin tamam başqa hissəsində yerləşdiyini göstərərək, iddianın əsassz olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN-1147 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 13 saylı və 30 yanvar 2003-cü il tarixli, 01 saylı qərarı ilə Cəlilabad rayonunun Maşlıq kəndinin ərazisindən 1.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X4, X5 və X9 mülkiyyətinə verilmişdir. İşdə olan JN-871 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə Cəlilabad rayonunun Maşlıq kəndinin ərazisindən 1.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X1, X7, Cavabdeh2, X8 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində yerləşən 0.06632 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (**********16 reyestr nömrəli) Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində yerləşən 0.5507 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X2, X11 və X6 ümumi birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (**********18 reyestr nömrəli) Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində yerləşən 0.2123 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X2, X6 və X11 ümumi birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (**********17 reyestr nömrəli) Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində yerləşən 0.433 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X2, X11 və X6 ümumi birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1037 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-77/2023 saylı mütəxəssis rəyinə əsasən **********16 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.55 ha pay torpaq sahəsinin 0.35 ha hissəsinin (iddiaçının dediyinə görə) Cavabdeh1 tərəfindən şumlandığı müəyyən edilmişdir. **********17 reyestr nömrəli və **********18 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş pay torpaq sahələrinin cavabdehlər tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 0.55 ha pay torpaq sahəsinin qərb hissəsində Cavabdeh1 tərəfindən şumlanmış 0.35 ha hissədə tikili aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (**********16 reyestr nömrəli) Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, xx.xx.2020-ci il tarixli (**********18 reyestr nömrəli) Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və xx.xx.2020-ci il tarixli (**********17 reyestr nömrəli) Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.5507 ha, 0.2123 ha və 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı, X2, X11 və X6 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahələrindən 0.55 ha torpaq sahəsinin 0.35 ha hissəsi cavabdehlərdən Cavabdeh1 tərəfindən şumlansa da, hazırda həmin torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadə edilmir. Həmin torpaq sahəsinin hazırda Cavabdeh1 tərəfindən istifadə edilməməsi iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət etdiyi zaman mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini göstərsə də, həmin xüsusat məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən hazırda istifadə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavbadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-9/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-9/2023
17.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver